IPI Gürcüstan hökumətini jurnalist Əfqan Sadıqovu Azərbaycana təhvil verməməyə çağırır

06 Avqust 2024 - 07:38

219

Beynəlxalq Mətbuat İnstitutu (IPI) azərbaycanlı jurnalist, "Azel.tv"nin baş redaktoru Əfqan Sadıqovun ekstradisiya həbsindən dərhal azad edilməsini tələb edir. "IPI" Gürcüstan hökumətini, Gürcüstan Daxili İşlər Nazirliyini Sadıqovu Azərbaycana verməməyə və onun Gürcüstanı tərk etməsinə imkan yaradılmasına çağırır.

Kriminal polis əməkdaşları Sadıqovu avqustun 3-də Tbilisidə, küçədə, həyat yoldaşı və uşaqlarının iştirakı ilə saxlayıb, avqustun 4-də isə hakim onun barəsində 3 aylıq ekstradisiya həbsi qərarı verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əfqan Sadıqov Azərbaycanda hədə-qorxu ilə pul tələb etdiyinə görə axtarışa verilib. O, ekstradisiya ilə bağlı yekun qərara qədər həbsxanada qalacaq.

“Məhkəmədə prokurorluq həmin şəxsin istintaq orqanlarına gəlib məlumat verməkdən yayınmasına əsaslanıb. Lakin işin heç bir yerində onun çağırış vərəqəsi alması və ya gəlməməsi halı yoxdur. Azərbaycanda Əfqan Sadıqova qarşı iş başlanıb ki, onun bu barədə məlumatı yoxdur.

Ekstradisiya edilərsə, onun işgəncəyə və ya qeyri-insani rəftara məruz qalması, ya da həyatı və sağlamlığının ciddi təhlükə altına düşməsi riski yüksəkdir”, - Bu barədə vəkil Dimitri Nozadze bildirib. Onun məlumatına görə, jurnalist Gürcüstandan sığınacaq istəyir.

Sevinç Sadıqova hesab edir ki, əri Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə təqib olunur və Azərbaycan prezidenti İlham Əliyevin əmri ilə saxlanılıb.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidzenin fikrincə, jurnalistin Azərbaycana təhvil verilməsi çox ciddi insan hüquqlarının pozulması olacaq və yeganə düzgün qərar ekstradisiyadan imtina etməkdir.

“Əgər şəxs öz ölkəsində görüşlərinə və fəaliyyətinə görə təqib olunursa, həbsxanada pis rəftarla, işgəncə ilə üzləşirsə və öz ölkəsində ədalətli məhkəmə araşdırması hüququndan istifadə edə bilmirsə, kimliyindən asılı olmayaraq, onun ekstradisiyasının həyata keçirilməsi yolverilməzdir. Gürcüstanın beynəlxalq müqavilələrə əsasən belə bir vaxtda ekstradisiyanı etməmək öhdəliyi var.

Ona görə də bu halda Gürcüstanın beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə sadiq qalıb-qalmaması bir daha görünəcək”, - Kurdovanidze bildirib.

Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstanda yaşayır. Təxminən iki həftə əvvəl o, həyat yoldaşı və iki azyaşlı qızı ilə Türkiyəyə getməyə cəhd edib. Lakin Gürcüstan sərhədçiləri onun Tbilisi Beynəlxalq Hava Limanında sərhədi keçməsinə icazə verməyiblər. Həmin vaxt Sadıqovu saxlamadılar – dedilər ki, o yalnız Azərbaycana qayıda bilər.

Azərbaycan hakimiyyəti Əfqan Sadıqovu sonuncu dəfə 2020-ci ilin mayında hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs edib. Həmin ilin noyabrında o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Sadıqov ittihamı rədd edib və etiraz əlaməti olaraq həbsxanada aclıq aksiyası elan edib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 2022-ci ilin may ayının sonunda Sadıqov prezident İlham Əliyev tərəfindən əfv edilib.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Marneulidə zərncirvari avtomobil qəzası baş verdi
2024-09-12 13:35

Tbilisidə mağaza qarət olunub
2024-09-12 13:32

Polis bir nəfəri şəxsi həyatın toxunulmazlığını pozmaqda ittiham edərək həbs edib
2024-09-12 13:29

