Rusiya vətəndaşları Tbilisidə rus qanununa etiraz etməməyə çağırılır

24 Aprel 2024 - 06:05

133

Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskaryov deyir ki, son günlər Gürcüstana mühacirət etmiş ruslar Tbilisidə “kütləvi iştirakla” davam edən etiraz aksiyalarına “can atırlar”. Piskaryov onlara aksiyalarda iştirak etməməyi tövsiyə edir.

"Bu təəccüblü deyil. Tbilisi küçələrində kütlə yaratmaq üçün “rəngli” inqilabların Qərb mütəxəssisləri tərəfindən Rusiyadan olan qaçaqların yoxlanılmış aktivləri cəlb olunur. Rusiya vətəndaşlarına belə aksiyalarda iştirak etməkdən çəkinməyi tövsiyə edirəm. Gürcü xalqının qonaqpərvərliyindən sui-istifadə edib, onu suveren Gürcüstanda sabitliyi pozmağa çalışan xarici qüvvələrin əlində alətə çevirməyə ehtiyac yoxdur", - Vasili Piskaryov deyir.

 “Gürcü Arzusu”nun rus qanununa Moskvada dəfələrlə münasibət bildirilib. Dumanın sədri Vyaçeslav Volodin bildirib ki, “hər hansı ölkə suveren dövlət olmaq istəyirsə, xarici agentlər haqqında qanun qəbul etməyə borcludur”. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qiymətləndirməsinə görə, “Gürcü Arzusu"nun rus qanunu “çox yumşaqdır”.

“Xarici agentlər” haqqında qanunun ilk variantı 2012-ci ilin iyulunda prezident Vladimir Putin tərəfindən imzalanıb və bu Ədliyyə Nazirliyinə imkan yaradıb ki, yalnız xaricdən maliyyə alan və siyasətdə iştirak edən qeyri-kommersiya, qeyri-hökumət təşkilatlarına agent statusu versin. İllər ərzində qanun sərtləşdirilib və bir sıra dəyişikliklər edilib. 2017-ci ildən etibarən xarici media orqanları, o cümlədən “Azadlıq” radiosu və onun layihələri “xarici agent” kimi etiketlənir. 2019-cu ildən repressiv qanun “xarici agent” statusu ilə media materiallarının yaradılmasında iştirak edən və ya onların materiallarını/mesajlarını yayan fiziki şəxslərə (həm Rusiya, həm də xarici vətəndaşlara) şamil edildi. Əslində qanun sosial şəbəkələrdə aktiv olan bütün insanlara şamil edildi. 2020-ci ilin sonunda bu dəyişikliyin icrasına başlanılıb və ayrı-ayrı jurnalistlər, fəallar və hüquq müdafiəçiləri “xarici agent” elan edilib. 2022-ci ilin sonundan etibarən “xarici dəstək alan və ya xaricdən maliyyə almadan “xarici təsir altında” olan hər kəs xarici agent elan edilə bilər. Bundan başqa, qanuna “xarici agentlərə aidiyyəti olan şəxslər” anlayışı daxil edilib və onlar üçün ayrıca reyestr yaradılıb.

Bu qanun Rusiyada müstəqil media və insan haqları təşkilatlarını demək olar ki, tamamilə ləğv etdi.

2022-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Rusiyada "xarici agent" kimi elan edilən 73 QHT-nin iddiasını təmin edərək, Rusiya hakimiyyətinin Avropa Konvensiyasının 11-ci maddəsi ilə təmin edilən toplaşma və birləşmək azadlığını pozduğunu müəyyən edib.

"QHT-lərin “icma nəzarətçisi” rolunu yerinə yetirmələri üçün onlar müxtəlif mənbələrdən sərbəst şəkildə maliyyə tələb edə və ala bilməlidirlər. Bu mənbələrin müxtəlifliyi demokratik cəmiyyətdə bu cür maliyyəni alanların müstəqilliyini artıra bilər", - bu barədə məhkəmə qərarında qeyd olunub.

“Gürcü Arzusu” aprelin 17-də birinci oxunuşda müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran rus qanununu 83 səslə qəbul edib. Hakim partiya insanların etirazlarına və Aİ-nin yüksək səviyyəli nümayəndələrinin “bu qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərəcək” xəbərdarlığına baxmayaraq, parlamentin cari yaz sessiyası başa çatana qədər qanunu hər üç oxunuşda təsdiqləmək niyyətindədir.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40


Digər Gürcüstan xəbərləri:

Bu gün Pasxa bayramıdır

71