Bu gün Parlamentdə xüsusi təhlükəsizlik rejimi qüvvədə olacaq

17 Aprel 2024

124

Parlamentin məlumatına görə, bu gün Gürcüstanın Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq.

Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.

Bundan əlavə, binaya televiziya/telemedia vasitələrinin akkreditə olunmuş jurnalistləri buraxılacaq, digər KİV nümayəndələri isə binaya daxil ola bilməyəcəklər.

Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə iclaslarına) yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq.

Xatırladırıq ki, oxşar təhlükəsizlik rejimi aprelin 15 və 16-da Parlamentin Hüquq Məsələləri Komitəsində “Xarici Şəffaflıq haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı da qüvvədə idi. 


mənbə: interpress


Oxşar xəbərlər