Rəcəb ayı daxil oldu. Rəcəb ayının əməlləri və zikrləri

23 Yanvar 2023 - 07:13

134605

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının dəftərxanasının rəsmi saytının verdiyi məlumata görə, sabah, Yanvar ayının 23-ü, mübarək Rəcəb ayının  1-i dir.

Həzrət Əli (ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.

Rəcəb ayı – o xüsusi zamanlardandır ki, rəhmətlə doludur. İnsanların qarşısına çoxlu fürsətlər qoyulur ki, bacardıqları qədər İlahi rəhmətdən daha çox faydalansınlar. Məsumlarımız (ə) bu ayda çoxlu istiğfar etməyi, oruc tutmağı, saleh əməllər yerinə yetirməyi, Allahı çoxlu zikr etməyi tövsiyə edirlər.

Rəcəb ayının fəziləti və əməlləri

Həzrət Peyğəmbər (s) buyurur: “Behiştdə qəsr vardır ki, Rəcəb ayının oruc tutanlarından savayı heç kəs ora daxil olmaz”.

Həzrət İmam Baqir (ə) buyurub: “Kim Rəcəb ayının əvvəlindən və ya ortasından və ya axırından bir gün oruc tutsa Allah cənnəti ona vacib edər və onu qiyamət günü bizimlə  birlikdə və bizim dərəcələrimizdə qərar verər. Və kim Rəcəb ayında 2 gün oruc tutsa ona deyilər ki, keçmiş günahların bağışlandı, əməllərinə yenidən bax (yəni, diqqət elə ki, günah eləmiyəsən). Və kim 3 gün oruc tutarsa ona deyilər ki, sənin keçmiş və gələcək günahların bağışlamdı. Bəs ona görə də tanıdıqlarından və mömin qardaş-bacılarından kimi istəyirsənsə şəfaət elə. Və kim 7 gün oruc tutsa cəhənnəmin 7 qapısı onun üzünə bağlanar və kim 8 gün oruc tutsa cənnətin 8 qapısı onun üzünə açılar və hansından istəsə daxil olar”.

Rəcəb ayının ilk gecəsi (yəni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: “Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan” (Duada Allah Təaladan 3 mübarək ayın – Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.

Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.

Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.

Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.

Həzrət Rəsulullahdan (s) nəql edilir: “Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl – ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə , Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Rəcəb ayında 1000 dəfə لا إِلَهَ إِلا اللهُ” (“Lə iləhə illəllah”) desə, Allah Təala ona yüz min həsənə əta edər. Onun üçün behiştdə yüz şəhər tikər”.

Hər kim Rəcəb ayının səhəri və axşamı 70 dəfə desə: “أَسْتَغْفِرُ اللهَ وَ أَتُوبُ إِلَیْهِ” (“Əstəğfirullahə və ətubu iləyh”) zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desə: اللَّهُمَّ اغْفِرْ لِى وَ تُبْ عَلَىَّ” (“Əlahumməğfirli və tub ələyyə”) əgər Rəcəb ayında ölərsə, Allah ondan razı olar. Rəcəb ayının bərəkətinə görə atəş ona toxunmaz”.

Əgər bu ay boyunca 1000 dəfə bu zikr deyilsə:

أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ ” (“Əstəğfirullahə zəl-cələli vəl-ikram min cəmiiz-zunubi vəl-əsəm”) Rəhman Allah onu bağışlayar”.

Seyyid ibni Tavus nəql edir ki, Peyğəmbər (s) bu ayda “Tövhid” surəsini oxumağı çox fəzilətli hesab edirdi: on min dəfə, min dəfə, yüz dəfə. Hər kim bu ayın cümə günündə 100 dəfə bu surəni oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar ki, onu behiştə tərəf çəkər.

Bu ayın üç günündə: cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.

Rəcəbin 15-nin kecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;

Rəcəb ayının 15-nin gecəsində qılınan 12-rükətli namazın qaydası belədir:

6 ədəd 2-rükətli namaz kimi qılınır; Hər rükətdə “Fatihə”dən sonra “İxlas”, “Fələq”, “Nəs” surələrini və “Ayətül-kursi”ni – hərəsini 1 dəfə, “Qədr” surəsini isə 4 dəfə oxumaq;

Namazı bitirdikdən sonra 4 dəfə demək: “Əllahu Əllahu Rabbi lə uşriku bihi şəy’ə, və lə əttəxizu min dunihi vəliyyə”.

Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək – bəyənilmiş əməllərdəndir.

Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: “Əstəğfirullahə və əs-əluhut-təvbəh”



Xəbər lenti

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05

Tbilisidə etiraz aksiyası başlayır
2024-04-24 21:10

Batumidə avtomobil azyaşlını vurub
2024-04-24 21:05

Gürcüstandan Ukrayna vətəndaşlarına böyük jest: 3 il ərzində...
2024-04-24 19:32

Co Bayden yenə hava ilə “salam”laşdı - Video
2024-04-24 19:24

Bu ölkənin əsas qərbyönlü müxalifət lideri Mixail Saakaşvilidir
2024-04-24 19:11

25 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-24 18:50

Mamuka Mdinaradze sanksiya ilə bağlı olan suala belə cavab verdi
2024-04-24 15:54

Telegramda şəxsi həyatı əks etdirən fotoları yayan şəxs saxlanıldı
2024-04-24 15:49

DİN aksiya ilə bağlı bəyanat yayır
2024-04-24 14:04

Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək
2024-04-24 12:24

Rustavi Sakrebulo sədri tutduğu vəzifədən uzaqlaşdırılıb
2024-04-24 12:19

Rustavi meriyasında qarışıqlıq yaranıb
2024-04-24 11:27

İsveçrəli tələbə müsəlman oldu
2024-04-24 11:14

Bu qanunun qəbulu Avropaya inteqrasiya yolunda irəliləmək üçün zəruri şərtdir
2024-04-24 10:15

İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir
2024-04-24 10:10

Rusiya vətəndaşları Tbilisidə rus qanununa etiraz etməməyə çağırılır
2024-04-24 10:05

Qəzza fəlakəti 200-cü günündə – DƏHŞƏTLİ STATİSTİKA
2024-04-24 09:53


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

49

Qurana əsasən orucun faydaları

79

Qədr gecəsinin fəzilətləri

108