Parlament qarşısında rus qanununa qarşı nümayişlər bu gün keçiriləcək

30 Aprel 2024 - 09:48

92

Gürcüstan parlamenti qarşısında rus qanununa qarşı nümayişlər bu gün, aprelin 30-da da keçiriləcək. İlk aksiya saat 12:00-a təyin edilib. Məhz bu vaxt plenar iclas başlayacaq, burada “Gürcü Arzusu” rus qanununu ikinci oxunuşda qəbul etmək niyyətindədir.

Qanunverici orqan qarşısında daha bir aksiya saat 19:00-da başlayacaq. Bundan əlavə, saat 18:00-da İliya Dövlət Universiteti və Tbilisi Dövlət Universitetinin tələbələrinin iştirakı ilə yürüş nəzərdə tutulub.

Parlamentin Hüquq Məsələləri üzrə Komitəsi dünən, aprelin 29-da rus qanununu ikinci oxunuşda müzakirə edib və dəstəkləyib.

“Gürcü Arzusu” yaz sessiyasının sonuna qədər yenidən irəli sürülən rus qanununu hər üç oxunuşda qəbul etmək niyyətindədir. Bu, hakim partiyanın təşkil etdiyi qurultayda Bidzina İvanişvilinin Qərbə qarşı çıxışının əsas mesajlarından biri olub.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir.

Aprelin 17-də “Gürcü Arzusu” qanunu birinci oxunuşda 83 səslə qəbul edib. Həmin gün Cozef Borel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissar Oliver Varhyi tərəfindən qanunun yekun qəbulunun Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir edəcəyi barədə bəyanat yayılıb. Onların fikrincə, qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə uyğun gəlmir.

Rus qanunu Avropa Komissiyasının Gürcüstan üzrə müəyyən etdiyi 1-ci və 9-cu tövsiyələrə ziddir, ona görə, üzvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinin əleyhinə dezinformasiyaya qarşı mübarizə aparmalıdır.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05

Nigeriyada məsciddə partlayış - 11 ölü, 17 yaralı
2024-05-17 11:49

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək
2024-05-17 11:40

Sandu Zurabişviliyə zəng edərək Gürcüstan xalqına dəstəyini ifadə edib
2024-05-17 11:26

Çində taksilərlə bağlı YENİLİK: Sürücüsüz idarəetmə- VİDEO
2024-05-17 10:11

Yerə oxşayan yeni planet aşkarlandı
2024-05-17 10:46

“Hizbullah” İsrailə rekord sayda raket atdı
2024-05-17 10:37

Qardabanidə qardaş bacısını bıçaqlayıb
2024-05-16 23:52

VMH sədri əhaliyə səsləndi: “Sülh yolu ilə mübarizə aparmalıyıq”
2024-05-16 23:50

“Əgər kollektiv “Milli Hərəkat” Salome Zurabişvilini lider kimi elan edərsə...”
2024-05-16 23:47

Gürcüstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb
2024-05-16 23:45

Tiflisdə yenidən etiraz aksiyası keçirilir
2024-05-16 23:40

Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
2024-05-16 23:34

Darçiaşvili bəzi avropalı XİN başçılarının müxalifətin aksiyasını dəstəkləməsini pisləyib
2024-05-16 20:37

Şirin pampıq kimi yüngül planet kəşf edildi
2024-05-16 20:32

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlandı
2024-05-16 20:22

Tiflisdə 120 təşkilat tələb etdi: “Agentlər”i geri götür!
2024-05-16 20:17

İki qardaş 12 saniyəyə 25 milyon dollar oğurladı
2024-05-16 20:14

Azərbaycan və Ermənistan arasında sülh sazişi tarixi fürsətdir
2024-05-16 20:08

Ərdoğanla Kobaxidze FETÖ və PKK ilə mübarizədən danışıb
2024-05-16 20:04

Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir
2024-05-16 20:02

Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
2024-05-16 19:59

Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib
2024-05-16 19:34

Motosiklet idarə edən gənc qəza törətdi
2024-05-16 19:29

17 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-16 19:16

Gürcüstan avropalı tərəfdaşlarla müzakirələrə və həmçinin avropalı tərəfdaşların bu qanunu Avropa direktivlərinə uyğunlaşdıracaq təkliflərə hazırdır
2024-05-16 19:07

Gürcüstan Milli Bankı 60 milyon dollar satıb
2024-05-16 16:10

Daxili İşlər Nazirliyi parlamentin yaxınlığında iki nəfəri əmlaka ziyan vurmaqda ittiham edərək saxlayıb
2024-05-16 15:30

Mtacmindada yanğın baş verib
2024-05-16 14:36


Digər Gürcüstan xəbərləri: