Bu gün parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəsi davam etdiriləcək

01 May 2024

129

Milli Məclisin plenar iclasında bu gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam etdiriləcək.

Aprelin 30-da keçirilən sessiyada layihə çərçivəsində ümumilikdə üç maddə müzakirə olunub.

Sessiya saat 12:00-da “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi ilə başlayacaq.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır. Onun məzmunu ötən il başlanmış və etirazlar nəticəsində “yıxılan” layihəyə bənzəyir. “Şəffaflığın təmin edilməsi məqsədi ilə” qanun layihəsində qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin gəlirlərinin müəyyən həcmi - xüsusilə, 20%-dən çoxu xaricdən gələrsə, həmin təşkilatların xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyata alınması nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hər bir təşkilat eyni adlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək lazım gələcək. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq.


mənbə: interpress


Oxşar xəbərlər