Hakim qətlə yetirilən Aytac Şahmarovanın anası və dayısını həbs cəzasına məhkum edib

30 Aprel 2024

159

14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi işi üzrə məhkəmə zorla ərə vermək və cinayət barədə xəbər verməməkdə təqsirləndirilərək saxlanılan Yeganə Məhərrəmova və Natiq Məhərrəmovu təqsirli bilib.

 Rustavi Şəhər Məhkəməsinin hakimi Maya Şoşiaşvilinin qərarı ilə Yeganə Məhərrəmova 3 il, Natiq Məhərrəmov isə 3,6 il müddətinə azadlıqdan məhrum edilib.

Aytac Şahmarovanın anası və dayısı zorla ərə verməkdə və cinayət barədə xəbər verməməkdə təqsirli biliniblər.

Xatırladırıq ki, 14 yaşlı Aytac Şahmarova 2023-cü il oktyabrın 6-da Saqareconun Ləmbəli kəndində öldürülüb. Bir neçə ay əvvəl azyaşlı uşağı evlənmək məqsədilə qaçıran 28 yaşlı Alim Sadıqov qətl törətməkdə təqsirli bilinərək saxlanılıb.


mənbə: interpress


Oxşar xəbərlər