Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq

17 Aprel 2024

148

Gürcüstanda birinci oxunuşda qəbul edilən “Xarici agentlər haqqında” qanun bu ölkənin Avropa Birliyinə daxil olmaq istəklərinə uyğun gəlmir.

Bunu Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib.

“Gürcü xalqı Avropa yolunu seçdi, buna cavab olaraq da keçən ilin dekabrında Avropa Şurası Gürcüstana namizəd statusu verdi. Açıq deyim, qanun layihəsi Gürcüstanı Avropa Birliyindən daha da uzaqlaşdıracaq”, - Mişel bildirib.

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “Xarici agentlərlə bağlı” qanun layihəsini birinci oxunuşda qəbul edib.


mənbə: axar


Oxşar xəbərlər