"Saakaşvilinin psixoloji yardıma ehtiyacı var"

24 Noyabr 2021 - 18:26

2735

Qoridə hərbi hospitalda reabilitasiya keçən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin psixoloji yardıma ehtiyacı var.

Bu barədə siyasətçinin ukraynalı vəkili Yevgeni Hruşovets məlumat verib.

"Biz 15 saat ərzində onunla görüşməyə çalışdıq. Fərq göz qabağındadır. Bu, Ukraynada görüşdüyüm Mixeil Saakaşvili deyil. Onun həqiqətən də psixoloji köməyə və tam tibbi yardıma ehtiyacı var", - vəkil qeyd edib.

Saakaşvilinin anası Giuli Alasaniya da oğlunu ziyarət etdikdən sonra onun səhhətinin pisləşməsi barədə məlumat verib:

"Onun depressiyaya düşdüyü görünür. Mixeil bizim əvvəllər tanıdığımız kimi deyil".

Eyni zamanda, endokrinoloq Yelena Qiorqadze eks-prezidenti müayinə etdikdən sonra onun artıq yaxşılaşdığını bildirib. Endokrinoloqun sözlərinə görə, Saakaşvili beş dəqiqə ərzində xəstəxana dəhlizi ilə gəzə bilib.

Qeyd edək ki, Saakaşvili reabilitasiya olunmaq üçün noyabrın 20-də Qoridəki hərbi hospitala aparılıb. Əvvəllər o, aclıq aksiyası fonunda vəziyyətinin pisləşməsi ilə əlaqədar noyabrın 8-də həbsxana xəstəxanasında olub. Sabiq lider oktyabrın 1-də həbs olunduqdan sonra özünü siyasi məhbus hesab etdiyi üçün yeməkdən imtina etdiyini açıqlayıb. Son illərdə o, Ukraynada yaşayıb və bu ölkənin vətəndaşlığına malikdir. Saakaşvili bələdiyyə seçkilərinin birinci turuna az qalmış Gürcüstana qayıdıb, bundan sonra ölkədə iki cinayət işi üzrə ona qarşı qiyabi hökmlər çıxarıldığı üçün həbs edilib. Birincidə o, üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib.

Eks-prezident 2013-cü ildə ölkəni tərk etdikdən sonra ona qarşı ümumilikdə 4 cinayət işi qaldırılıb. Oktyabrın 20-də Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub.


mənbə: report

Xəbər lenti

Moskvaya son 72 ilin ən güclü qarı yağdı
2021-12-08 02:13

Bu xidmətlərin işində problem yarandı
2021-12-08 02:08

Gürcüstanda Rusiyayönümlü partiya qeydiyyata alındı
2021-12-08 01:47

Gürcüstanda zəlzələ baş verdi
2021-12-08 01:43

Polisin saxladığı şəxs həyatını itirdi
2021-12-08 01:40

Meqis Kardavadan soruşun və o, sizə işgəncənin nə olduğunu dəqiq izah edəcək
2021-12-08 01:37

Gürcüstan parlamentinin üzvləri ABŞ Konqresində görüşlər keçirib
2021-12-08 01:34

"Ağıllı" ictimai nəqliyyat sistemi vasitəsilə şəhərdə hər kəs rahat və sürətli hərəkət edə biləcək.
2021-12-08 01:27

60 yaşdan yuxarı vətəndaşlar bələdiyyəyə məxsus infrastrukturdan pulsuz istifadə edəcəklər
2021-12-08 01:18

Biz heç bir Tbilisili ailəsini evsiz qoymayacağıq, bu mənim sözümdür
2021-12-08 01:12

Mixeil Saakaşvilinin kadrlarının yayılması məsələsində hüquqi olaraq hər şey düzgün idi
2021-12-08 01:04

8 dekabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2021-12-08 00:59

Gürcüstanın Ədliyyə Nazirliyinin əməkdaşları Mixeil Saakaşviliyə görə cəzalandırılıb
2021-12-07 19:11

“Baş nazirin proqnozu düz çıxsa, şəhərdə çılpaq gəzəcəyəm”
2021-12-07 19:08

Gürcüstanda buster dozası üçün interval azaldılıb
2021-12-07 19:04

Gürcüstanda alınan sürücülük vəsiqələri Avropada tanınacaq
2021-12-07 18:13

"WhatsApp"da daha bir funksiya tətbiq olunub
2021-12-07 18:10

Tanınmış gürcü şahmatçı "Netflix"i məhkəməyə verib
2021-12-07 18:03

Rusiya Gürcüstan vətəndaşlarına 10 milyon avro ödəməlidir
2021-12-07 17:27

Poniçalada tır piyada ilə toqquşub - bir nəfər yerindəcə ölüb
2021-12-07 15:55

Gürcüstanın Baş naziri Dünya İqtisadi Forumuna dəvət olunub
2021-12-07 15:42

Hacı Şahindən depressiyadan xilas yolları: “Hər kəsin uğurlu adam olmaq imkanı var”
2021-12-07 15:40

Nobel sülh mükafatçısına dörd il həbs cəzası verildi
2021-12-07 15:25

Dartılan və qatlanan smartfon nümayiş olundu - VİDEO
2021-12-07 15:22

Gürcüstanda koronavirus statistikası - 59 nəfər ölüb
2021-12-07 14:58

Zukerberqin yeni oyunu: Xəyallarınıza toxunacaqsınız - VİDEO
2021-12-07 14:46

İraqda İŞİD-in altı üzvü məhv edilib
2021-12-07 14:42

Bayden və Putin arasında görüşün başlayacağı vaxt açıqlandı
2021-12-07 14:09

Şprisin əvəzinə yeni icad
2021-12-07 14:07

İsrail Suriyanın dəniz limanını hədəfə alıb, havadan müdafiə hərəkətə keçib-Video
2021-12-07 14:01

Sinqapurda “Omikron” ştammını aşkar edəcək ilk test yaradılıb
2021-12-07 02:48

Moskvaya getməyə hazıram
2021-12-07 02:44

Mişadan müraciət: Ölkəni tərk etməyin, sizə söz verirəm ki...
2021-12-07 02:41

Hidrogenlə işləyən təyyarə hazırlanıb
2021-12-07 02:19

7 dekabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2021-12-07 01:17

Britaniyada ən populyar oğlan adı Məhəmməd olub
2021-12-07 01:02

ABŞ pandemiya dönəmində ən çox silah satan ölkə oldu
2021-12-06 19:55

Rusiyada ilk dəfə "Omikron" ştamı aşkarlanıb
2021-12-06 19:08

Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti uzadılır
2021-12-06 17:59

Pensiya artır - İrakli Qaribaşvili
2021-12-06 16:26


Digər Gürcüstan xəbərləri:

Gürcüstanda zəlzələ baş verdi

48