İmam Əlinin müsəlmanlara son vəsiyyəti

22 Aprel 2022 - 06:22

134555

Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
Bu vəsiyyətin qısaldılmış şəklinə nəzər salaq:

"Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz; dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin, haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün, zalımların düşməni və məzlumların dostu, himayəçisi olun."

 "Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddinizin belə buyurduğunu eşitdim: "Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan əfzəldir."

"Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!"

"Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (çoxlu) tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik."

"Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən qabağa keçə! Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur. Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq."

"Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın! Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız. Əmr bill məruf və nəhy ənil-münkəri tərk etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır."

Sonra buyurdu:–Ey Əbdül-Müttəlib övladları! Məbada siz mənim şəhadətimdən sonra "Əmirəl-möminin öldürüldü", deyə bəhanə edərək qolunuzu çırmalayıb müsəlmanları qanına qəltan edəsiniz! Bilin və agah olun ki, mənim qisasımı alanda yalnız qatili öldürməlisiniz. Əgər mən bu zərbə nəticəsində dünyadan getsəm, ona yalnız bir zərbə vurun ki, bir zərbə–bir zərbə müqabilində olsun. Məbada onun burun-qulağını kəsəsiniz! Mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitmişdim: "Hətta quduz iti belə, müslə etməkdən (burun-qulaq kəsməkdən) uzaq olun!"

Ey camaat! Hər insan ölümdən qaça-qaça onunla görüşür. Ömrün müddəti canın cıdır meydanıdır. (Mənzil başı ömrün başa çatması və ölümü qəbul etməkdir.) Ölümdən qaçmaq ona yaxınlaşmaqdır. 
 Mən (sizlərə) Allah barəsində vəsiyyət edib tapşırıram ki, Ona heç nəyi şərik qoşmayasınız. 
Mən dünən sizinlə yoldaş və həmnişin idim. (Sağlamlıq, igidlik və gücümlə sizə xidmət edirdim.) Bu gün isə sizlər üçün ibrət və öyüdəm. (Bütün bu igidlik və qüdrətimə baxmayaraq, ölürəm.) Sabah sizdən uzaqlaşaraq ayrılacağam. (Öləcəyəm.) 
 Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. 

Qohumlarınıza diqqət edin və onlarla sileyi-rəhm edin ki, Allah Qiyamət günü hesabı sizə asan etsin.

Allahdan qorxun, Allahdan qorxun, Ramazan ayının orucuna görə. Çünki o, sizin üçün cəhənnəm atəşindən yaxşı qalxandır.

Allahdan qorxun, Allahdan qorxun, yoxsullara görə. Onları həyatınıza şərik edin, yeyəcək və geyəcəklərinizdən onlara verin.

Allahdan qorxun, Allahdan qorxun, əlinizin altında olanlara, kəniz və nökərlərinizə görə. Çünki Peyğəmbərin (s) son tövsiyə bu idi ki, buyurub: "Mən sizə əlin…



Xəbər lenti

May ayının 2-dək olan hava şəraiti açıqlandı
2024-04-29 15:21

13 yaşlı qızını zorlamaqda ittiham olunan ata saxlanıldı
2024-04-29 15:19

Hüquq məsələləri üzrə komitənin iclasında Levan Xabeişvili ilə Mamuka Mdinaradze arasında şifahi qarşıdurma olub
2024-04-29 15:13

Moskvada OLAY: 12-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
2024-04-29 14:41

Gürcüstan Milli Bankı I rübdə valyuta bazarından 214 milyon dollar alıb
2024-04-29 14:39

Gürcüstanda son 10 ildə 1,5 milyard dollar vergi borcu silinib
2024-04-29 14:37

Tbilisidən Batumiyə səyahət 3,5 saata enib
2024-04-29 12:43

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-29 12:40

Rus qanununun ikinci oxunuşu zamanı da onlayn medianın parlamentə buraxılmasına icazə verilməyəcək
2024-04-29 12:35

Keçmiş nazir Aleksi Petriaşvili parlamentin qarşısında keçirilən aksiyada saxlanılıb
2024-04-29 12:28

20-25 min gənc çıxıb bu qanunu geri götür deyirsə, götür
2024-04-29 12:22

Qərb bankları ötən il Rusiyaya 800 milyon avro vergi ödəyib
2024-04-29 12:14

Bu gün “Gürcü Arzusu” parlament binası qarşısında aksiya keçirəcək
2024-04-29 11:44

Bu gün parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək
2024-04-29 11:42

99 gündə Quranı bütünlüklə əzbərləyən sudanlı qadınlar
2024-04-29 11:33

Gürcüstan parlamenti yenidən xüsusi təhlükəsizlik rejiminə keçir
2024-04-29 11:20

Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
2024-04-29 10:53

"Gürcüstan-ABŞ münasibətlərinə yenidən baxılmalıdır"
2024-04-28 22:03

Tbilisidə etirazçılar yolu bağladılar
2024-04-28 20:59

Dövlət bu şəxslərə ev verəcək
2024-04-28 19:10

"Mənə hansı sanksiyaları tətbiq edəcəklərini məmnuniyyətlə gözləyəcəyəm”
2024-04-28 18:54

Stokholmda yenə Quran yandırıldı- VİDEO
2024-04-28 15:33

Polis Tbilisi və regionlarda qanunsuz odlu silah və sursat götürüb, 6 nəfər saxlanılıb
2024-04-28 15:28

Polşada qanunsuz yaşayan Gürcüstan vətəndaşları saxlanılıb
2024-04-28 13:47

Bu gün Respublika meydanında rus qanununa qarşı “ Avropa yürüşü “ keçiriləcək
2024-04-28 13:44

İtaliyada mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-04-28 13:42

BMT: “Altı ayda Qəzzada 13 min uşaq ölüb”
2024-04-28 12:07

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
2024-04-28 12:00

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
2024-04-28 11:53

“WhatsApp”a yeni funksiya gəlir
2024-04-28 11:49

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb
2024-04-28 11:09

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

67

Qurana əsasən orucun faydaları

86

Qədr gecəsinin fəzilətləri

117