Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq

21 Iyun 2024 - 07:31

248

Bu il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq. Bununla əlaqədar ölkə qanunlarına bəzi dəyişikliklər olunub.

Dəyişikliklərə əsasən, əcnəbilərin Gürcüstanın siyasi həyatında iştirakına ciddi məhdudiyyətlər qoyulub.

Xarici vətəndaşların yaşayış icazəsi olub-olmamasından asılı olmayaraq partiya yaratmaq, partiyalara qoşulmaq, partiyalara ianə vermək hüququ yoxdur. Bundan başqa, xarici vətəndaşların seçkilərdə iştirak etmək hüququ yoxdur. Digər dəyişiklik seçki məntəqələrində elektron səsvermənin tətbiqi ilə əlaqədardır.

Bu seçkilər ölkədəki seçki məntəqələrinin 90 faizində elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək ilk seçki olacaq. Seçicilər seçki məntəqələrində əvvəlki qaydada səs versələr də, yeni bülletenlərdən istifadə olunacaq və nəticələr xüsusi sayma maşını ilə hesablanacaq. Əvvəllər elektron səsvermə sistemi seçki məntəqələrinin yalnız kiçik bir hissəsini əhatə edirdi və pilot rejimdə həyata keçirilirdi.

Bu il həm də parlament seçkiləri ilk dəfə Gürcüstanda tam proporsional sistemlə keçiriləcək. Parlamentdəki 150 yer partiya siyahıları əsasında doldurulacaq. Bununla belə partiya yalnız ən azı 5 faiz səs toplayacağı təqdirdə parlamentə daxil ola biləcək. Parlament çoxluğunu əldə etmək üçün siyasi partiya həm Gürcüstanda, həm də xaricdə səs verəcək seçicilərin ən azı 50 faizinin dəstəyini almalıdır.


mənbə: trend

Xəbər lenti

Trampa sui-qəsd cəhdini onlar edib
2024-07-14 17:23

AVRO-2024: Bu gün çempion bəlli olacaq
2024-07-14 13:21

FTB Trampı öldürmək istəyən şəxsin kimliyini müəyyənləşdirib
2024-07-14 12:28

Trampa atəş açıldı: ölənlər var - Video
2024-07-14 12:24

"WhatsApp"da yeni funksiya olacaq
2024-07-13 23:26

Kür çayında bir nəfər axtarılır
2024-07-13 23:22

“Glovo” kuriyerini avtomobil vurub
2024-07-13 23:20

Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlər 2025-ci ildə dəyişəcək
2024-07-13 18:48

Minik avtomobili yoldan çıxaraq aşıb
2024-07-13 18:45

Baydendən ETİRAF: "Çoxlu səhvlər edirəm"
2024-07-13 16:04

Cənubi Qafqaz Qərbin hədəfində: Vaşinqton çevrilişə hazırlaşır
2024-07-13 13:41

Gürcüstanda bu bölgələrdə hava pisləşəcək
2024-07-13 13:30

45 yaşlı qadın quduz heyvanın dişləməsi nəticəsində dünyasını dəyişib
2024-07-13 13:26

ABŞ Gürcüstana yardımı dondurub
2024-07-12 22:42

Parlament 6,7 milyon lariyə 60 yeni avtomobil alacaq
2024-07-12 21:07

Bu cinayəti işləmiş məhkumların bir sıra hüquqları məhdudlaşdırıla bilər
2024-07-12 21:03

13 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-12 20:52

Əhalinin xarici vəsaitin siyasi təsir üçün istifadə edildiyini bilməyə haqqı var
2024-07-12 15:18

"Whatsapp"dan səsli mesajlarla bağlı YENİLİK
2024-07-12 15:15

Spiker: Fransanın Gürcüstana birbaşa maliyyə yardımı ilə bağlı məlumat yanlışdır
2024-07-12 15:01

Prezident yığılan pensiyalar haqqında qanuna edilən dəyişiklikləri imzalamayıb
2024-07-12 14:52

Biz 16 ildir ki, NATO-nun açıq qapısında dayanmışıq
2024-07-12 14:47

Gürcüstanın müdafiə naziri Ermənistanda səfərdədir
2024-07-12 11:03

Gürcüstanın baş naziri Böyük Britaniyanın səfiri ilə görüşüb
2024-07-12 11:00

Azyaşlı tikintidən yıxılaraq ölüb
2024-07-12 10:54

Avropa İttifaqının Gürcüstanda maliyyələşdirdiyi bəzi layihələr dayandırılır
2024-07-12 10:49

Bayden Zelenskini “Prezident Putin” kimi təqdim edib - VİDEO
2024-07-12 10:26

“Gürcüstanda nifrət və terror kampaniyaları bir çox hallarda Avropadan maliyyələşib”
2024-07-11 22:43

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul edib
2024-07-11 22:40

Gürcüstan Konstitusiya Məhkəməsində “xarici agentlər haqqında” qanunun ləğvi üçün üç iddia qaldırılacaq
2024-07-11 22:32

"Bu ölkə heç vaxt rusiyapərəst olmayıb və olmayacaq!"
2024-07-11 22:28

“2008-ci ildə Putin Gürcüstanı işğal edəndə bizim reaksiyamız yumşaq idi”
2024-07-11 22:24

Dəmir yolunda hərəkətdə olan teplovoz 35 yaşlı kişini vurub
2024-07-11 19:51

Gürcüstanda bu şəxslərə amnistiya şamil ediləcək - Yeddi min nəfər
2024-07-11 19:45

Parlamentdə “Amnistiya haqqında” qanun layihəsi irəli sürülüb
2024-07-11 19:42

Seçkidə “liberal faşizm”i məğlub edəcəyik
2024-07-11 19:33

Vaşinqton sammitinin bəyannaməsində Gürcüstanın NATO perspektivləri barədə qeydlər çıxarılıb
2024-07-11 19:28

Prezident əfv sərəncamı imzaladı
2024-07-11 19:25

12 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-11 18:41

Gürcüstan müdafiə naziri ABŞ və Aİ-nin tezliklə öz qərarını dəyişəcəyinə ümid edir
2024-07-11 14:41


Digər Gürcüstan xəbərləri: