Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir

17 May 2024 - 16:18

236

“Mən aksiyalarda iştirak edən gənclərə təklif edirəm ki, şəffaflıq haqqında qanunla bağlı ictimai müzakirə aparacağım on nəfərə yaxın nümayəndə təqdim etsin”.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze öz Facebook səhifəsində yazıb.

Kobaxidze gənclərin sağlam diskussiyada iştirak edəcəyinə ümid edir.

“NGO”ların şəffaflığına etiraz etmək üçün təşkil edilən son aksiyalarda zorakılığın dərəcəsi əhəmiyyətli dərəcədə azaldı, buna görə aksiyalarda iştirak edən bütün həmvətənlərimizə təşəkkür etmək istərdim. Mitinqlərdəki zorakılığın konkret təşkilatçıları olub. Bunlar radikal partiyalar və "NGO"lar və onlarla əlaqəli zorakı qruplar idi. Ona görə də düşünməliyik ki, zorakılığın azaldılması siyasi motivlərlə aksiyalarda iştirak etməyən, lakin qanunun ölkəmizin Avropaya inteqrasiyasına əngəl yarada biləcəyinə inanan gənclərin xidmətidir.

Düşünmək lazımdır ki, sonda gürcü mədəniyyəti üçün hərəkətlərə məqbul, dinc sima verən də məhz onlar olub. Emosiyalar böyük ölçüdə səngiyib. Əvvəllər əksini düşünən bir çox insanlar artıq başa düşüblər ki, şəffaflıq haqqında qanun əslində heç də rus qanunu deyil. Xarici şantajlara baxmayaraq, çoxları da başa düşdü ki, bu qanun Gürcüstanın Avropaya inteqrasiyasına da mane olmayacaq. Çoxlarının yadına düşərdi ki, bizdən sanksiyalara qoşulub Gürcüstanın iqtisadiyyatını çökdürməyi, hökumətin rəsmi icazəsi ilə Ukraynaya döyüşən könüllüləri göndərməyi və Gürcüstanı bu münaqişəyə cəlb etməyi tələb edəndə,  məhkəmə sistemini və Mərkəzi Seçki Komissiyasını pozmaq, guya ölmək üzrə olan Saakaşvilini azad etmək, Qvaramiyanı həbsdən azad etmək, Kezeraşviliyə cinayət təqibinin dayandırılmasını və Bidzina İvanişvilinin cəzalandırılmasını tələb edəndə, bizi şantaj edirdilər. Lakin hamı xatırlayır ki, biz bu təhqiramiz tələblərin heç birinə razılaşmadıq və yenə də Aİ-yə üzvlüyə namizəd statusunu aldıq. Gələcəkdə də eyni ləyaqəti nümayiş etdirsək, şübhəsiz ki, bütün istiqamətlərdə, o cümlədən Gürcüstanın Avropa İttifaqına inteqrasiyasında nəticələr əldə edəcəyik. Hər kəs xatırlayır ki, hakim komanda bütün bu müddət ərzində Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi ilə bağlı müzakirələrə tamamilə açıq idi. Biz Gürcüstanın daxili siyasi qanunvericilik müzakirələrinə kobud şəkildə müdaxilə edən həmin ölkələrin səfirlərinə bu cür açıq müzakirələr təklif etdik. Lakin təəssüflər olsun ki, səfirlər ictimai müzakirədən yayındılar, öz ölkələrinin nümayəndələri dəniz və ya okeanın o tayından arqumentsiz kobud ifadələr verməkdə davam etdilər. Məhz eyni şəkildə radikal müxalifətə mənsub media nümayəndələri də sağlam müzakirədən qaçdılar. Bütün bunlar ona işarədir ki, əslində qanuna zidd heç bir arqument yoxdur və bizim opponentlərimiz tək məqsəd güdürlər ki, “NGO”ların maliyyəsi ilə bağlı məlumatlar Gürcüstan əhalisindən birtəhər gizlədilsin. 

Gürcüstanın gələcəyi gənclərindir. Ölkəmizin nümunəvi, müstəsna parlaq və mütərəqqi gəncliyi var və onlar gələcəkdə bu ölkənin idarə olunmasını, inkişafını öz üzərinə götürməlidirlər. Bu ölkəni gələcəkdə bu gün şəffaflıq qanununu dəstəkləyən və ya ona qarşı çıxan gənclər birlikdə idarə etməlidir. Ona görə də bütün sağlam gənclərlə görüşmək və mühüm məsələləri müzakirə etmək mənim üçün xüsusi şərəfdir. Mən nəinki onlardan eşitməyə, yeri gələndə rəy bildirməyə hazıram və gənclərdən də eyni münasibəti gözləyirəm.

Əgər insan səhv düşündüyünə əmindirsə, bunu etiraf edib mövqeyini dəyişməyi bacarmalıdır ki, bu da insanın zəifliyindən deyil, ləyaqətindən danışır. Düşünürəm ki, sakitləşmiş emosiyalar arasında qanunla bağlı sağlam müzakirələr aparmaq üçün daha yaxşı fürsət var. Müvafiq olaraq aksiyalarda iştirak edən gənclərə təklif edirəm ki, şəffaflıq haqqında qanunla bağlı ictimai müzakirə aparacağım on nəfərə yaxın nümayəndə təqdim etsin. 

Ümid edirəm ki, bu dəfə biz konstruktivliyə və açıqlığa layiqli cavab alacağıq və radikal müxalifətə mənsub səfirlərdən və mediadan fərqli olaraq, gənclər şəffaflıq qanunu ilə bağlı sağlam müzakirələrdə iştirak edəcəklər”, - İrakli Kobaxidze yazıb.


mənbə: interpress

Xəbər lenti

Qardaş qardaşı qətlə yetirdi
2024-07-27 13:12

Telavidə iki nəfəri öldürən şəxs saxlanılıb
2024-07-27 13:08

Güclü yağış Rikotidə yenidən problemlər yaradıb
2024-07-27 13:03

Gürcüstanda zəlzələ baş verib
2024-07-27 13:00

Rusiyada qadın mədəsində güllə olan körpə dünyaya gətirib
2024-07-27 12:53

Kutaisi yolunda qəza olub
2024-07-26 23:19

Batumi Beynəlxalq Festivalında “Ceyran” Azərbaycan milli rəqs ansamblı mükafatlandırılıb.
2024-07-26 21:53

Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
2024-07-26 20:48

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi
2024-07-26 20:45

Gürcüstan prezidenti və baş naziri Fransada
2024-07-26 20:32

Kaxa Kaladze “Pirveli” teleşirkətinə qarşı İcra Bürosuna müraciət edib
2024-07-26 20:28

Batumidə bir nəfəri yaralayıblar
2024-07-26 20:25

27 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-26 20:12

Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi
2024-07-26 16:02

Tramp Netanyahunun əlini sıxmaqdan nümayişkaranə şəkildə imtina etdi - VİDEO
2024-07-26 15:55

Yağış, dolu, tufan gözlənilir
2024-07-26 15:47

Qoridə xilasedicilər iki həftə əvvəl Mtkvari çayında yoxa çıxan gəncin cəsədini tapıblar
2024-07-26 14:08

Svanetidə itkin düşmüş şəxslər tapılıb
2024-07-26 14:06

Marneuli-Tbilisi magistralında ağır yol qəzası baş verdi
2024-07-26 12:07

Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb
2024-07-26 10:17

Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!
2024-07-26 10:06

ABŞ-ın İraqdakı bazası RAKETLƏ VURULDU
2024-07-26 09:52

Acarıstanda süni ada və yarımada salınır
2024-07-25 23:15

Dünyada hər il suda boğulanların sayı... - Şok statistika
2024-07-25 22:13

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır
2024-07-25 20:10

Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
2024-07-25 20:05

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq
2024-07-25 19:59

Seçkilərdən sonra “Milli Hərəkat” barəsində hökmün formalarından danışacağıq
2024-07-25 19:53

Abxaziyanın de-fakto parlamenti “mənzillər haqqında qanun”u geri götürüb
2024-07-25 19:48

Mestia və Lentexi ərazilərində itkin düşən iki nəfər axtarılır
2024-07-25 19:44

Orta yaşlı qadın narkotik cinayətinə görə saxlanılıb
2024-07-25 19:40

26 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-25 19:29

Kərbəla şəhidi Həccac ibn Məşruq
2024-07-25 15:36

Gürcüstan hakimiyyətinin planı: Saakaşviliyə daha bir zərbə vurulacaq
2024-07-25 13:24

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
2024-07-25 13:18

“Mtavari kanalı”nın məlumatına görə, onların jurnalisti Lado Menabde və operatora hücum ediblər
2024-07-25 13:13

Avtobus minik avtomobili ilə toqquşub- ölən və yaralılar var
2024-07-25 13:10

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
2024-07-25 12:37

İki həmkəndlisini qətlə yetirdi
2024-07-25 12:31

Netanyahu İrana qarşı "Yeni NATO" təklif etdi
2024-07-25 12:20


Digər Gürcüstan xəbərləri:

Qardaş qardaşı qətlə yetirdi

52

Kutaisi yolunda qəza olub

109