Bu gün İmam Zamanın (ə.f) mübarək mövlud günüdür

29 Mart 2021 - 07:05

134720

Bu gün, Şaban ayının 15-i, 12-ci imam - imam Mehdinin (ə) mövlud günüdür.

İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox Mehdi, Qaim və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.

Atası şəhadətə çatdıqda imam Mehdinin (ə) beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb.

Allahın çoxsaylı möcüzələrindən biri də imam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun daha neçə il gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi və onun zühuru baş verəcəyi bəlli deyil. Bəziləri bunun çox tez, bəziləri isə gec olacağını bildirir. Lakin bu Allah dərgahında olan bir sirridir. Həmən Allah ki, zamanın və məkanın fövqündədir. Aləmləri, bütün varlıqları yaradan Allahın vədəsi isə mütləq yerinə yetəcək.

“Xilaskar fəlsəfəsi” bütün səmavi dinlərdə mövcuddur. Lakin İslam bir din olaraq kamil surətdə Allah tərəfində nazil edildiyi kimi, İslamdakı “Xilaskar fəlsəfəsi” də kamil və dürüstdür. Əlbəttə ki, əcdadının meymun olduğuna əmin olan bəşər övladının imam Mehdinin (ə) mövcudluğuna, onun nə vaxtsa zühur edərək haqqı, ədaləti bərqərar edəcəyinə inanmasını düşünmək sadəlöhvlük olardı. Odur ki, bu günün bütün yer əhli üçün eyni əhəmiyyət kəsb etməsini demək olmaz.

Şabanın 15-i bütün ədalətsevən insanların bayramıdır. Şabanın 15-i zülmə təslim olmayanların, başlarını yalnız Allah qarşısında aşağı salanların, əsl insan kimi yaşayanların bayramıdır. Bu meyarlara uyğun gələn bütün insanları imam Mehdinin (ə) mövlud günü münasibəti ilə təbrik edirik, onlara mübarək zühura şahidlik etmələrini diləyirik!


Mənbə:Faktxeber.com

Xəbər lenti

17 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-16 21:18

ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
2024-09-16 21:12

Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
2024-09-16 21:10

Gürcüstan-Rusiya sərhədi bağlanacaq
2024-09-16 20:14

Artıq "Whatsapp"dan pul qazana biləcəyik!
2024-09-16 20:11

Husilər ABŞ-nin 10-cu zərbə PUA-sını vurub - VİDEO
2024-09-16 19:05

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır
2024-09-16 16:12

Paşinyan və Kobaxidze Tbilisidə danışıqlar aparır
2024-09-16 16:07

Salome Zurabişvili brifinq keçirəcək
2024-09-16 16:05

Milli Hərəkat üzvü saxlanılıb - DİN-dən bəyanat
2024-09-16 16:03

Başqalarına ipoteka yolu ilə verilmiş və ya satılmış yaşayış mənzillərini vətəndaşlara satan şəxslərə qarşı ittiham irəli sürülüb
2024-09-16 16:00

Maykl Rot Gürcüstandadır
2024-09-16 11:29

Avtomobil piyadanı vurub
2024-09-16 11:25

Güclü külək gözlənilir
2024-09-16 11:23

Təmir etdiyi avtomobil ustanın üzərinə düşüb
2024-09-16 11:19

İki avtomobil toqquşub, xəsarət alanlar var
2024-09-16 11:13

Sosial məsuliyyət
2024-09-16 11:05

Sərvət toplamaq
2024-09-16 10:58

Donald Trampa qarşı sui-qəsd cəhdi: Məxfi xidmətin əməkdaşı silahlı şəxsi güllələyib-Video
2024-09-16 10:36

İlin əvvəlindən Afrikada meymunçiçəyindən azı 720 nəfər ölüb
2024-09-16 10:24

İran prezidenti Məsud Pezeşkian Nyu Yorka səfər edəcək
2024-09-16 09:58

Paşinyan sabah Gürcüstana gəlir
2024-09-15 18:06

Husilər Təl-Əvivi ballistik raketlə vurdu
2024-09-15 14:57

Merab Dvalişvili UFC çempionu oldu
2024-09-15 13:11

Diabet əleyhinə dərman qocalmanı ləngidir
2024-09-15 11:13

Yer üzündə ilk canlı hüceyrələr kosmik toz sayəsində yaranıb
2024-09-15 11:06

İvanişvili və “Gürcü Arzusu” xain bəyanata görə üzr istəməlidir
2024-09-15 11:03

Sabah parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərsiniz?
2024-09-15 10:51

İsraili kütləvi etirazların yeni dalğası bürüdü
2024-09-15 10:35

Türkiyə Fərid Qurbanovu Tiflisə təhvil verdi
2024-09-15 10:32

İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!
2024-09-14 21:51

Bizdən istifadə olunmasına imkan verməyəcəyik
2024-09-14 21:46

Baş nazir müxalifətə çağırış etdi
2024-09-14 21:41

"Gürcü Arzusu"nun sədri "Milli Hərəkat"ı dəstəkləyənlərə səsləndi
2024-09-14 21:39

"Bizim məqsədimiz təkcə əraziləri qaytarmaq deyil..."
2024-09-14 21:34

Bu tarixdə ölkə ərazisində güclü külək gözlənilir
2024-09-14 21:29

Gürcüstanda ölüm doğumu üstələyib
2024-09-14 12:32

"Müəllimlərin maaşı xeyli artıb və artım davam edəcək"
2024-09-14 12:23

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
2024-09-14 12:20

Maaş 250 min lari , amma işçi tapılmır
2024-09-14 11:54


Digər İslam Dünyası xəbərləri:

Sosial məsuliyyət

66

Sərvət toplamaq

69

Şarcədə 100 yeni məscidin tikintisi

90

İlahi Sünnə Nədir?

118