Yaxşıların ən yaxşısı nədir?

21 Oktyabr 2021 - 12:46

134465

Ərlə arvad özlərinin və övladlarının səadətinə görə, Qurani-Məciddə və bir çox hədislərdə işarə olunan silsilə əxlaqi məsələlərə riayət etsələr, çox yaxşı olar. Gözəl əxlaqa riayət etmək və çirkin əxlaqdan çəkinmək heç də çətin bir əməl deyildir. Əxlaqi həqiqətləri işə salmaq və qısa bir müddətdə əxlaqi pisliklərdən çəkinmək - dözə bilənən bir pərhizdir. Gözəl əxlaq bu İlahi yolçuluğa çıxmağı insan üçün asan edər, qadın-kişi münasibətlərini möhkəm edər, bir-birinə sevgisini gücləndirər və xüsusilə övladları üçün əməli bir dərs olar. Bir-birinə qarşı əxlaqi həqiqətləri həyata keçirtmək nəticəsində ailədə səmimiyyət, səfa, paklıq, rahatlıq, təhlükəsizlik, eşq və məhəbbət olan bir fəza əmələ gələr və həyatın bütün sahələrini ərlə arvad üçün baldan da şirin edər.

Gözəl əxlaqla bəzənmək və onu həyata keçirtmək haqqında Allah Təala Qurani-Məcidin bir çox ayələrində Böyük Peyğəmbəri (s) mədh etmişdir. “Xoş xasiyyət və mehribanlıq Allahın insanlara rəhmətinin cilvəsidir. Əgər tünd xasiyyət və daşürəkli olsan, insanlar sənin ətrafından parakəndə olarlar”. “Həqiqətən sən əzim və böyük əxlaqla bəzənmisən”.

Rəsuli-Əkrəm (s) buyurub: “İslam - gözəl əxlaqdır”.

Həzrət İmam Həsən Müctaba (ə) buyurur: “Yaxşıların yaxşısı - gözəl əxlaqdır”.

Rəsuli-İlahi (s) buyurur: “Dünya və axirətin xeyri gözəl əxlaqla bir yerdədir”.

İmam Əli (ə) buyurub: “Gözəl əxlaq bütün yaxşılıqların başıdır”.

İmam Cəfər Sadiq (ə) buyurub: “Həyat və eyş-işrət, gözəl əxlaqdan ləzzətli deyildir”.

Rəsulallah (s) buyurur: “O kəsin ki, əxlaqı gözəldir, Allah onu oruc tutanın məqamına və gecənin qaranlığında ibadət edənlərin qayiminə çatdırar”.

O Həzrət (s) həmçinin buyurur: “Qiyamət günü bəndənin tərəzisinə qoyulan ilk şey onun gözəl əxlaqıdır”.

O Həzrət (s) yenə buyurur: “Mənim yanımda sizlərin ən sevimlisi və mənə Qiyamət günü ən yaxını - sizlərin ən xoş əxlaqlısı və o kəslərdir ki, güclü təvazokarlığa malikdirlər”.

Peyğəmbər (s) Əmirəl-Mömininə (ə) deyir: “Sənə mənim əxlaqıma bənzəyənlər haqqında xəbər verim?”.

Buyurdu: “Bəli”.

Cavab verdi: “Sizlərin xoş əxlaqlıları - sizlərin səbir edənləriniz, yaxınlarına yaxşılıq edənləriniz və başqalarına qarşı daha çox insaflı olanlarınızdır”.

Alicənab əxlaq və gözəl xüsusiyyət o qədər dəyərli və ucadır ki, Rəsulullah (s) onu besətinin səbəbi adlandırmışdır: “Bundan başqa bir şey üçün məbus olmamışam ki, gözəl əxlaqı kamil edəm”.

Alicənab və gözəl əxlaq Haqqın şüarı, Peyğəmbərlərin və İmamların (ə) xüsusiyyətləri, ona sahib olanlara isə xeyr və bərəkət gətirər. Pis əxlaq isə iblisin və şeytanın xüsusiyyətlərindəndir, acı həyatın səbəbi və təhlükəyə səbəb olan amil, insanların bir-birindən ayrı düşməsi və təfriqəsinə səbəb olan vasitə, dünya və axirətin xarab olması deməkdir.

 


mənbə: Deyerler.org

Xəbər lenti

Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
2024-03-28 22:55

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
2024-03-28 21:14

Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və abxazların bir hissəsi bununla razılaşmır
2024-03-28 21:10

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
2024-03-28 21:06

Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm
2024-03-28 20:55

29 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-28 20:47

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56

Dörd mənzildən oğurluq edən şəxs saxlanıldı
2024-03-27 13:54

Ağır yol qəzasında iki nəfər həyatını itirdi, üç nəfər yaralandı
2024-03-27 13:48

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır
2024-03-27 11:32

Dövlət Departamenti ABŞ, Britaniya və Ukraynanın Rusiyadakı terrorda iştirakını inkar edib
2024-03-27 10:37

Ramazan, insanın əsas cəhətlərinə diqqət ayıdır
2024-03-27 10:25

Putin miqrantlarla bağlı tapşırıq verdi
2024-03-27 10:10

Avropa çempionatının play- off mərhələsinin final oyununda Gürcüstan yığması Yunanıstanı qəbul edir
2024-03-26 23:51

Teraktı onlar hazırlayıb, bu ölkələr də yardım edib
2024-03-26 20:41

Rusiyada Krım körpüsündə baş verən partlayışla bağlı Gürcüstan vətəndaşı qiyabi həbs cəzasına məhkum edilib
2024-03-26 20:29

Temkada bir nəfər bıçaqlanıb
2024-03-26 20:24


Digər İslam Dünyası xəbərləri:

Orucun faydalı təsirləri

69

Oruc tutmağın 9 faydası

89