Şarcədə 100 yeni məscidin tikintisi
2024-09-12 12:59

Gürcüstanda estakadada rəqs edən turisti ildırım vurub - ANBAAN GÖRÜNTÜLƏR
2024-09-12 12:45

İsrail Qəzzada məktəbi bombalayıb, 18 nəfər ölüb
2024-09-12 12:13

Gürcüstan daha bir ölkə ilə vizasız gediş-gəliş haqqında saziş imzalayıb
2024-09-12 11:48

Kobaxidze müxalifətlə debatdan imtina etdi
2024-09-12 11:33

Livandan İsrailə 40 raket atıldı
2024-09-12 11:19

Gürcüstan Baş naziri: Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur
2024-09-11 22:42

Gürcüstan və İslandiya arasında birbaşa aviareyslər
2024-09-11 22:38

Gürcüstan iqtisadiyyatı ilə bağlı statistik göstəricilər
2024-09-11 22:34

"Zurabişvilinin tam məntiqsizliyi məntiqlidir"
2024-09-11 22:30

Tbilisidə bir neçə avtomobil bir-biri ilə toqquşub
2024-09-11 22:27

“Heç bir müxalifətçi İvanişvilinin dırnağının qiymətinə layiq deyil"
2024-09-11 22:25

Baş nazir Ukraynanın müvəqqəti nümayəndəsinin Gürcüstandan geri çağırılmasına belə münasibət bildirib
2024-09-11 22:21

Müxalifətin kampaniyası əslində Gürcüstanda, ictimaiyyətin gözü qarşısında deyil, ölkədən kənarda aparılır
2024-09-11 22:19

Polşada soyğunçuluq edən 4 Gürcüstan vətəndaşı tutulub
2024-09-11 22:17

Sinoptiklər gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
2024-09-11 22:15

Avtomobil qadını vurub
2024-09-11 22:13

İslam dövlətləri arasında sərhədə nəzarət ləğv edilsin
2024-09-11 21:23

ABŞ gələn ay Gürcüstanda hakimiyyəti ələ keçirəcək: Kəşfiyyat Xidmətindən şok iddia
2024-09-11 21:20

Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib
2024-09-11 14:36

Göyərtəsində 173 sərnişin olan təyyarənin mühərriki havada alışdı- VİDEO
2024-09-11 14:26

BMT baş katibi İsrailin hücumunu pislədi
2024-09-11 14:22

Albaniya-Gürcüstan matçı ilə əlaqədar ictimai nəqliyyat saat 02:00-dək işləyəcək
2024-09-10 21:38

“Gürcü arzusu” seçki siyahısını təqdim edib
2024-09-10 21:34

“Güclü Gürcüstan” koalisiyasının üzvü Vüsal Qayıbov saxlanılıb
2024-09-10 21:27

“Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci müddət də daxil olmaqla, böyük məsuliyyət götürməyə hazıram”
2024-09-10 21:22

Rusiya Qərblə qarşıdurmada qalib gəlsə, Gürcüstan həm Abxaziyanı, həm də öz müstəqilliyini itirəcək
2024-09-10 21:18

Aspindza bələdiyyəsində ildırım düşməsi nəticəsində bir nəfər ölüb
2024-09-10 21:13

Xatırlatmaq istərdim ki, illər əvvəl strateji obyektlər Rusiyanın dövlət şirkətlərinə satılıb
2024-09-10 21:11

11 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-10 21:00

Avrokomissar Gürcüstan parlamentini LGBT təbliğatına qarşı qanun layihəsini qəbul etməməyə çağırıb
2024-09-10 20:47

Gürcüstan Türkiyə ilə NATO-ya daxil olmağı müzakirə etdi
2024-09-10 20:41

Suvarma kanalında gənc oğlan ölü tapılıb
2024-09-10 14:59

Süni gölə düşən 15 yaşlı yeniyetmə dünyasını dəyişib
2024-09-10 14:54

Dünyanın ən böyük əlyazma Quran nüsxəsi
2024-09-10 14:26

Son 3 ildə yüzlərlə insan suda boğularaq ölüb
2024-09-10 14:24

2025-ci ilin sonuna qədər əlavə 400 yaşayış məntəqəsinə təbii qaz veriləcək
2024-09-10 12:39


Digər Gürcüstan xəbərləri:

Tbilisidə mağaza qarət olunub

66