Bu gecə Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir

22 Aprel 2022 - 06:48

134547

Bu gecə Gürcüstanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

İkinci Qədr gecəsi aprelin 22 -dən 23-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecələrinin əməlləri iki qismə bölünür:

1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər.

2. Qədr gecələrinin birinə məxsus olan əməllər.

Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır:

Sübh azanına qədər oyaq qalıb, ibadətlə məşğul olmaq. Oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.

1-ci: Qüsl almaq. Yaxşı olar ki, bu gecələrin qüslü gün batan vaxt edilsin və şam namazı bu qüsllə qılınsın.

2-ci: İki rəkət “Qədr gecəsi” namazı qılmaq. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunur. Namaz qurtardıqdan sonra isə yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilsin, yəni, “Allahdan bağışlanmağımı istəyir və Ona tərəf qayıdıram!” Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir: “Bu namazı qılan şəxs yerindən qalxmamış Allah onu, atasını və anasını bağışlayar...”

3-cü: Quranı açıb qarşıya qoymaq və bu duanı oxumaq:

Əllahummə inni əsəlukə bikitabikəl-munzəli və ma fih, və fihismukəl-əkbəru və əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təcələni min utəqaikə minən-nar.

Duanın tərcüməsi: İlahi səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən.

Bu duadan sonra istədiyiniz duanı etmək olar.

Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)

Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki: “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”.

Quranı götürmək, başa tutmaq və bu duaları demək:

Əllahummə bihəqqi hazəl-quran, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih, və bihəqqikə ələyhim, fəla əhədə ərəfu bihəqqikə mink.

Duanın tərcüməsi: İlahi, (Səni and verirəm bu) Quranın haqqına, və and verirəm o şəxsin haqqına ki, bu Quranı ona göndərmisən, və o möminlərə and verirəm ki, onları bu Quranda tərifləmisən, və sənin onlar üzərində olan haqqına and verirəm, və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur.

Sonra bu zikrlərin hər birini on dəfə deyirsən:

1. “Bikə ya Allahu”.

2. “Bi-Muhəmmədin”.

3. “Bi-Əliyyin”.

4. “Bi-Fatimətə”.

5. “Bil-Həsəni”.

6. “Bil-Husəyni”.

7. “Bi-Əliyy-ibnil-husəyni”.

8. “Bi-Muhəmməd-ibni-əliyyin”.

9. “Bi-Cəfər-ibni-muhəmmədin”.

10. “Bi-Musəbni-Cəfərin”.

11. “Bi-Əliyy-ibni-Musa”.

12. “Bi-Muhəmməd-ibni-Əliyyin”.

13. “Bi-Əliyy-ibni-Muhəmmədin”.

14. “Bil-Həsən-ibni-Əliyyin”.

15. “Bil-Huccəti”.

Zikrlərin tərcüməsi:

1. “İlahi, Səni Öz zatına and verirəm!”

2. “İlahi, Səni Həzrət Məhəmmədin (s) haqqına and verirəm!”

3. “İlahi, Səni Həzrət Əlinin (ə) haqqına and verirəm!”

4. “İlahi, Səni Həzrət Fatimənin (s.ə.) haqqına and verirəm!”

5. “İlahi, Səni Həzrət Həsənin (ə) haqqına and verirəm!”

6. “İlahi, Səni Həzrət Hüseynin (ə) haqqına and verirəm!”

7. “İlahi, Səni Həzrət Əli ibn Hüseynin (ə) haqqına and verirəm!”

8. “İlahi, Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!”

9. “İlahi, Səni Həzrət Cəfər ibn Məhəmmədin (ə) haqqına and verirəm!”

10. “İlahi, Səni Həzrət Musa ibn Cəfərin (ə) haqqına and verirəm!”

11. “İlahi, Səni Həzrət Əli ibn Musanın (ə) haqqına and verirəm!”

12. “İlahi, Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!”

13. “İlahi, Səni Həzrət Əli ibn Məhəmmədin (ə) haqqına and verirəm!”

14. “İlahi, Səni Həzrət Həsən ibn Əlinin (ə) haqqına and verirəm!”

15. “İlahi, Səni Həzrət Höccətin (ə) haqqına and verirəm!”

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

4-cü: İmam Hüseyni (ə) ziyarət etmək.

5-ci: Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq). Hədisdə var ki, kim Qədr gecəsini əhya saxlasa, onun günahları bağışlanar, baxmayaraq ki, onun günahları göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər qədər olsa belə.

