Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq

18 May 2024 - 09:31

241

“Gürcü Arzusu” “xarici agentlər” haqqında rus qanununun son variantında fiziki şəxslərə Ədliyyə Nazirliyi tərəfindən tələb olunan məlumatı təqdim etmək öhdəliyi qoyan dəyişiklik edib. Nazirlik həmçinin şəxsin siyasi baxışları, dini və ya fəlsəfi əqidəsi, sağlamlıq vəziyyəti və cinsi həyatı ilə bağlı məlumatları da tələb edə biləcək. Tələb olunan məlumatların təqdim edilməməsi halında 5000 lari məbləğində cərimə nəzərdə tutulur.

Bu gün məlum olan dəyişiklik qanunun son variantında, 8-ci maddənin 3-cü hissəsində öz əksini tapıb. Sözügedən maddə “xarici dövlətin maraqlarını daşıyan təşkilatı aşkar etmək üçün” monitorinqlərin aparılması və “lazımi” məlumatların əldə edilməsini nəzərdə tutur:

“Monitorinq aparmaq üçün Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləndirilmiş şəxs qanuna uyğun olaraq lazımi məlumatları, o cümlədən “Fərdi Məlumatların Mühafizəsi Haqqında” Gürcüstan Qanununun 3-cü maddəsinin “b” yarımbəndində nəzərdə tutulmuş məlumatları, digər şəxsi məlumatlar və sirləri (Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş dövlət sirri olan məlumatlar istisna olmaqla) ehtiva edən məlumatları axtarmaq hüququna malikdir. Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləndirilmiş şəxs tərəfindən bütün şəxslər, orqanlar, təşkilatlar, qurumlardan təqdim olunması tələb edilən, onların əllərində olan həmin məlumatları, dərhal ona təqdim etməyə borcludurlar”.

“Fərdi Məlumatların Mühafizəsi Haqqında” Qanunun 3-cü maddəsinin “b” yarımbəndində məlumatların xüsusi kateqoriyası nəzərdə tutulur – “şəxsin irqi və ya etnik mənsubiyyəti, siyasi baxışları, dini və ya fəlsəfi əqidəsi, həmkarlar ittifaqına üzvlüyü, sağlamlıq vəziyyəti, cinsi həyatı, məhkumluğu, inzibati həbs, şəxs barəsində qabaqlayıcı tədbirlərin tətbiqi, şəxslə proeseual razılaşmanın bağlanılması, yayındırma (განრიდება), cinayət qurbanı və ya zərərçəkən kimi tanınması, habelə fiziki şəxsin yuxarıda qeyd olunan əlamətlərlə şəxsiyyətinin müəyyənləşdirilməsinə imkan verən biometrik və genetik məlumatlar.

“Aydındır ki, rus qanunu sadə insanlara bundan əvvəl də şamil edilirdi. Avrointeqrasiyanı bir kənara qoysaq, biz bu ölkədə yaşayırıq və beynəlxalq yardımla əldə edilən xeyirlərdən hamımız faydalanacağıq. Lakin  indiyə qədər qanunun sadə vətəndaşa təsiri dolayı yolla və zamanda yubana bilən idisə, indi birbaşa və əminliklə demək olar ki, bəli, bu qanun hamıya təsir edəcək.

İndi, artıq açıq və aydın yazılıb ki, limitsiz  və qeyri-məhdud cərimələr mexanizmi, limitsiz və qeyri-məhdud məlumat və sirləri təqdim etmək öhdəliyi həm də fiziki şəxslərə şamil edilir”, – “Vətəndaş Cəmiyyəti Fondu”nun hüquqşünası Saba Braçveli deyir.

Parlament sədri Şalva Papuaşvili bildirir ki, bu məsələ mayın 1-də plenar iclasda qanunun ikinci oxunuşu zamanı qaldırılıb. Əslində, 8-ci bəndin müzakirəsi və sual-cavab məruzəçi Anri Oxanaşvili dəyişikliklə bağlı heç nə demədən başa çatıb.

“Bax, görürsünüz, qanunu, layihəni oxumaları və oxunuş sesiyalarını dinləmələri və iştirak etmələri nə üçün yaxşı imiş. Bax budur. Müxalifət, medianın bir hissəsi və “engeo”lar masaya çırpılaraq müzakirəni boğmağa çalışırdılar, dinləsə idilər bu layihənin necə müzakirə olunduğunu görərdilər. Bu məsələ ikinci oxunuşda müzakirə olunub, plenar iclasda müzakirə zamanı bu məsələ qaldırılıb”, - Papuaşvili bu gün jurnalistlərə bildirib.

“Bu onu nəzərdə tutur ki, məlumat əldə etmək zərurəti yarandıqda, bu və ya digər təşkilatla bağlı araşdırma aparılarkən şəxslərin həm hüquqi, həm də fiziki şəxslərə məlumat vermək öhdəliyi var. Bu, məlumat vermək öhdəliyidir.

Qeydiyyat fiziki şəxslərə şamil edilmir. Görürsünüzmü, insanın oxumağa-yazmağa tənbəllik edib, səs-küy və qışqırmağa üstünlük verməsi nə boyda problemdir. Bu məsələ ikinci oxunuşda da müzakirə olunub. Əgər iki həftə əvvəlin xəbərini indi kəşf etmisinizsə, bu, özü başqa hekayədir”.

