Ərəb ölkələri birləşdi - Sərt bəyanatlar

27 Mart 2023 - 07:32

134260

Səudiyyə Ərəbistanı Danimarkada islamofob ekstremistlər tərəfindən Quran və türk bayrağının yandırılmasını pisləyib.

Xeber.ge xəbər verir ki, bu barədə “Arab News” yazır.

Krallığa İordaniya, Küveyt və Qətər də qoşulub və onlar ekstremistlərin hərəkətlərinə etiraz edərək bildiriblər ki, bu hərəkətlər xüsusən də Ramazan ayında müsəlmanlara qarşı nifrət doğurur.

Müsəlman əleyhdarı ifrat sağçı “Patrioterne Gar” qrupu “Facebook”da canlı yayımda Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran nüsxəsi və Türkiyə bayrağını yandırarkən islamofobik mesajlar olan pankartlar daşıyan tərəfdarların görüntülərini yayıb.

Türkiyənin “Daily Sabah” qəzeti yazır ki, Türkiyə Xarici İşlər Nazirliyi hadisəni “nifrət cinayəti” kimi pisləyib və əlavə edib ki, bu cür “söz azadlığı pərdəsi altında iyrənc hərəkətlərə yol verilməsinə” heç vaxt icazə verməyəcək.

Nazirlik Danimarka hakimiyyətini məsuliyyət daşıyanlara qarşı tədbir görməyə və ictimai harmoniya və dinc yanaşı yaşayışı təhdid edən növbəti insidentlərin qarşısını almağa çağırıb.

İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sinan Macali bu hərəkətin nifrət və irqçiliyi qızışdırdığını bildirib.

“Qurani-Kərimin yandırılması ciddi bir nifrət və islamofobiya təzahürüdür, zorakılığı qızışdırır və dinləri təhqir edir və ümumiyyətlə söz azadlığının bir forması hesab edilə bilməz”, - deyə Macali bildirib.

Bəyanatda, həmçinin Danimarka hakimiyyətini bu cür hərəkətlərin bir daha təkrarlanmasının qarşısını almağa çağırıb.

Bu arada, Küveyt Xarici İşlər Nazirliyi açıqlamasında Quranın yandırılmasının bütün dünya müsəlmanlarının qəzəbli reaksiyasına səbəb ola biləcəyini bildirib.

Nazirlik “ifadə azadlığından İslamı və ya hər hansı digər dini təhqir etmək üçün istifadə edilməməsinə” əmin olaraq, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Qətər də Quranın nüsxəsinin yandırılmasını pisləyərək, hadisənin “təhlükəli eskalasiya” olduğunu və müsəlmanlara qarşı yönəldiyini bildirib.


mənbə: publika.az

Xəbər lenti

Saakaşvilinin azadlığı məqsədilə aksiya keçirildi
2023-06-03 21:16

„მოიარეთ“ თურქეთი ველოსიპედით
2023-06-01 22:05

İrakli Ğaribaşvili Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək
2023-06-03 14:30

Süni intellektlə işləyən PUA qəfildən operatorunu məhv etmək qərarı verdi
2023-06-03 11:22

“Aİ ilə bağlı düzgün qərarların qəbulu Gürcüstan hakimiyyətindən asılıdır”
2023-06-03 11:12

Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə geri qayıdıb
2023-06-03 09:46

Kvaratsxeliya İtaliya çempionatının ən yaxşı futbolçusu seçilib
2023-06-03 09:44

Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, matəm elan olunub -VİDEO
2023-06-03 09:24

"Saakaşvili ilə də yaxşı rəftar edilməli və yaxşı qayğı göstərilməlidir"
2023-06-02 21:05

"Biz Abxaziyanın və Şida Kartlinin azad edilməsinə hazırlamalıyıq"
2023-06-02 21:03

3 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-06-02 20:47

İki qardaş arasında olan mübahisə ölümlə nəticələndi
2023-06-02 14:09

İsrail qüvvələri ata və 2 yaşlı uşağı güllələdi
2023-06-02 14:06

Ukrayna “Georgian Airways”ə qarşı sanksiya tələb edir
2023-06-02 13:59

Putinin “anası” vəfat etdi
2023-06-02 10:56

Bayden indi də başını helikopterin qapısına çırpdı
2023-06-02 10:20

Türkiyədə 1 dollar 21 TL-yə yaxınlaşıb
2023-06-02 10:16

Zelenski və Qaribaşvili Moldovada bir-birinə salam verməyiblər - VİDEO
2023-06-02 10:08

Təvazökarlıq möminlərin xüsusiyyətidir
2023-06-02 09:32

Saakaşvili yenidən ata oldu
2023-06-02 09:28

Bayden kursantların qarşısında yıxılıb - VİDEO
2023-06-02 09:16

"Avropalı həmkarlarımızdan status məsələmiz müzakirə olunanda bizə dəstək olacaqları vədini aldım"
2023-06-02 00:09

2 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-06-01 19:41

"Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir"
2023-06-01 19:29

Daha bir Rusiya aviaşirkəti Gürcüstana uçuşlara başlayır
2023-06-01 19:23

A kateqoriyalı taksilər bu gündən etibarən avtobus zolağında hərəkət edə biləcək
2023-06-01 13:03

Zelenski də Moldovadadır - Video
2023-06-01 12:21

Qərb İsveçin NATO-ya daxil olmasını sürətləndirmək üçün Türkiyəyə təzyiqi artırır
2023-06-01 12:16

Yer üzündə qiyamətin əlamətləri
2023-06-01 12:13

Müxalifət birləşə, böyük hərəkat başlaya bilər
2023-06-01 12:09

Qızıl-zinət əşyalarını bədəninə yapışdıraraq ölkəyə keçirməyə çalışan şəxs saxlanıldı
2023-06-01 12:04

Qaribaşvilinin Ukrayna bəyanatına ABŞ-dan cavab
2023-06-01 10:43

Kiyevdə magistral yola raket düşüb
2023-06-01 09:32

İmam Rza (ə) adina məsciddə İmam Rzanin (ə) mövludu münasibəti ilə tədbir keçirilib
2023-05-31 23:37

ალანია - მნიშვნელოვანი ტურისტული ცენტრი თურქეთში
2023-05-29 20:31

Ukrayna müharibəsindən sonra 80 min rusiyalı Gürcüstana köçüb
2023-05-31 23:28

Daha bir gürcü döyüşçüsü Rusiya-Ukrayna müharibəsində həlak oldu
2023-05-31 22:56

"Namizəd statusu regionda Gürcüstanın rolunu möhkəmlədəcək"
2023-05-31 21:44

1 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-05-31 20:25

Ermənistanın Baş prokuroru Gürcüstana gəlib
2023-05-31 14:12


Digər İslam Dünyası xəbərləri:

Tövbənin mənası

85

Quran ölçü vasitəsidir

132

Namaz müxtəlif dinlərdə

129

Allahı tanımağın yolları

103

Tələsin!

103