Georgi Kalandarişvili yenidən Gürcüstan MSK-nın sədri seçilib

30 Aprel 2024

125

Gürcüstan parlamenti Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Georgi Kalandarişvilini yenidən bu postda təsdiq edib.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Onun namizədliyini hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar və müxalifətin bir hissəsi dəstəkləyib.

Məlumata görə, 85 deputat G.Kalandarişvilinin lehinə, 5 deputat isə əleyhinə səs verib.

Parlament həmçinin komissiya üzvlərini də təsdiqləyib.


mənbə: report


Oxşar xəbərlər