Tbilisidə etiraz aksiyası bərpa olunub, əraziyə xüsusi təyinatlılar cəlb edilib

30 Aprel 2024

144

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları parlament binasının qarşısında hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyasını bərpa ediblər.

 Rustaveli prospektini bağlayan etirazçılar hazırda parlamentin girişlərini tutmağa çalışırlar.

Əraziyə çox sayda xüsusi təyinatlı polis, eləcə də su şırnağı cəlb edilib.

Aksiyaçılar qanun layihəsinin lehinə səs verən 83 deputatın cavab verməli olduğunu bildirirlər.


mənbə: apa


Oxşar xəbərlər