“Navalnı da ermənipərəstdir...”- “Kim gəlsə də, imperializm siyasəti davam edəcək...”

25 Yanvar 2021 - 19:19

134600

“Ermənilər Qarabağı elə demokrat(!) Yeltsin zamanında, onun dəstəyi ilə işğal etmədi?..”

“Hətta Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra mühacirətdə  olan anti-bolşevik Rusiya siyasətçiləri də Azərbaycanın müstəqil dövlət olmasını istəmir, əleyhinə təbliğat aparırdılar...”

Rusiyada müxalif və demokratik(!)  lider hesab olunan Navalnının həbsi ilə bağlı etiraz aksiyalarından sonra yaranmış durum ictimaiyyətdə belə suallar da yaradır: Kremldəki  mümkün dəyişikliklərin  Azərbaycana, konkret Qarabağ məsələsinə təsiri və s. necə ola bilər? Axı Rusiya hazırda hərbi mənada legitim olaraq Azərbaycan torpağındadır..

Xeber.ge saytı xəbər verir ki,İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bu fikirləri ifadə edib: 

 

“Bilirsiz, tarix şahiddir ki,  Rusiya dövləti yarandığından bu günə qədər bu ölkədə heç bir zaman demokratiya olmayıb və rus xalqı demokratik dəyərlərlə idarə olunmayıb. Yalnız Sovetlər dağıldıqdan sonra - 1991-1999-cu illər arası Rusiyada demokratik ideyalar hakim olub. Putin iqtidara gəldikdən sonra isə Rusiyada demokratik dəyərlər ortadan qalxıb və bu ölkənin demokratik imici mənfiyə doğru dəyişib. Umumiyyətlə, sual meydana çıxır: rus xalqı demokratiya istəyirmi?.

 

Gələlim “Rusiyada demokratik dəyişliklər olsa, Kremlin, Azərbaycan, konkret olaraq Qarabağla bağlı siyasətində dəyişikliklər ola bilərmi?” məsələsinə... Tarix göstərir ki, Çar Rusiyasi zamanında belə, demokratik imicli  rus siyasətçiləri  və dövlət xadımləri belə,  Azərbaycan xalqının müstəmləkə olması tərəfdarı olublar. Hətta Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra mühacirətdə  olan anti-bolşevik Rusiya siyasətçiləri də Azərbaycanın müstəqil dövlət olmasını istəmir, əleyhinə təbliğat aparırdılar... 

 

Birinci Qarabağ müharibəsi gedərkən Rusiyada guya demokratik dəyərlərə sahib olan hökümət olub. Amma bu demokratik höküməti idarə edənlər də Ermənistana hər cür dəstək veriblər.  Ermənilər Qarabağı elə demokrat(!) Yeltsin zamanında, onun dəstəyi ilə işğal etməyib?.. Demokrat(!) Boris Yeltsin zamanında Rusiyanın liberal dəyərlərə sahib olan, Rusiyanın Avropaya inteqrasiya tərəfdarı olan  Xarici İşlər naziri olmuş Andrey Kozırev bizim dövlət adamlarmızla görüşündə bunu açıqça deyirdi. “Liberal dəyərlərə sahib Rusiyada liberal iqtisadiyyat olsun” deyən Yeqor Qaydar nazir olanda Ermənistana onun göstərişi ilə silah yardımı olunub və erməniləri fəlakətdən xilas edib... Bütün bunları niyə deyirəm? Məsələ ondadır ki, Rusiyada hakimiyyətə kim gəlir-gəlsin, istər Azərbaycanın suverenlik məsələsi, istər Qarabağ məsələsi ilə bağlı hər zaman Rusiyanın dövlət maraqlarının yeridilməsi və ən önəmlisi imperializm siyasəti davam edəcək...” 

 

Beynəlxalq məsələlər üzrə analitik Navalnı və ya onun kimilərin Moskvada hakimiyyətə gələcəyi halda belə Kremlin Azərbaycana münasibətinin mahiyyətcə dəyişməyəcəyini bildirib.

 

“Qaldi konkret Navalnı və ya onun kimisini hakimiyyətə gələcəyi varianta,  bu halda da Rusiyanın Güney Qafqaz, Azərbaycan və ayrıca Qarabağla bağlı siyasətində mahiyyətcə hər hansı dəyişlik olmayacaq.  Digər tərəfdən, Navalnı rus milliyyətçisidir, Navalnı ermənipərəstdir. Navalnının Rusiyada hər hansı qalib gəlmək ehtimalı da, demək olar ki, çox  azdır... 

 

Və təkrar edirəm: demokratiya umumi götürəndə hər bir dövlətin özünün seçimi olmalıdır və xalqlar özləri bunu istəməli, bunun uğrunda  mübarizə aparmalıdır. 

 

Qarabağ məsələsinin tam həlli, yəni torpaqlarımızın tam azadlığı isə yalnız Azərbaycan xalqının birliyindən keçir. Əsas daxili və xarici problemlərimizi həll etməli və güclənməliyik. Və üçrəngli bayrağımızın altında yumruq kimi birləşərək Azərbaycanımızı hər cür imperiya ambisiyalı dövlətlərin təhdid və hücumlarından qorumalıyıq”- deyə  Teymur Qasımlı vurğulayıb.


mənbə: Moderator.az

Xəbər lenti

“Bəziləri özlərini Yupiter, Gürcüstan isə öküz hesab edirlər”
2024-05-08 15:14

Ukraynada daha iki gürcü döyüşçü, Davit Qoqadze və Beso Lomidze həlak olub
2024-05-08 14:04

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09

İslamda nizam və intizamın əhəmiyyəti
2024-05-08 12:33

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
2024-05-08 12:20

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
2024-05-08 12:11

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39


Digər Analitika xəbərləri: