"Sizə söz verirəm ki, biz Avropa İttifaqına “Gürcü Arzusu” şərtləri ilə daxil olacağıq”

17 Aprel 2024

161

"Mən sizə söz verirəm ki, biz Avropa İttifaqına “Gürcü Arzusu” şərtləri ilə daxil olacağıq”.

Bu barədə paytaxtın meri Kaxa Kaladze öz Facebook səhifəsində yazıb.

Kaxa Kaladzenin fikrincə, Gürcüstanın gələcəyi Avropadır.

“Əlbəttə, Gürcüstanın gələcəyi Avropadır! Bunu kimsə sual edir? Əgər biz Avropaya inteqrasiya yolunda hansısa uğur əldə etmişiksə, Avropa ölkələrində vizasız, gürcü pasportu ilə sərbəst hərəkət edə biliriksə, bu, “Gürcü Arzusu” hökuməti dövründə baş verib. Assosiasiya müqaviləsi imzalandı, namizəd statusu aldıq.

Mən ilk növbədə Avropanın Gürcüstanda və burada uşaqlarımız və gələcək nəsillərimiz üçün olmasını istəyirəm. Atalarımız da bunun üçün, azad, müstəqil olmaq üçün mübarizə aparıblar. Heç kim utanmasın və gələcəyimizin Avropa olduğunu söyləməkdən qorxmasın”, - Kaxa Kaladze yazıb.


mənbə: interpress


Oxşar xəbərlər