Yer üzündə qiyamətin əlamətləri

01 Iyun 2023 - 08:13

381

Bir çox dini və təfsir kitablarında dünyanın axırında yer üzündə müəyyən hadisələrin baş verəcəyi və hər şeyin dağılıb məhv olacağı vurğulanmışdır.

Qurani-Kərimin səksən birinci surəsi "Təkvir" adlanır. 29 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzünə daxil edilmişdir. Məkkə surəsi olan "Təkvir", İslam Peyğəmbərinə (s) nazil olan yeddinci surədir.

“Təkvir” qarışıb qaranlıq olmaq deməkdir. Bu ad bu surənin birinci ayəsindən götürülüb. “Təkvir” surəsi qiyamətin əlamətləri və qiyamətdən əvvəl baş verən hadisələr, vəhy mələyinin (Cəbrail) xüsusiyyətləri və Peyğəmbəri-əkrəmin (s) onunla görüşməsi, vəhyin və Qurani-Kərimin həqiqətinin izahından bəhs edir.

"Təkvir" surəsinin əsas mövzusu insanlara xəbərdarlıq etmək və Qiyamət günü haqqında məlumatlandırmaqdır.

Surənin məzmunu göstərir ki, o, İslam Peyğəmbərinin (s) peyğəmbərliyinin əvvəlində nazil olmuşdur. Çünki müşriklərin İslam Peyğəmbərinə (s) atdıqları böhtanlara reaksiya verir və Peyğəmbəri (s) bu işlərdən uzaq hesab edir.

Bu surənin ayələrini iki hissədə təhlil etmək olar: Birinci hissədə qiyamətin əlamətləri və hadisələri təsvir edilir; Surənin ilk ayələrində qiyamətin əlamətlərindən və dünyanın sonunda baş verəcək dəyişikliklərdən, o cümlədən günəşin sönməsi, ulduzların süqut etməsi, zəlzələnin şiddətindən dağların yerindən tərpənməsi və insanların qorxmasıdan bəhs edilir.

Ayələrin bu hissəsində qiyamətdən əvvəl dünya sisteminin hadisələrinin qəfil və qəti olduğunu vurğulayan on iki şərti cümlə var.

İkinci mövzu Quranın əzəmətini və vəhy mələyi Cəbrailin xüsusiyyətlərini ifadə etməkdir. Bu bölmədə Quranın insanlara təsirindən bəhs edilir. Bu məsələni vurğulamaq üçün Allah gecə və səhər ayrı-ayrılıqda ulduzlara and içir. Bu hissədə Quranın müşriklərin iddialarının əksinə olaraq şeytanın təsirinə düşməyən etibarlı bir elçi tərəfindən nazil edildiyi bildirilir.

Bu surədə görünən məqamlardan biri də cahiliyyət dövrünün adətlərindən birinə aiddir; Necə ki, oxuyuruq: “Diri-diri basdırılan qızdan (haqsız yerə) hansı günaha görə öldürüldüyü soruşulduqda” (8 və 9-cu ayələr).

Bu ayələr ərəblərin cahiliyyət dövrünün adətlərindən biri ilə bağlıdır ki, bu zaman müxtəlif səbəblərdən qız uşaqları diri-diri basdırılırdı. O cümlədən həddindən artıq yoxsulluq, qadınların insan kimi dəyərinin olmaması və abırlarınnı getməsi qorxusu. Tarix və təfsir kitablarına görə, cahiliyyət dövründə qadın uşaq dünyaya gətirən zaman qadının oturması üçün yerə çuxur qazılırmış. Əgər doğulan körpə qız olsaydı, onu diri-diri eyni çuxurda basdırardılar, oğlan idisə, saxlayardılar.


mənbə: iqna

Xəbər lenti

Kral ölüb? - Saraydan açıqlama
2024-03-18 20:34

Bu, Gürcüstana müharibə elanıdır
2024-03-18 20:31

Prezident Orbeliani sarayında Yens Stoltenberqi qəbul edir
2024-03-18 20:24

Stoltenberq Gürcüstanda Tiflislə Bakını qarışdırdı - Video
2024-03-18 20:22

19 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-18 19:15

Mixail Saakaşvili Gürcüstan Prezidentinə müraciət etdi
2024-03-18 16:06

Lars yolu yenidən bağlandı
2024-03-18 14:40

Hava proqnozu açıqlandı: Yağış, qar, güclü duman...
2024-03-18 14:03

Ağır yol qəzasında iki nəfər həyatını itirdi
2024-03-18 14:00

NATO-nun Baş katibi bu gün Gürcüstana səfər edəcək
2024-03-18 13:01

Polşada çanta oğurlayan Gürcüstan vətəndaşı tutulub
2024-03-18 11:12

Quranda ata-anaya itaətin yeganə şərti
2024-03-18 10:30

Məşhur yazıçı müsəlman oldu
2024-03-18 10:19

Dünyanın ən sürətli elektromobili: Unikal “Rimac Nevera”
2024-03-18 10:11

Rusiya MSK: Putin prezident seçkilərində qalib gəlib
2024-03-18 09:58

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib-- VİDEO
2024-03-17 16:02

Minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb
2024-03-17 15:56

Dünyanın ən böyük təyyarəsi yaradılacaq
2024-03-17 12:09

Marneuli-Sadaxlı yolunda qəza olub
2024-03-17 12:03

Niyə yanacaq markalı yanacaqdoldurma məntəqələrində bahadır kiçik yanacaqdoldurma məntəqələrində isə ucuzdur?
2024-03-17 12:00

Meksikada qaçırılan Gürcüstan vətəndaşları ilə bağlı yeni təfərrüatlar məlum olub
2024-03-17 11:55

Hamilə qadın evində ölü tapılıb
2024-03-16 20:48

Qəzzada ölənlərin sayı 31,5 mini keçdi
2024-03-16 19:03

Meksika narkokarteli 30-a yaxın Gürcüstan vətəndaşını girov götürüb
2024-03-16 18:51

Rusiyalı oliqarxın müttəfiqi Davit Xidaşeli Gürcüstanın Müdafiə Nazirinin müşaviri olub
2024-03-16 16:32

İrakli Kobaxidze Azərbaycan Prezidentini Gürcüstana səfərə dəvət edib
2024-03-16 16:14

“WhatsApp”dan skrinşotlarla bağlı möhtəşəm funksiy
2024-03-16 14:25

Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin təkbətək görüşü başlayıb
2024-03-16 14:19

"Moskva Cənubi Osetiyanı Tbilisiyə verə bilər" - Qaqloyevin müşaviri
2024-03-16 14:09

Keçmiş kürəkən qaynanasını güllələyib
2024-03-16 14:03

Putinin adamı Bakı və Tiflis arasında
2024-03-16 12:45

Gürcüstanın Baş naziri Azerbaycana gedib
2024-03-16 07:44

İtaliyada spirtli içki oğurlamağa cəhd edən Gürcüstan vətəndaşı tutulub
2024-03-16 11:31

“WhatsApp”a yeni funksiya gəlir
2024-03-16 11:06

Odessaya raket hücumu: 19 ölü, 73 yaralı
2024-03-16 10:59

Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
2024-03-16 10:53

Rəsmi Tiflisdən nazirlərin Bakı görüşü ilə bağlı bəyanat
2024-03-15 19:57

O, məni öldürmək üçün azadlığa buraxıldı
2024-03-15 19:50

16 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-15 18:58

Saxta valyutadan istifadə edən Misir və İraq vətəndaşları saxlanılıb
2024-03-15 14:59


Digər İslam Dünyası xəbərləri:

Oruc tutmağın 9 faydası

74