“Nimeyi Şaban” – duaların qəbul olduğu gecə – ƏMƏLLƏR

28 Mart 2021 - 12:44

134692

Həzrət İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, İmam Baqirdən (ə) Nimeyi Şəbanın fəzilətləri barədə soruşdular, İmam buyurdu: “Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlini əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecədə Allaha yaxınlaşmaq üçün səy və təlaş edin. Məhz Məhz bu o gecədir ki, Allah öz müqəddəs zatına and içib ki, heç bir sayili öz dərgahından əliboş qaytarmayacaq.

O cümlədən bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı İmam Zaman bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini bəxş edib.

Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:

1. Qüsl

2. Əhya saxlamaq (istiğfar, dua və s.)

3. Ziyarət İmam Hüseyn (ə) (Ziyarətlər müxtəlıf ola bilər. Ən azından üstü açıq bir yerə çıxaraq (dam, eyvan), saga, sola və daha sonra asimana nəzər salaraq, o Həzrəti belə ziyarət etsin: “Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu”).

4. Şaban ayının salavatı :
«Əstəğfirullahə və əsəluhut-təubə»

5. Kumeyl duası

6. Bu zikrləri ardıcıl olaraq demək: “Subhanəllah”, “Əlhəmdulillah”, “Allahu Əkbər”, “La İlahə İlləllah” (hərəsi 100 dəfə)

7. İki rəkət namaz (1-ci rəkətdə “Həmd”+ “Kafirun”, 2-ci rükətdə “Həmd” + “İxlas”). Namazdan sonra deyilir: “Subhənallah” 33 dəfə, “Əlhəmdulillah” 33 dəfə, “Allahu Əkbər” 34 dəfə.

8. Səcdədə bu duanı oxumaq: “Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi hazihi yədayə vəma gənəytuhu əla nəfsi, ya əzimu turcali kuli əzim, ixfirliyəl əzim vəinnəhu la yəxfiruz-zəmbəl əzimə illər-rəbbul əzim”. Səcdədən qalxaraq yenidən səcdəyə getmək və demək: “Əuzu binnuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun vəl kəşəfət ləhuz zulumat və sələhə əleyhi əmrul əvvəlin vəl axirin min fucəti nəqimətik və min təhvili afiyətik və min zəvali nemətik. Allahummərzuqni qəlbən təqiyyən nəqiyya və minəşşirki vəla kafirən və la şəqiyyən”. Sonra sağ üzünü, sonra sol üzünü möhürə qoyub deyirsən: “Əffərtu vəchi fitturab və nuqqəli ən əscudulək”.

9. Cəfər-Təyyar namazını qılmaq

10. Yüz rəkətli namaz (hər rəkətdə “Həmd” + 10 “İxlas”)

Şabanın 15-ci gecəsinin əməlləri “Məfatihul-Cinan” kitabından götürülüb. Əməllərin ardıcıllığına riayyət etmək vacib deyil. Allah ibadətlərinizi qəbul etsin! Bayramınız mübarək olsun!

 

Cəfəri Təyyar Namazının Qılınma Qaydası

Cəfəri Təyyar namazı ən fəzilətli müstəhəb namazlardandır.
Bu namazı Cəfəri Təyyar niyyəti ilə qılınır və müşəxxəs zamanı yoxdir ,hər hansı bir zamanda qılınmasına təkid olunub.
4 rəkətdir. 2 ədəd 2 rəkətli
1-ci iki rəkət

1-ci rəkətdə həmddən sonra (Zəlzələ)surəsi oxunur ,onun ardınca 15 dəfə təsbihati ərbəə (subhanəllahi vəlhəmdulillahı və la ilahə iləllahu vəllahu əkbər) oxunur. Sonra rükuya gedib rükunun zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən sonra isə rükudan qalxıb qiyam halında dayanıb həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra səcdəyə gedirsən . Səcdədə səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən. Alnını səcdədən qaldırıb diz üstə oturarkən (yəni iki səcdə arasında) həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra ikinci səcdəyə gedib səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən .Sonra səcdədən qalxıb diz üstə oturduğun halda 10 dəfə həmin zikri (təsbihati ərbəə )ni dedikdən sonra ikinci rəkət üçün qiyam halına qalxırsan .
2- ci rəkətdə həmddən sonra (Vəl adiyat) surəsini oxuyursan .sonra isə birinci rəkətdə dediklərimiz kimi təkrar olaraq əməl edirsən , ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib birinci iki rəkəti sona çatdırırsan.
2- ci iki rəkət
1- ci rəkətdə Həmddən sonra ( Nəsr )surəsini oxuyursan və sonra isə yuxarıda dediklərimiz kimi təkrar olaraq əməl edirsən.
2-ci rəkətdə isə Həmddən sonra (İxlas) surəsini oxuyursan və sonra isə yuxarıda ddiklərimiz kimi təkrar olaraq əməl edirsən. Yenədə sonra ikinci səcdədən qalxdıqdan sonra ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib ikinci iki rəkəti sona çatdırırsan.

Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar namazının qılınma qaydası: Namaz dörd rükətdir, iki təşəhhüd və iki salamla qılınır (Yəni sübh namazı kimi iki rükət-iki rükət qılınır). Birinci rükətdə “Həmd” surəsindən sonra “Zəlzələ” surəsi, ikinci rükətdə “Həmd”dən sonra “Adiyat” surəsi, üçüncü rükətdə “Həmd”dən sonra “Nəsr” surəsi və dördüncü rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, “Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikrini (təsbihati ərbəəni) hər rükətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı qiyamda 10 dəfə, birinci səcdədə 10 dəfə, birinci səcdədən qalxandan sonra 10 dəfə, ikinci səcdədə 10 dəfə, ikinci səcdədən qalxıb oturandan sonra 10 dəfə oxunmalıdır.

Şeyx Kuleyni (r.ə) Əbu Səid Mədainidən belə nəql edir: “Həzrət İmam Sadiq ələyhissalam mənə buyurdu: “Cəfərin namazında oxumaq üçün sənə bir şey öyrədimmi?” Dedim: “Bəli buyurun.” Həzrət buyurdu: “Dörd rükətli namazın axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni 10 dəfə oxuduqdan sonra de:
– Subhanə mən ləbisəl izzə vəl vəqar, subhanə mən təəttəfə bil məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy’in ilmuh, subhanə zil mənni vən niəm, subhanə zil qudrəti vəl kərəm, Əllahummə inni əsəlukə biməaqidil izzi min ərşik, və muntəhər rəhməti min kitabik, vəsmikəl ə’zəm, və kəlimatikət təmmatilləti təmmət sidqən və ədla, səlli əla Muhəmmədin və Əhli Bəytih, vəf’əl bi kəza və kəza.
* (Kəza və kəza kəlmələrinin yerinə öz hacətini dilə)

Şeyx və Seyid, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiq ələyhissalamı belə gördüm. O, Cəfərin namazını qıldıqdan sonra əllərini göyə qaldırıb, bir nəfəs çatana qədər “Ya Rəbbi Ya Rəbbi”, bir nəfəs çatana qədər “Ya Rəbbahu Ya Rəbbahu”, bir nəfəs çatana qədər “Rəbbi Rəbbi”, bir nəfəs çatana qədər “Ya Allahu Ya Allahu”, bir nəfəs çatana qədər “Ya Həyyu Ya Həyyu”, bir nəfəs çatana qədər “Ya Rəhimu Ya Rəhimu”, bir nəfəs çatana qədər “Ya Rəhmanu Ya Rəhmanu” və yeddi dəfə “Ya Ərhəmər Rahimin” zikirlərini oxuyub belə dedi:
– Əllahummə inni əftətihul qəvlə bihəmdikə və əntiqu bis sənai ələyk, və uməccidukə və la ğayətə limədhik, və usni ələyk, və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik, və ənna lixəliqətikə kunhu mə’rifəti məcdik, və əyyə zəmənin ləm təkun məmduhən bifəzlik, məvsufən biməcdikə əvvadən ələl muznibinə bihilmik, təxəlləfə sukkanu ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, cəvadən bifəzlik, əvvadən bikərəmik, ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikram.

Sonra Həzrət buyurdu: “Ey Müfəzzəl, hər zaman işin çətinə düşdü Cəfərin namazını qıl və bu duanı oxuyub Allah Təalanın dərgahından hacətini dilə ki, inşaAllah hacətin rəva qılınacaq.”

“Zəlzələ” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza zulzilətil ərzu zilzaləha 1. Və əxrəcətil ərzu əsqaləha 2. Və qaləl insanu ma ləha 3. Yəvməizin tuhəddisu əxbarəha 4. Biənnə rəbbəkə əvha ləha 5. Yəvməizin yəsdurun nasu əştatən liyurəv ə”maləhum 6. Fəmən yə”məl misqalə zərrətin xəyrən yərəh 7. Və mən yə”məl misqalə zərrətin şərrən yərəh 8.

