Xüsusi İstintaq Xidməti Temirlan Maçalikaşvilinin işini araşdıracaq

22 Mart 2024 - 13:39

147

Avropa Şurasının Nazirlər Komitəsinin qəbul etdiyi qərardan sonra Xüsusi İstintaq Xidməti Temirlan Maçalikaşvilinin işinin yenidən araşdırılmasının məqsədəuyğunluğunu araşdıracaq. Qurumun bildirdiyi kimi, guya komitənin təkrar istintaqa başlamaq üçün müraciət etməsi barədə məlumat həqiqətə uyğun deyil.

Avropa Şurasının Nazirlər Komitəsi “Tsintsabadze qrupu”nun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası məsələsini müzakirə edib. Qrupa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətl, işgəncə və pis rəftar, habelə onların səmərəsiz araşdırılması, Avropa İnsan Hüquqları Məhkəməsinin Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncənin qadağan edilməsi) maddələrinin pozulduğunu müəyyən etdiyi hallar daxildir.

Temirlan Maçalikaşvilinin ailəsinin maraqlarını təmsil edən Sosial Ədalət Mərkəzi 11 aydır ki, Xüsusi İstintaq Xidmətindən Temirlan Maçalikaşvilinin həyatına son qoyulması ilə bağlı işin istintaqını təzələməyi və bu yolla Avropa Məhkəməsinin qərarını yerinə yetirməyi tələb edir. Martın 20-də insan haqları təşkilatı bəyanat yayaraq, Avropa Şurasının Nazirlər Komitəsinin qərarının onların tələbləri ilə üst-üstə düşdüyünü bildirib:

“Nazirlər Komitəsi “Tsintsabadze işləri” qrupuna daxil olan bir neçə işin, o cümlədən Maçalikaşvilinin işi üzrə istintaqın uzanmasından dərin narahatlığını bildirib və hökuməti bütün lazımi tədbirlərin tez və hərtərəfli şəkildə qətiyyətlə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirməyə çağırıb. Komitə həmçinin dövləti qeyd olunan halların araşdırılması zamanı yaranan maneələrin aradan qaldırılması üçün atılan və planlaşdırılan addımlar barədə ümumi məlumatı komitəyə təqdim etməyə çağırıb.

Komitə, xüsusilə dövləti Xüsusi İstintaq Xidmətinin Avropa Məhkəməsinin qərarının nəticələrinə uyğun olaraq Maçalikaşvilinin işinin materiallarına tez bir zamanda baxmalı və istintaqın bərpası barədə qərar haqqında komitəyə və mərhumun ailəsinə məlumat verməyə çağırıb.

Bu gün, martın 21-də Xüsusi İstintaq Xidməti Nazirlər Komitəsinin tövsiyəsinə uyğun olaraq “Tsintsabadze qrupu”nun işlərini araşdıracaqlarını açıqlayıb.

“Bir neçə KİV-də yayılan yalan məlumatlara cavab vermək istərdik ki, guya Avropa Şurası Nazirlər Komitəsinin tövsiyəsinə əsasən, Xüsusi İstintaq Xidmətinə Maçalikaşvili və digərlərinin işi ilə bağlı yenidən istintaqa başlamaq əmri verilib. Bu həqiqətə uyğun deyil. Avropa Şurasının Nazirlər Komitəsi Maçalikaşvili və başqaları” və “Oçiqava” işlərinin də daxil olduğu “Tsintsabadze qrupu”nun işi üzrə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası məsələsini müzakirə edib. Komitə Xüsusi İstintaq Xidmətinə Strasburq Məhkəməsinin rəylərini nəzərə alaraq Maçalikaşvili və Oçiqavanın cinayət işlərinin materiallarını və təkrar istintaqın aparılmasının məqsədəuyğunluğu məsələsini öyrənməyi tövsiyə edib. Müvafiq olaraq, Xüsusi İstintaq Xidməti qanunla verilmiş səlahiyyətlər çərçivəsində iş materiallarının təhlili və Avropa Məhkəməsinin qərarları əsasında “Tsintsabadze qrupu”nun qeyd olunan işləri ilə bağlı Nazirlər Komitəsinin verdiyi tövsiyələrə uyğun olaraq qanuni və obyektiv qərar qəbul edəcək.

İctimaiyyətə bildirmək istərdik ki, 2023-cü il yanvarın 19-da Avropa İnsan Haqları Məhkəməsi Maçalikaşvili və digərlərinin Gürcüstana qarşı işi üzrə öz qərarında ciddi pozuntu qeydə almayıb və prosessual hissədə Konvensiyanın 2-ci maddəsinin pozuntusunu müəyyən edib. Oçiqavanın işinə gəlincə, 23 fevral 2023-cü il tarixli qərarı ilə Avropa İnsan Haqları Məhkəməsi həbsxana əməkdaşları tərəfindən 2011-ci ildə Oçiqavaya qarşı pis rəftarla bağlı Konvensiyanın 3-cü maddəsinin (işgəncə) əsaslı və prosessual pozuntusunun olduğunu müəyyən edib”, - Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir.

2017-ci ilin dekabrın 26-da Pankisi vadisində xüsusi əməliyyat zamanı 19 yaşlı Temirlan Maçalikaşvili evinin yataq otağında xüsusi təyinatlılar tərəfindən başından güllə yarası alıb. Dövlət Təhlükəsizliyi Xidməti Temirlan Maçalikaşvili və Pankisi vadisində yaşayan bir neçə başqa şəxsi beynəlxalq terrorçu kimi tanınan Əhməd Çatayevə və onun dəstəsinə kömək etməkdə ittiham etsə də, yaralı Maçalikaşvili 2018-ci il yanvarın 10-da heç bir ittiham irəli sürülmədən dünyasını dəyişib. Digər şəxslər həbs edilib. Məhkəmə onları təqsirli bilib və həbs cəzasına məhkum edib.

Prokurorluq Temirlan Maçalikaşvilinin ölümcül yaralanması ilə bağlı Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü bəndi ilə, yəni zorakılıqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ehtimalı ilə istintaq aparırdı, lakin 25 yanvar 2020-ci il tarixdə cinayət əməlinin olmaması əsası ilə istintaqa xitam verilib. 27 mart 2020-ci il tarixdə Xalq Müdafiəçisi qurumun təmin etmədiyi iş üzrə istintaqın təzələnməsi tələbi ilə Baş Prokurorluğa müraciət edib. Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili Tbilisidə parlament binası qarşısında davamlı etiraz aksiyası keçirərək oğlunun qətli ilə bağlı işin istintaqını tələb edib.

2023-cü il yanvarın 19-da Avropa İnsan Haqları Məhkəməsi “Maçalikaşvili və başqaları Gürcüstana qarşı” işində dövlət tərəfindən yaşamaq hüququnun prosessual pozuntusunu müəyyən edib. Avropa Məhkəməsinin qərarında Temirlan Maçalikaşvilinin həyatına son qoyulması ilə bağlı işin istintaqı zamanı mövcud olan qüsurlar və çatışmazlıqlar qeyd olunub.


mənbə: sakartvelosambebi

Xəbər lenti

"Gürcüstan-ABŞ münasibətlərinə yenidən baxılmalıdır"
2024-04-28 22:03

Tbilisidə etirazçılar yolu bağladılar
2024-04-28 20:59

Dövlət bu şəxslərə ev verəcək
2024-04-28 19:10

"Mənə hansı sanksiyaları tətbiq edəcəklərini məmnuniyyətlə gözləyəcəyəm”
2024-04-28 18:54

Stokholmda yenə Quran yandırıldı- VİDEO
2024-04-28 15:33

Polis Tbilisi və regionlarda qanunsuz odlu silah və sursat götürüb, 6 nəfər saxlanılıb
2024-04-28 15:28

Polşada qanunsuz yaşayan Gürcüstan vətəndaşları saxlanılıb
2024-04-28 13:47

Bu gün Respublika meydanında rus qanununa qarşı “ Avropa yürüşü “ keçiriləcək
2024-04-28 13:44

İtaliyada mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-04-28 13:42

BMT: “Altı ayda Qəzzada 13 min uşaq ölüb”
2024-04-28 12:07

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
2024-04-28 12:00

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
2024-04-28 11:53

“WhatsApp”a yeni funksiya gəlir
2024-04-28 11:49

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb
2024-04-28 11:09

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06


Digər Gürcüstan xəbərləri:

Motosiklet piyadanı vurub

133