İmam Rza (ə) adina məsciddə İmam Rzanin (ə) mövludu münasibəti ilə tədbir keçirilib

31 May 2023 - 19:37

498

Bu gün Marneulinin Ağaməmmədli kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram tədbir keçirilib.

İmam Rza (ə) adına məscidin mərasim salonunda təşkil olunan tədbirdə yerli kənd sakinləri ilə yanaşı din, elm və ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan möminlər iştirak edib.

Məscidin axundu Kərbəlayi Çingizin aparıcılığı və giriş sözü ilə keçirilən mərasim Məşədi Nazim Hüseynovun Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb.

Mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Hacı Əli Əliyev, Gürcüstan ruhanilərindən Hacı Əziz Nəbiyev, Hacı Rasim Məmmədov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov və Əlmustafa Təhsil Mərkəzinin sədri Hacı Həsən Yusifzadə və başqaları çıxış üçün kürsüyə dəvət olunublar.

Çıxış edənlər öncə əziz gün münasibəti ilə məclis iştirakçılarını təbrik ediblər. Sonra imamət səmasının 8-ci parlaq ulduzu İmam Rzanın (ə) həyatından və kəlamlarından örnəklər söyləyərək Əhli-beyt imamlarının bəşəriyyətə nümunə olduqlarını və müsəlmanların üzərində olan haqları haqqında danışıblar. Belə mərasimləri keçirməklə Hz. Peyğəmbər (s) və ailəsini yad etmənin məqsəd, fəlsəfə və fəzilətlərindən söz açıblar.

Tədbir boyunca Əhlibeyt məddahı Səid Həsən mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.

Tədbirin sonunda adları Əli, Rza, Fatimə və Məsumə olan uşaqlara və həmçinin son kitab yarışının qaliblərinə hədiyyələr təqdim olunub. Sonda tədbir iştirakçılarına şirniyyat süfrəsi açılıb.



Xəbər lenti

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05

Tbilisidə etiraz aksiyası başlayır
2024-04-24 21:10

Batumidə avtomobil azyaşlını vurub
2024-04-24 21:05

Gürcüstandan Ukrayna vətəndaşlarına böyük jest: 3 il ərzində...
2024-04-24 19:32

Co Bayden yenə hava ilə “salam”laşdı - Video
2024-04-24 19:24

Bu ölkənin əsas qərbyönlü müxalifət lideri Mixail Saakaşvilidir
2024-04-24 19:11

25 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-24 18:50

Mamuka Mdinaradze sanksiya ilə bağlı olan suala belə cavab verdi
2024-04-24 15:54

Telegramda şəxsi həyatı əks etdirən fotoları yayan şəxs saxlanıldı
2024-04-24 15:49

DİN aksiya ilə bağlı bəyanat yayır
2024-04-24 14:04

Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək
2024-04-24 12:24

Rustavi Sakrebulo sədri tutduğu vəzifədən uzaqlaşdırılıb
2024-04-24 12:19

Rustavi meriyasında qarışıqlıq yaranıb
2024-04-24 11:27

İsveçrəli tələbə müsəlman oldu
2024-04-24 11:14

Bu qanunun qəbulu Avropaya inteqrasiya yolunda irəliləmək üçün zəruri şərtdir
2024-04-24 10:15

İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir
2024-04-24 10:10

Rusiya vətəndaşları Tbilisidə rus qanununa etiraz etməməyə çağırılır
2024-04-24 10:05

Qəzza fəlakəti 200-cü günündə – DƏHŞƏTLİ STATİSTİKA
2024-04-24 09:53

Dünyada bu qədər qida zibilliyə atılır - Şok hesabat
2024-04-23 21:42

Azərbaycan Prezidenti quru sərhədlərlə bağlı açıqlama verdi
2024-04-23 20:53

Gürcüstan MSK parlament seçkilərində iştirak edəcək ilk partiyanı qeydə alıb
2024-04-23 20:45

Avropa Parlamenti Bidzina İvanişviliyə və qanun layihəsini dəstəkləyən deputatlara sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə layihəsinə baxacaq
2024-04-23 20:08

Yol kənarı zonalarında bu nəqliyyat vasitələrinə baxış keçiriləcək
2024-04-23 19:46

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Gürcüstanın namizəd statusuna ziddir
2024-04-23 19:33

24 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-23 19:12

Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb
2024-04-23 16:23

Poniçalada din xadimini bıçaqlayıblar
2024-04-23 14:34

Saxta sürücülük vəsiqəsi verən 4 nəfər saxlanıldı
2024-04-23 12:26

Gürcüstan hökumətinin qanun layihəsi Aİ dəyərlərinə uyğun gəlmir
2024-04-23 11:03

Ayaqüstə su içmək olmaz? – İslamda su içməklə bağlı tövsiyələr…
2024-04-23 11:00

Quranda izzəti-nəfs (ləyaqət) və emosional nizam-intizam
2024-04-23 10:57

Tbilisidə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli təşkilat konfrans keçirib
2024-04-23 10:52

İşğalçı qüvvələrin nümayəndələri 2 Gürcüstan vətəndaşını həbs ediblər
2024-04-23 10:45


Digər Gürcüstan xəbərləri: