Fransanın müharibə cinayətləri: Holokostdan Afrikaya uzanan qaranlıq tarix

26 Noyabr 2020 - 08:43

134458

Xeber.ge saytı xəbər verir ki, “Washington Post” bu ilin yanvarında Əlcəzair mənşəli fransız jurnalisti Nabila Ramdaninin maraqlı məqaləsini dərc edib. “Fransa Əlcəzairdə özünün qaranlıq tarixi ilə üzləşməlidir. Hələlik gec deyil” sərlövhəli yazıda fransızların təkcə Afrikada törətdikləri cinayətlər deyil, həm də II Dünya müharibəsi dövründə nasist Almaniyası ilə əməkdaşlıq edən kollaboraniostlərin yəhudiləri toplama düşərgələrinə göndərmələri barədə faktlar əks olunub. Bu dəhşətli faktları 1995-ci ildə Fransanın mərhum Prezidenti Jak Şirak da etiraf etmişdi.

Amma bu gün Türkiyə və Azərbaycana qarşı ittihamlar irəli sürən Fransanın müharibə cinayətlərinin tarixi daha qədim, coğrafiyası isə olduqca genişdir. Separatçı erməniləri və işğalçı Ermənistanı dəstəkləyən fransız Senatı isə, ilk növbədə, bu əməllərə siyasi qiymət verməlidir.

XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadrat kilometr olub. Öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətllər törədən bu dövlətin imperiyanı bərpa etmək xəyalları isə hələ də qalır.

Afrikada fransız müstəmləkəçiliyi

Uzun əsrlər boyu Afrikanın 20-dən artıq ölkəsində öz hakimiyyətini quran fransızların müstəmləkə siyasəti II Dünya müharibəsindən sonra iflasa uğradı. Həmin dövlətlərə müstəqillik verməyə məcbur olan Fransa neokolonializm üsul-idarəsini seçdi.

Afrika ölkələrini əlindən buraxmaq istəməyən fransızlar yeni metodlara əl atdılar: həmin dövlətlərin ərazilərində münaqişələr yaratmaq və öz qoşunlarını “sülhməramlı missiya” adı ilə yerləşdirmək. Hazırda Fransa Afrika, xüsusən Sahil regionu ölkələrinin əksəriyyətində siyasi, iqtisadi və mədəni sahələrdə təsirini artırır, Qırmızı dənizdə mövqeyini qorumaq üçün Cibutidə, habelə Sahil regionunun Çad, Mali, Qabondan tutmuş Seneqala qədər uzanan ərazidə hərbi bazalarını qoruyub saxlayır. Əsrlər boyu fransızları rifah içində yaşadaraq özləri səfalətə və aclığa məhkum olmuş Afrika xalqları bu faktın qarşısında hələ də acizdir.

Fransanın Afrikada neokolonializm siyasəti iki amilə söykənir; əvvəla, həmin ölkələrin rəsmi və tədris dilinin fransızca olması, ikincisi, məcburi təhsilin tətbiqi. Qitədə fransız dilində danışanlar seçilir və onlar “frankofon” adlanır. Hətta Beynəlxalq Frankofon Təşkilatı kimi bir təsir vasitəsi də yaradılıb. Təkcə rəsmi dili fransızca olan ölkələr deyil, eyni zamanda, Mərakeş, Əlcəzair və Mavritaniyada da bu metodlar öz “bəhrəsini” verib.

Fransanın Afrika siyasətinə etirazlar artır

Qeyd etdiyimiz kimi, fransız neokolonializmi hərbi güclə yanaşı, dil və təhsil amilinə söykənir. Bu siyasətə qarşı çıxanlar isə, əsasən, Osmanlı imperiyasının tərkibində olmuş ölkələr, habelə İslam dininin hakim olduğu xalqlardır.

Məsələn, Şimali Afrikada artıq Fransanın heç bir təsiri qalmayıb. Belə olan təqdirdə Fransa müsəlman birliyinin pozulması, İslam ölkələri arasında ziddiyyətlər yaradılmasına çalışır. Digər tərəfdən, Fransanın dövlət başçısı Makron israrla sözügedən coğrafiyada ölkəsinin mövqeyini itirmək istəmir və daha sərt bəyanatlarla çıxış edir. Əlbəttə, “bumeranq effekti” də özünü göstərir.

Ekspertlər iddia edirlər ki, Fransanın hələ 1945-ci ildən bəri Afrikada Fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidi bu gün də tədavüldədir. Bu valyutaya qarşı çıxan Afrika ölkələrinin liderləri isə korrupsiyada ittiham edilərək həbs olunur, yaxud süni iğtişaşlar təşkil edilir. Liviyanın keçmiş lideri Muammər Qəddafinin faciəli taleyi də məhz bununla əlaqədardır. Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin də səbəbi CFA-ya alternativ yaratmaq cəhdləridir.

Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Qitədə aclıq və səfalətin, kütləvi emiqrasiyanın səbəbi də CFA-dır. Lakin ondan vaz keçmək Afrika ölkələri üçün heç də asan deyil. Cari ilin iyulunda Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv olan 15 ölkə bu pul vahidindən imtina edəcəyini açıqlayıb, lakin Fransa buna qarşı yeni münaqişə ocaqları yaratmaq siyasətini davam etdirir.

Təsadüfi deyil ki, indiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür.

Bütün bu baş verənlərin fonunda Fransanın siyasətinə qarşı etirazlar da artır. Seneqalın sabiq xarici işlər naziri Dudu Tiam deyib: ”Daha bəsdir! Biz fransızların nəzarəti altında yox, real müstəqillik istəyirik”. Bu etirazlara qarşı Fransa Prezidenti Makronun ötən ilin dekabrında NATO-nun Zirvə görüşündə Afrika liderlərini hədələməsi isə vəziyyəti daha da gərginləşdirib, Seneqal, Mali, Niger və Fildişi Sahili prezidentləri ona kəskin etirazlarını bildiriblər. Bundan sonra Fransanın həmin ölkələrdəki hərbi bazalarının qarşısında etiraz aksiyaları keçirilib.

Fransanın müharibə cinayətləri

Qərb analitikləri yazırlar ki, Fransa müstəmləkə ölkələrinin hamısına səfalət və faciə gətirib. Belə ki, Afrika ölkələrində müstəqillik uğrunda gedən müharibələrdə 2 milyondan çox insan həlak olub. Təkcə Əlcəzairdə fransız ordusu 1 milyondan çox insanı qətlə yetirib. Hazırda Fransanın bu ölkədə törətdiyi soyqırımına dair rəsmi Parisə təzyiqlər artır, imzatoplama kampaniyaları davam edir.

Fransanın daha bir qanlı izi Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib.

2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parislə siyasi böhrana səbəb olmuşdu.

Bundan başqa, Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çoxlu sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərə səbəb olub.

Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu cür qaranlıq tarixə malik olan Fransanın qondarma “erməni soyqırımı” ittihamlarına cavabını xatırlatmaq yerinə düşər: “Erməni məsələsi və terrorla mübarizə adı altında Türkiyəyə insan haqları və demokratiya dərsi verənlərin qanlı keçmişi olduğunu görürük.

İyirmi beş il əvvəl Ruandada 800 min insanı qətlə yetirənlərin kimlər olduğu aşkardır. Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən və soyqırımı törədən də Fransadır”.


Mənbə:oxu.az

Xəbər lenti

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05

Nigeriyada məsciddə partlayış - 11 ölü, 17 yaralı
2024-05-17 11:49

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək
2024-05-17 11:40

Sandu Zurabişviliyə zəng edərək Gürcüstan xalqına dəstəyini ifadə edib
2024-05-17 11:26

Çində taksilərlə bağlı YENİLİK: Sürücüsüz idarəetmə- VİDEO
2024-05-17 10:11

Yerə oxşayan yeni planet aşkarlandı
2024-05-17 10:46

“Hizbullah” İsrailə rekord sayda raket atdı
2024-05-17 10:37

Qardabanidə qardaş bacısını bıçaqlayıb
2024-05-16 23:52

VMH sədri əhaliyə səsləndi: “Sülh yolu ilə mübarizə aparmalıyıq”
2024-05-16 23:50

“Əgər kollektiv “Milli Hərəkat” Salome Zurabişvilini lider kimi elan edərsə...”
2024-05-16 23:47

Gürcüstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb
2024-05-16 23:45

Tiflisdə yenidən etiraz aksiyası keçirilir
2024-05-16 23:40

Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
2024-05-16 23:34

Darçiaşvili bəzi avropalı XİN başçılarının müxalifətin aksiyasını dəstəkləməsini pisləyib
2024-05-16 20:37

Şirin pampıq kimi yüngül planet kəşf edildi
2024-05-16 20:32

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlandı
2024-05-16 20:22

Tiflisdə 120 təşkilat tələb etdi: “Agentlər”i geri götür!
2024-05-16 20:17

İki qardaş 12 saniyəyə 25 milyon dollar oğurladı
2024-05-16 20:14


Digər Dünya xəbərləri: