Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər

17 May 2024 - 16:29

221

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Deyvid Mekellister, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri Marina Kalyurand və Gürcüstan məsələləri üzrə daimi məruzəçi Sven Mikser “xarici agentlər” haqqında rus qanununun qəbulu ilə əlaqədar olaraq, siyasi və maliyyə dəstəyi də daxil olmaqla, Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb ediblər.

Avropa Parlamenti üzvlərinin məktubunda bildirilir ki, bu qanun Gürcüstan daxilində parçalanmalara səbəb olacaq, ölkənin beynəlxalq statusuna və Avropa gələcəyinə daha da xələl gətirəcək.

“Biz Gürcüstan parlamentinin “xarici agentlər haqqında” qanunu qəbul etməsindən təəssüflənirik. Hakim çoxluğun insan haqları müdafiəçilərinin və beynəlxalq tərəfdaşların, o cümlədən Aİ və ABŞ-ın narahatlıqlarına məhəl qoymaması bizi çox məyus edir. Biz Gürcüstan hakimiyyətini bu qanun Gürcüstan daxilində daha da dərin parçalanmalara səbəb olmamış və ölkənin beynəlxalq imicini və Avropadakı gələcəyini daha da təhdid etməmiş onu ləğv etməyə çağırırıq.

Biz demokratik dəyərləri müdafiə edən və ölkəsinin Avro-Atlantik gələcəyi naminə nümayişlər keçirən gürcü xalqı ilə tam həmrəy olduğumuzu təsdiq edirik.

Hökumət dinc nümayişçilərə, müxalif siyasətçilərə, qeyri-hökumət təşkilatlarına və müstəqil mediaya qarşı güc tətbiq etməkdən çəkinərək dərhal gərginliyi azaltmalıdır. Etirazçılara qarşı hər hansı zorakılıq və ya daimi təhdid dinc etiraz hüququnun pozulmasıdır və buna görə də qəbuledilməzdir.

Vətəndaş cəmiyyəti və media azadlığı üçün mehriban mühitin yaradılması istənilən demokratiyanın təməlidir və Aİ-yə üzvlük üçün mühüm tələbdir.

Biz Şura və Avropa Komissiyasını Aİ-Gürcüstan münasibətlərinə, o cümlədən ölkəyə siyasi və maliyyə dəstəyimizə yenidən baxmağa çağırırıq. Biz komissiyanı 12 xarici işlər nazirinin artıq təklif etdiyi kimi, xarici agentlər haqqında qanunun Gürcüstanın Aİ-yə daxil olma prosesinə necə təsir edəcəyini dərhal şifahi şəkildə qiymətləndirməyə çağırırıq”, - bəyanatda deyilir.

Mayın 10-da Aİ-nin 12 ölkəsinin xarici işlər nazirləri Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelə və qonşuluq siyasəti və genişlənmə üzrə Avropa komissarı Oliver Varheyə məktub göndəriblər. Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, Latviya, Litva, Hollandiya, Polşa və İsveçin xarici işlər nazirləri rus qanununun Gürcüstanın 9 addımı yerinə yetirməsinə necə təsir edəcəyinə dair şifahi qiymətləndirmə tələb edirlər.

Mayın 14-də keçirilən plenar iclasda “Gürcü Arzusu” rus qanununu üçüncü və yekun oxunuşda qəbul edib. Onu 84 deputat dəstəkləyib. Müxalifət nümayəndələri bu qanunun qəbulunu dövlətə xəyanət və konstitusiya çevrilişi adlandırırlar.

Prezident Salome Zurabişvili rus qanununa veto qoyacağını bildirib. Bunun üçün onun mayın 28-dək iki həftə vaxtı var. “Gürcü Arzusu” prezidentin vetosunu aşa bilər.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Qardaş qardaşı qətlə yetirdi
2024-07-27 13:12

Telavidə iki nəfəri öldürən şəxs saxlanılıb
2024-07-27 13:08

Güclü yağış Rikotidə yenidən problemlər yaradıb
2024-07-27 13:03

Gürcüstanda zəlzələ baş verib
2024-07-27 13:00

Rusiyada qadın mədəsində güllə olan körpə dünyaya gətirib
2024-07-27 12:53

Kutaisi yolunda qəza olub
2024-07-26 23:19

Batumi Beynəlxalq Festivalında “Ceyran” Azərbaycan milli rəqs ansamblı mükafatlandırılıb.
2024-07-26 21:53

Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
2024-07-26 20:48

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi
2024-07-26 20:45

Gürcüstan prezidenti və baş naziri Fransada
2024-07-26 20:32

Kaxa Kaladze “Pirveli” teleşirkətinə qarşı İcra Bürosuna müraciət edib
2024-07-26 20:28

Batumidə bir nəfəri yaralayıblar
2024-07-26 20:25

27 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-26 20:12

Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi
2024-07-26 16:02

Tramp Netanyahunun əlini sıxmaqdan nümayişkaranə şəkildə imtina etdi - VİDEO
2024-07-26 15:55

Yağış, dolu, tufan gözlənilir
2024-07-26 15:47

Qoridə xilasedicilər iki həftə əvvəl Mtkvari çayında yoxa çıxan gəncin cəsədini tapıblar
2024-07-26 14:08

Svanetidə itkin düşmüş şəxslər tapılıb
2024-07-26 14:06

Marneuli-Tbilisi magistralında ağır yol qəzası baş verdi
2024-07-26 12:07

Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb
2024-07-26 10:17

Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!
2024-07-26 10:06

ABŞ-ın İraqdakı bazası RAKETLƏ VURULDU
2024-07-26 09:52

Acarıstanda süni ada və yarımada salınır
2024-07-25 23:15

Dünyada hər il suda boğulanların sayı... - Şok statistika
2024-07-25 22:13

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır
2024-07-25 20:10

Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
2024-07-25 20:05

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq
2024-07-25 19:59

Seçkilərdən sonra “Milli Hərəkat” barəsində hökmün formalarından danışacağıq
2024-07-25 19:53

Abxaziyanın de-fakto parlamenti “mənzillər haqqında qanun”u geri götürüb
2024-07-25 19:48

Mestia və Lentexi ərazilərində itkin düşən iki nəfər axtarılır
2024-07-25 19:44

Orta yaşlı qadın narkotik cinayətinə görə saxlanılıb
2024-07-25 19:40

26 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-25 19:29

Kərbəla şəhidi Həccac ibn Məşruq
2024-07-25 15:36

Gürcüstan hakimiyyətinin planı: Saakaşviliyə daha bir zərbə vurulacaq
2024-07-25 13:24

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
2024-07-25 13:18

“Mtavari kanalı”nın məlumatına görə, onların jurnalisti Lado Menabde və operatora hücum ediblər
2024-07-25 13:13

Avtobus minik avtomobili ilə toqquşub- ölən və yaralılar var
2024-07-25 13:10

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
2024-07-25 12:37

İki həmkəndlisini qətlə yetirdi
2024-07-25 12:31

Netanyahu İrana qarşı "Yeni NATO" təklif etdi
2024-07-25 12:20


Digər Gürcüstan xəbərləri:

Qardaş qardaşı qətlə yetirdi

11

Kutaisi yolunda qəza olub

109