6-cı: Yüz rəkət namaz (əlli dəfə iki rəkətli namaz) qılmaq. Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rəkətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunsun.

7-ci: Bu duanı oxumaq:

Əllahummə inni əmsəytu ləkə `əbdən daxira, la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu `ənha su`a, əşhədu bizalikə `əla nəfsi, və ə`tərifu ləkə biz`əfi quvvəti, və qilləti hiləti, fəsəlli `əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və`ədtəni, və cəmi`l-mu`mininə vəl-mu`minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni `əbdukəl-miskinul-mustəkinuz-zə`iful-fəqirul-məhin, əllahummə la təc`əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə`təytəni, və la ayisən min icabətikə, və-in əbtə`ət `ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa`in əv `afiyətin əv bəla`in əv bu`sin əv nə`ma`ə, innəkə səmi`ud-du`ai.

Duanın tərcüməsi:

“İlahi, bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyinə və çarəmin azlığına etiraf edirəm. İlahi, Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi, məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər ehtiyacda olum, istərsə də nemətdə. Həqiqətən, sən duaları eşidənsən!”

8-ci: Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək. (Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.)

9-cu: Cövşən-kəbir duasını oxumaq.

10-cu: Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq. Yüz dəfə “Əllahummələn qətələtə Əmiril-möminin.”

11-ci: Yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: “Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm”.



Xəbər lenti

May ayının 2-dək olan hava şəraiti açıqlandı
2024-04-29 15:21

13 yaşlı qızını zorlamaqda ittiham olunan ata saxlanıldı
2024-04-29 15:19

Hüquq məsələləri üzrə komitənin iclasında Levan Xabeişvili ilə Mamuka Mdinaradze arasında şifahi qarşıdurma olub
2024-04-29 15:13

Moskvada OLAY: 12-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
2024-04-29 14:41

Gürcüstan Milli Bankı I rübdə valyuta bazarından 214 milyon dollar alıb
2024-04-29 14:39

Gürcüstanda son 10 ildə 1,5 milyard dollar vergi borcu silinib
2024-04-29 14:37

Tbilisidən Batumiyə səyahət 3,5 saata enib
2024-04-29 12:43

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-29 12:40

Rus qanununun ikinci oxunuşu zamanı da onlayn medianın parlamentə buraxılmasına icazə verilməyəcək
2024-04-29 12:35

Keçmiş nazir Aleksi Petriaşvili parlamentin qarşısında keçirilən aksiyada saxlanılıb
2024-04-29 12:28

20-25 min gənc çıxıb bu qanunu geri götür deyirsə, götür
2024-04-29 12:22

Qərb bankları ötən il Rusiyaya 800 milyon avro vergi ödəyib
2024-04-29 12:14

Bu gün “Gürcü Arzusu” parlament binası qarşısında aksiya keçirəcək
2024-04-29 11:44

Bu gün parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək
2024-04-29 11:42

99 gündə Quranı bütünlüklə əzbərləyən sudanlı qadınlar
2024-04-29 11:33

Gürcüstan parlamenti yenidən xüsusi təhlükəsizlik rejiminə keçir
2024-04-29 11:20

Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
2024-04-29 10:53

"Gürcüstan-ABŞ münasibətlərinə yenidən baxılmalıdır"
2024-04-28 22:03

Tbilisidə etirazçılar yolu bağladılar
2024-04-28 20:59

Dövlət bu şəxslərə ev verəcək
2024-04-28 19:10

"Mənə hansı sanksiyaları tətbiq edəcəklərini məmnuniyyətlə gözləyəcəyəm”
2024-04-28 18:54

Stokholmda yenə Quran yandırıldı- VİDEO
2024-04-28 15:33

Polis Tbilisi və regionlarda qanunsuz odlu silah və sursat götürüb, 6 nəfər saxlanılıb
2024-04-28 15:28

Polşada qanunsuz yaşayan Gürcüstan vətəndaşları saxlanılıb
2024-04-28 13:47

Bu gün Respublika meydanında rus qanununa qarşı “ Avropa yürüşü “ keçiriləcək
2024-04-28 13:44

İtaliyada mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-04-28 13:42

BMT: “Altı ayda Qəzzada 13 min uşaq ölüb”
2024-04-28 12:07

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
2024-04-28 12:00

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
2024-04-28 11:53

“WhatsApp”a yeni funksiya gəlir
2024-04-28 11:49

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb
2024-04-28 11:09

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

67

Qurana əsasən orucun faydaları

86

Qədr gecəsinin fəzilətləri

117