Böyük Britaniya da “Gürcü Arzusu” rus qanununu tənqid edir

13 Aprel 2024 - 14:19

131

Böyük Britaniya da “Gürcü Arzusu” partiyasının yenidən irəli sürdüyü rus qanununu tənqid edir və bildirir ki, bu, Gürcüstanın dostlarının və strateji tərəfdaşlarının ölkəyə yardımını davam etdirməsinə mane olacaq.

“Böyük Britaniya Gürcüstanda xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin yenidən təqdim olunmasından və Gürcüstanın daxili siyasətinə donorların müdaxiləsi ilə bağlı ritorikadan narahatdır.

Böyük Britaniyanın vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyi uzun müddətdir ki, Böyük Britaniyanın Gürcüstanla tərəfdaşlığının əsas sütunu olub. Təklif olunan qanun, nəhayət qəbul olunarsa, Gürcüstanın dostlarını və strateji tərəfdaşlarını Gürcüstanın demokratik və iqtisadi inkişafını təşviq etməyə davam etməsinə təhlükə yaradacaq.

Böyük Britaniya Gürcüstanın Avro-Atlantika institutlarına gələcək üzvlüyü üçün zəruri olan bütün qanunvericilik və digər islahatların həyata keçirilməsində Gürcüstana dəstəyini davam etdirəcək”, - Britaniya səfirliyinin yaydığı bəyanatda deyilir.

"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib.

Rus qanunu Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, NATO, BMT və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tənqid edilib. Onlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət təşkilatları və media qurumlarının işinə mənfi təsir göstərəcək.

Bu gün, aprelin 12-də Almaniya kansleri Olaf Şoltz Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə Gürcüstan parlamentinin xarici agentlər haqqında qanunu qəbul etməyəcəyinə və Avropa İttifaqının və Gürcüstan əhalisinin tənqidi mövqeyini nəzərə alacağına ümid etdiyini bildirib.


mənbə: sakartvelosambebi

Xəbər lenti

“Kreml tərəfindən təyin olunan oliqarx bütün kartları masanın üstünə qoydu"
2024-04-30 19:37

Georgi Kalandarişvili yenidən Gürcüstan MSK-nın sədri seçilib
2024-04-30 19:32

1 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-30 19:15

Gürcüstanın turizm gəlirləri rekord həddə çatıb, azərbaycanlılar 40 milyon dollar xərcləyib
2024-04-30 16:09

Taksilərin ən bahalı/ucuz olduğu şəhərlər
2024-04-30 16:04

Batumidə dənizdə 17 yaşlı yeniyetmənin meyiti tapılıb
2024-04-30 15:59

Hökumətin qərarına əsasan bu tarixlərdə tətil günləri olacaq
2024-04-30 15:57

Kobaxidze prezidenti satqın adlandırdı
2024-04-30 13:59

Gürcüstanda müxalifət inqilaba hazırlaşır?
2024-04-30 13:56

Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olacaq
2024-04-30 13:53

Parlament qarşısında rus qanununa qarşı nümayişlər bu gün keçiriləcək
2024-04-30 13:48

O aksiyalar köləlik yanaşması ilə keçirilib
2024-04-30 13:43

Vəsaitlərin 90%-dən çoxu agentliyin gücləndirilməsinə xidmət edir
2024-04-30 13:40

Bu gün Parlamentdə xüsusi təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
2024-04-30 13:37

Florensiyada ətir oğurlayan gürcü saxlanılıb
2024-04-30 13:31

Zurabişvili “Gürcü Arzusu”nun Tbilisidə keçirəcəyi mitinqi tənqid edib
2024-04-29 22:44

QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir
2024-04-29 22:37

Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir
2024-04-29 22:32

Baş nazir danışıqlara başlanılması üçün Aİ-yə müraciət edib
2024-04-29 22:29

Müəyyən qüvvələr Gürcüstanın Ukraynanın taleyini bölüşmədiyini qəbul edə bilmirlər
2024-04-29 22:25

Bolnisidə qəza zamanı qarşıdurma yaranıb
2024-04-29 22:23

Hər bir vətəndaş Tbilisiyə nəyi dəstəkləmək üçün gəldiyini çox yaxşı bilir
2024-04-29 22:17

Avropa Parlamentinin qətnaməsində irəli sürülən tələb faktlarla təsdiqlənmir
2024-04-29 21:20

Gürcüstan Parlamentinin Hüquq Komissiyası “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib
2024-04-29 20:55

Sabiq prezident Strasburq məhkəməsindən şikayətini geri götürüb
2024-04-29 20:37

Hüquq Məsələləri Komitəsinin iclasında deputatlar arasında qarşıdurma yaranıb- VİDEO
2024-04-29 20:04

Gürcüstan vətəndaşları artıq bu tarixdən Çinə vizasız səfər edə biləcəklər
2024-04-29 19:48

30 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-29 19:28

"Gürcü Arzusu"nun təşkil etdiyi aksiya başladı
2024-04-29 19:13

May ayının 2-dək olan hava şəraiti açıqlandı
2024-04-29 15:21

13 yaşlı qızını zorlamaqda ittiham olunan ata saxlanıldı
2024-04-29 15:19

Hüquq məsələləri üzrə komitənin iclasında Levan Xabeişvili ilə Mamuka Mdinaradze arasında şifahi qarşıdurma olub
2024-04-29 15:13

Moskvada OLAY: 12-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
2024-04-29 14:41

Gürcüstan Milli Bankı I rübdə valyuta bazarından 214 milyon dollar alıb
2024-04-29 14:39

Gürcüstanda son 10 ildə 1,5 milyard dollar vergi borcu silinib
2024-04-29 14:37

Tbilisidən Batumiyə səyahət 3,5 saata enib
2024-04-29 12:43

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-29 12:40

Rus qanununun ikinci oxunuşu zamanı da onlayn medianın parlamentə buraxılmasına icazə verilməyəcək
2024-04-29 12:35

Keçmiş nazir Aleksi Petriaşvili parlamentin qarşısında keçirilən aksiyada saxlanılıb
2024-04-29 12:28

20-25 min gənc çıxıb bu qanunu geri götür deyirsə, götür
2024-04-29 12:22


Digər Gürcüstan xəbərləri: