Siyasi partiya kimi formalaşan “Xalq Gücü”nün sədri Sozar Subar seçilib

19 Mart 2024 - 07:53

109

İki il əvvəl parlament çoxluğunun üzvləri tərəfindən yaradılan “Xalqın Gücü” ictimai hərəkatı siyasi partiya kimi formalaşıb. Qurultayda partiyanın sədri deputat Sozar Subar seçilib.

Subar bildirib ki, bu gün “Xalqın Gücü” siyasi mübarizənin yeni mərhələsinə başlayır. O, 2008-ci ilin avqust müharibəsi zamanı “Vahid Milli Hərəkat”ın törətdiyi “görünməmiş vətənə xəyanət aktı”nı araşdıracağına söz verib.

“Yalnız agentlik cinayət məsuliyyətinə cəlb olunarsa, biz nəhayət, radikalizmə və “qütbləşmə”yə qalib gələ və Gürcüstanın suverenliyinin qorunması üçün uzunmüddətli təminat yarada bilərik. “Milli Hərəkat” və onun bütün əlaltıları ədalət qarşısında cavab verənə qədər bu ölkədə sülh, sabitlik, iqtisadi rifah, işğaldan azad olmaq, milli maraqların təmin edilməsi getdikcə çətinləşəcək.

Biz bu gün siyasi mübarizənin yeni mərhələsinə başlayırıq və bu mərhələdə bizim əsas vəzifələrimizdən biri “Milli Hərəkat”ı və onun ortağı olan xarici qurumu vətənimizə, xalqımıza qarşı törətdiyi cinayətlərə görə mühakimə etmək olacaq”, - deyə Sozar Subar bildirib.

“Biz keçmişi saxlayır və yenini axtarırıq” – “Xalqın Gücü”nün liderlərindən biri olan Dimitri Xundadzenin fikrincə, bu, siyasi partiyanın “əsas istiqamət oxu” olacaq.

“Mütərəqqi mühafizəkarlıq keçmişlə məhdudlaşmır, o, inkişafa, yeniliyin qəbuluna yönəlib, lakin keçmişin dəyərlərinə xələl gətirmədən. “Xalqın Gücü”nün siyasəti həmişə həqiqətə və ölkəmizin mənafelərinə əsaslanacaq. İnanırıq ki, bu yolda cəmiyyətdən böyük dəstək alacağıq”, - deyə Xundadze bildirib.

“Xalqın Gücü”nün qurultayında deputat Mixeil Kavelaşvili də çıxış edib. Onun bəyan etdiyi kimi, “Xalqın Gücü”nün əsas məqsədləri “xalqı həqiqətlə silahlandırmaq, vətənimizin əmin-amanlığını və təhlükəsizliyini qorumaq, ölkənin firavanlığı üçün çalışmaq” olacaq.

“Bu məqsədlərə çatmaq üçün xalqı milli mənlik şüuru, tanrıdan qorxan, azad insanların birləşməsi lazımdır ki, qarşıdan gələn 2024-cü ilin oktyabrında keçiriləcək seçkilərdə buradakı satqın və xəyanətkar kolaborasionistləri vasitəsilə vətənimizi tabe etmək və əsarət altına almaq istəyən şər qüvvələr üzərində inamlı qələbə qazanılsın”, - Kavelaşvili bildirib.

“Xalqın Gücü” 2022-ci ilin avqustunda “Gürcü Arzusu”ndan formal olaraq ayrılmış deputatlar – Sozar Subar, Dimitri Xundadze, Mixeil Kavelaşvili və Quram Maçaraşvili tərəfindən təsis edilib. Daha sonra onlara Viktor Caparidze, Daçi Beraia, Eka Sepaşvili, Davit Kaçarava və Zaal Mikeladze də qoşulub. Onlar “Gürcü Arzusu” ilə birlikdə hələ də parlament çoxluğundadırlar. 2023-cü ilin əvvəlində “Xalqın Gücü”nün müəllifliyi ilə “xarici agentlər haqqında” qanun layihəsi parlamentdə qeydiyyata alınıb və parlament çoxluğunun birinci oxunuşda qəbul etdiyi vətəndaş cəmiyyətini gözdən salmaq məqsədi daşıyan “rus qanunu” kütləvi etirazlar və beynəlxalq təzyiqlər nəticəsində ləğv edilib.


mənbə: sakartvelosambebi

Xəbər lenti

30 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-29 19:28

"Gürcü Arzusu"nun təşkil etdiyi aksiya başladı
2024-04-29 19:13

May ayının 2-dək olan hava şəraiti açıqlandı
2024-04-29 15:21

13 yaşlı qızını zorlamaqda ittiham olunan ata saxlanıldı
2024-04-29 15:19

Hüquq məsələləri üzrə komitənin iclasında Levan Xabeişvili ilə Mamuka Mdinaradze arasında şifahi qarşıdurma olub
2024-04-29 15:13

Moskvada OLAY: 12-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
2024-04-29 14:41

Gürcüstan Milli Bankı I rübdə valyuta bazarından 214 milyon dollar alıb
2024-04-29 14:39

Gürcüstanda son 10 ildə 1,5 milyard dollar vergi borcu silinib
2024-04-29 14:37

Tbilisidən Batumiyə səyahət 3,5 saata enib
2024-04-29 12:43

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-29 12:40

Rus qanununun ikinci oxunuşu zamanı da onlayn medianın parlamentə buraxılmasına icazə verilməyəcək
2024-04-29 12:35

Keçmiş nazir Aleksi Petriaşvili parlamentin qarşısında keçirilən aksiyada saxlanılıb
2024-04-29 12:28

20-25 min gənc çıxıb bu qanunu geri götür deyirsə, götür
2024-04-29 12:22

Qərb bankları ötən il Rusiyaya 800 milyon avro vergi ödəyib
2024-04-29 12:14

Bu gün “Gürcü Arzusu” parlament binası qarşısında aksiya keçirəcək
2024-04-29 11:44

Bu gün parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək
2024-04-29 11:42

99 gündə Quranı bütünlüklə əzbərləyən sudanlı qadınlar
2024-04-29 11:33

Gürcüstan parlamenti yenidən xüsusi təhlükəsizlik rejiminə keçir
2024-04-29 11:20

Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
2024-04-29 10:53

"Gürcüstan-ABŞ münasibətlərinə yenidən baxılmalıdır"
2024-04-28 22:03

Tbilisidə etirazçılar yolu bağladılar
2024-04-28 20:59

Dövlət bu şəxslərə ev verəcək
2024-04-28 19:10

"Mənə hansı sanksiyaları tətbiq edəcəklərini məmnuniyyətlə gözləyəcəyəm”
2024-04-28 18:54

Stokholmda yenə Quran yandırıldı- VİDEO
2024-04-28 15:33

Polis Tbilisi və regionlarda qanunsuz odlu silah və sursat götürüb, 6 nəfər saxlanılıb
2024-04-28 15:28

Polşada qanunsuz yaşayan Gürcüstan vətəndaşları saxlanılıb
2024-04-28 13:47

Bu gün Respublika meydanında rus qanununa qarşı “ Avropa yürüşü “ keçiriləcək
2024-04-28 13:44

İtaliyada mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-04-28 13:42

BMT: “Altı ayda Qəzzada 13 min uşaq ölüb”
2024-04-28 12:07

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
2024-04-28 12:00

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
2024-04-28 11:53

“WhatsApp”a yeni funksiya gəlir
2024-04-28 11:49

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb
2024-04-28 11:09

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45


Digər Gürcüstan xəbərləri: