Tbilisidə aksiyada 3 polis əməkdaşı yaralanıb

01 May 2024

136

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən kütləvi aksiyada üç polis əməkdaşı yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aksiyanın keçirildiyi yerdə “yetəri sayda təcili yardım briqadası səfərbər olunub, tibb işçiləri vətəndaşları bütün lazımi dərmanlarla təmin edir”.

“Bu vaxta qədər hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəstəxanaya yerləşdirilib”, – məlumatda diqqətə çatdırılıb.


mənbə: report


Oxşar xəbərlər