Papuaşvilidən məlumatın verilməsi öhdəliyinin nə üçün fiziki şəxslərə də şamil edildiyini soruşulduqda o, belə cavab verib: “Çünki, bəzən ayrı-ayrı təşkilatlarla bağlı məlumatın əldə edilməsi zəruri olur və hər kəs, istər təşkilatlar, istərsə də fiziki şəxslər onu təqdim etməyə borcludur. Bəs necə?”

Papuaşvili deyir ki, bu dəyişiklik qanunların sərtləşdirilməsi demək deyil. “Qanunun mahiyyəti, onun tənzimlənməsinin əhatə dairəsi 20%-dən çox xaricdən maliyyələşən təşkilatlardır. Bunda heç nə dəyişmir”, - Papuaşvili bildirib.

“Gürcü Arzusu” rus qanununu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. Ondan bir gün əvvəl qanun üçüncü oxunuşda baxılması üçün Hüquq Məsələləri Komitəsinə çıxarılıb. Komitənin sədri Anri Oxanaşvili müzakirəni 67 saniyəyə yekunlaşdırıb ki, polisin mane olduğu müxalifət deputatları iclasa daxil olmağa vaxt tapmayıb.

Əgər qüvvəyə minərsə, rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edəcək.

Prezident parlamentin təsdiq etdiyi qanuna veto qoymaq niyyətindədir. Bununla belə, “Gürcü Arzusu” Salome Zurabişvilinin əsaslandırılmış qeydlərinə məhəl qoymayaraq, vetonu aşa bilər.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Kutaisi yolunda qəza olub
2024-07-26 23:19

Batumi Beynəlxalq Festivalında “Ceyran” Azərbaycan milli rəqs ansamblı mükafatlandırılıb.
2024-07-26 21:53

Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
2024-07-26 20:48

Gürcüstanın ən yaşlı azərbaycanlısı vəfat etdi
2024-07-26 20:45

Gürcüstan prezidenti və baş naziri Fransada
2024-07-26 20:32

Kaxa Kaladze “Pirveli” teleşirkətinə qarşı İcra Bürosuna müraciət edib
2024-07-26 20:28

Batumidə bir nəfəri yaralayıblar
2024-07-26 20:25

27 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-26 20:12

Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi
2024-07-26 16:02

Tramp Netanyahunun əlini sıxmaqdan nümayişkaranə şəkildə imtina etdi - VİDEO
2024-07-26 15:55

Yağış, dolu, tufan gözlənilir
2024-07-26 15:47

Qoridə xilasedicilər iki həftə əvvəl Mtkvari çayında yoxa çıxan gəncin cəsədini tapıblar
2024-07-26 14:08

Svanetidə itkin düşmüş şəxslər tapılıb
2024-07-26 14:06

Marneuli-Tbilisi magistralında ağır yol qəzası baş verdi
2024-07-26 12:07

Fransalı idmançı hicaba görə Olimpiadanın açılış mərasiminə buraxılmayıb
2024-07-26 10:17

Trampdan Zelenskiyə: Onlar Hitlerə qalib gəlib, savaşı bitir!
2024-07-26 10:06

ABŞ-ın İraqdakı bazası RAKETLƏ VURULDU
2024-07-26 09:52

Acarıstanda süni ada və yarımada salınır
2024-07-25 23:15

Dünyada hər il suda boğulanların sayı... - Şok statistika
2024-07-25 22:13

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır
2024-07-25 20:10

Gürcüstan vətəndaşları banklarda nə qədər pul saxlayır?
2024-07-25 20:05

Gürcüstanda Anaklia limanının tikintisi üzrə tərəfdaş sabah açıqlanacaq
2024-07-25 19:59

Seçkilərdən sonra “Milli Hərəkat” barəsində hökmün formalarından danışacağıq
2024-07-25 19:53

Abxaziyanın de-fakto parlamenti “mənzillər haqqında qanun”u geri götürüb
2024-07-25 19:48

Mestia və Lentexi ərazilərində itkin düşən iki nəfər axtarılır
2024-07-25 19:44

Orta yaşlı qadın narkotik cinayətinə görə saxlanılıb
2024-07-25 19:40

26 iyul üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-07-25 19:29

Kərbəla şəhidi Həccac ibn Məşruq
2024-07-25 15:36

Gürcüstan hakimiyyətinin planı: Saakaşviliyə daha bir zərbə vurulacaq
2024-07-25 13:24

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
2024-07-25 13:18

“Mtavari kanalı”nın məlumatına görə, onların jurnalisti Lado Menabde və operatora hücum ediblər
2024-07-25 13:13

Avtobus minik avtomobili ilə toqquşub- ölən və yaralılar var
2024-07-25 13:10

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
2024-07-25 12:37

İki həmkəndlisini qətlə yetirdi
2024-07-25 12:31

Netanyahu İrana qarşı "Yeni NATO" təklif etdi
2024-07-25 12:20

Netanyahunun qaldığı otelə qurd tökdülər - Video
2024-07-25 11:58

Dünyada hər 11-ci insan aclıqla üzləşib
2024-07-25 11:44

İngiltərənin ilk müsəlman ədliyyə naziri Qurani-Kərimə and içib
2024-07-25 11:29

2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək
2024-07-25 11:16

Seçkilərdə müxalifət qalib gəlsə, ölkədə Rusiya ilə münaqişə cəbhəsi açılacaq
2024-07-25 10:58


Digər Gürcüstan xəbərləri:

Kutaisi yolunda qəza olub

88