“Adiyat” surəsi
Bismillahir Rəhmanir Rəhim
Vəl adiyati zəbha 1. Fəl-muriyati qədha 2. Fəl-muğirati subha 3. Fəəsərnə bihi nəq”a 4. Fəvəsətnə bihi cəm”a 5. İnnəl insanə lirəbbihi ləkənud 6. Və innəhu əla zalikə ləşəhid 7. Və innəhu lihubbil xəyri ləşədid 8. Əfəla yə”ləmu iza bu”sirə ma fil qubur 9. Və hussilə ma fis sudur 10. İnnə rəbbəhum yəvməizin ləxəbir 11.

“Nəsr” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza caə nəsrullahi vəl fəth 1. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca 2. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba 3.


mənbə: az.shafaqna.com

Xəbər lenti

17 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-16 21:18

ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
2024-09-16 21:12

Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
2024-09-16 21:10

Gürcüstan-Rusiya sərhədi bağlanacaq
2024-09-16 20:14

Artıq "Whatsapp"dan pul qazana biləcəyik!
2024-09-16 20:11

Husilər ABŞ-nin 10-cu zərbə PUA-sını vurub - VİDEO
2024-09-16 19:05

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır
2024-09-16 16:12

Paşinyan və Kobaxidze Tbilisidə danışıqlar aparır
2024-09-16 16:07

Salome Zurabişvili brifinq keçirəcək
2024-09-16 16:05

Milli Hərəkat üzvü saxlanılıb - DİN-dən bəyanat
2024-09-16 16:03

Başqalarına ipoteka yolu ilə verilmiş və ya satılmış yaşayış mənzillərini vətəndaşlara satan şəxslərə qarşı ittiham irəli sürülüb
2024-09-16 16:00

Maykl Rot Gürcüstandadır
2024-09-16 11:29

Avtomobil piyadanı vurub
2024-09-16 11:25

Güclü külək gözlənilir
2024-09-16 11:23

Təmir etdiyi avtomobil ustanın üzərinə düşüb
2024-09-16 11:19

İki avtomobil toqquşub, xəsarət alanlar var
2024-09-16 11:13

Sosial məsuliyyət
2024-09-16 11:05

Sərvət toplamaq
2024-09-16 10:58

Donald Trampa qarşı sui-qəsd cəhdi: Məxfi xidmətin əməkdaşı silahlı şəxsi güllələyib-Video
2024-09-16 10:36

İlin əvvəlindən Afrikada meymunçiçəyindən azı 720 nəfər ölüb
2024-09-16 10:24

İran prezidenti Məsud Pezeşkian Nyu Yorka səfər edəcək
2024-09-16 09:58

Paşinyan sabah Gürcüstana gəlir
2024-09-15 18:06

Husilər Təl-Əvivi ballistik raketlə vurdu
2024-09-15 14:57

Merab Dvalişvili UFC çempionu oldu
2024-09-15 13:11

Diabet əleyhinə dərman qocalmanı ləngidir
2024-09-15 11:13

Yer üzündə ilk canlı hüceyrələr kosmik toz sayəsində yaranıb
2024-09-15 11:06

İvanişvili və “Gürcü Arzusu” xain bəyanata görə üzr istəməlidir
2024-09-15 11:03

Sabah parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərsiniz?
2024-09-15 10:51

İsraili kütləvi etirazların yeni dalğası bürüdü
2024-09-15 10:35

Türkiyə Fərid Qurbanovu Tiflisə təhvil verdi
2024-09-15 10:32

İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!
2024-09-14 21:51

Bizdən istifadə olunmasına imkan verməyəcəyik
2024-09-14 21:46

Baş nazir müxalifətə çağırış etdi
2024-09-14 21:41

"Gürcü Arzusu"nun sədri "Milli Hərəkat"ı dəstəkləyənlərə səsləndi
2024-09-14 21:39

"Bizim məqsədimiz təkcə əraziləri qaytarmaq deyil..."
2024-09-14 21:34

Bu tarixdə ölkə ərazisində güclü külək gözlənilir
2024-09-14 21:29

Gürcüstanda ölüm doğumu üstələyib
2024-09-14 12:32

"Müəllimlərin maaşı xeyli artıb və artım davam edəcək"
2024-09-14 12:23

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
2024-09-14 12:20

Maaş 250 min lari , amma işçi tapılmır
2024-09-14 11:54


Digər İslam Dünyası xəbərləri:

Sosial məsuliyyət

66

Sərvət toplamaq

69

Şarcədə 100 yeni məscidin tikintisi

90

İlahi Sünnə Nədir?

118