İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir

24 Aprel 2024 - 06:10

128

Bidzina İvanişvilinin təsis etdiyi “Kartu” xeyriyyə fondu Avropa çempionatının alt qrupundan çıxacağı təqdirdə milli futbol komandasına 30 milyon lari vəd edir. “Kartu” bu gün milli futbol komandasının tarixi qələbəsindən təxminən bir ay sonra bəyanat yayıb. Bu vəddən əvvəl milli komandanın futbolçuları rus qanununa zidd və Gürcüstanın avrointeqrasiyasını dəstəkləyən bəyanatlarla çıxış etmişdilər.

"Gürcüstanın futbol üzrə yığma komandası Avropa çempionatına yollanmaqla hər bir gürcüyə böyük sevinc bəxş edib. Bu uğurun, nəsillərin arzusunun gerçəkləşməsinin arxasında hər bir futbolçunun, məşqçilər korpusunun nümayəndəsinin, futbol sahəsi ilə məşğul olan insanların böyük əməyi var.

Məhz buna görə də futbol komandasının motivasiyasını daha da dəstəkləmək məqsədilə “Kartu” Fondu futbol komandasına Avropa çempionatının alt qrupundan çıxması üçün mükafat olaraq 30 milyon lari verəcək. Bundan əlavə, “Kartu” Fondu alt qrupdan çıxdıqdan sonra milli komandanı növbəti matçda qazanılan hər qələbəyə görə əlavə 30 milyon lari ilə mükafatlandıracaq", - İvanişvilinin Fondunun bəyanatında deyilir.

Futbol komandasının qələbəsindən cəmi bir neçə gün sonra “Gürcü Arzusu” bir il əvvəl minlərlə etiraza görə geri götürülmüş və onu heç vaxt geri qaytarmayacağına söz verən “xarici agentlər” adlanan rus qanununu parlamentdə yenidən gündəmə gətirib. İctimai etirazlara və beynəlxalq tərəfdaşların Gürcüstanın Avropaya inteqrasiyasına mane olacağı çağırışlarına baxmayaraq, bu qanunu hakim partiya birinci oxunuşda yenə də qəbul etdi. Partiya liderləri bu dəfə geri çəkilməyəcəklərini bildiriblər.

Milli komandanın və İspaniyanın “Levante” futbol klubunun yarımmüdafiəçisi Qiorqi Koçoraşvili “Avropaya hə, rus qanununa yox!” aksiyasına ilk qoşulanlardan olub. O, mitinqdə çəkilmiş, bacısı qızının AB bayrağı ilə görüntüləndiyi fotonu İnstaqram sosial şəbəkəsində yerləşdirib. “Gürcü Arzusu”nun liderlərindən biri, Tbilisi meri Kaxa Kaladze bildirib ki, futbolçunun atası Roin Koçoraşvili “naçidir, Qaxariya partiyasının nümayəndəsidir”.

Milli komandanın digər oyunçuları da rus qanunu ilə bağlı əks mövqe bildiriblər:

Budu Zivzivadze: "Rusiyaya yox, Gürcüstanın yolu Avropadadır!  Heç kim mənə təşəkkür etməməlidir, çünki hər gürcü nəyi deməlidirsə, mən onu deyirəm".

Qiorqi Çakvetadze: "Gürcüstan Avropadadır!"

Qaba Kankava: "Rusiyanın anasını..."

Xviça Kvaratsxeliya: "Avropa yolu bizi birləşdirir! İrəli Avropaya! Gürcüstana sülh!"

Qiorqi Mamardaşvili: "Gürcüstanın yolu və gələcəyi ancaq Avropadan keçir!"

Zuriko Davitaşvili: "Gürcüstanın yolu Avropadadır, bizi Avropa yolu birləşdirir! İrəli Avropaya! Gürcüstana sülh!"

Qiorqi Tsitaişvili: "Gürcüstanın yolu və gələcəyi ancaq Avropadan keçir".

Aprelin 29-da “Gürcü Arzusu” parlament binası qarşısında, tam bir həftədir rus qanununa qarşı hər gün nümayişlərin keçirildiyi yerdə rus qanununa dəstək üçün “ictimai toplantı” keçirəcək. Dövlət xidmətlərində çalışan işçilər rus qanununa dəstək aksiyasında iştirak etməyə məcbur edilirlər.

İlkin məlumata görə, “Gürcü Arzusu” rus qanununu iyunda, millinin Avropa çempionatında oyunu zamanı üçüncü və son oxunuşda qəbul edəcək.

“Avro 2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Gürcüstan ilk oyununu iyunun 18-də Dortmundda Türkiyə, sonra iyunun 22-də Hamburqda Çexiya, 26-da isə Gelzenkirxendə Portuqaliya ilə keçirəcək


mənbə: sakartvelosambebi

Xəbər lenti

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17


Digər Gürcüstan xəbərləri:

Bu gün Pasxa bayramıdır

78