Yoxsul müsəlmanla belə salamlaşan Allahı qəzəbləndirər

29 Avqust 2024 - 08:46

144

 Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətdə oxuyuruq ki, Həzrət (s) buyurub: “Üç şey günahların örtülməsinə səbəb olar: aşkar şəkildə salam vermək, yemək vermək, insanlar yatan zaman gecə namazı qılmaq”.
Salam – İslam dininin ən üstün sünnətlərindəndir ki, Məsumlar (ə) tərəfindən həmişə vurğulanmışdır. Hər bir müsəlmana vacibdir ki, bu İslami sünnəti ayaqda tutsun. Salam verməyin də hər bir əməl kimi ədəb və qaydası vardır. Bu əməl din qardaşları və bacıları arasında ülfətin yaranmasına səbəb olar.
Allah Təalanın hər bir adı Onun Zatının sifət və həqiqətini açar. Salam da bu adlardan biridir ki, salamatlıq və dostluq mənasını verir. Allah “Həşr” surəsində Özü haqqında buyurur: “O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır”. (“Həşr” 23).
Allah Təala bəndələrinə icazə vermişdir ki, bir-birini görən zaman Onun mübarək adını bir-birinə hədiyyə etsinlər. Bu yolla onlara xeyir və bərəkət nəsib olar. Hər kim bu İlahi sünnətdə ilk addım atar, ən çox nemət və bərəkət də ona nəsib olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah və Rəsulu (s) yanında ən layiqli insan o kəsdir ki, salamı başlatsın”. (Yəni, ilk salam versin).
İmam Sadiq (ə) buyurur: “Salamı başladan Allah və Rəsuluna (s) daha yaxındır”.
Salamı yüksək səslə demək də bu əməlin qaydalarından biri sayılır. İmam Baqir (ə) buyurur: “Allah Təala yüksək səslə salam verməyi sevər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim 4 şeyi mənim üçün öhdəsinə götürər, mən behiştdə onun üçün 4 evi zəmanət verərəm. (Onlardan biri də) hər yerdə aşkarda salam verməkdir”.
Hər kim salam verməz, simic adlandırılar. Belə ki, İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurub: “Simic o kəsdir ki, salam verməkdə simiclik edər””.
Məsumlar (ə) uşaqlara salam verməyi tövsiyə edirlər. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şeyi ömrümün axırına qədər buraxmayacağam. (Onlardan biri) uşaqlara salam verməkdir ki, məndən sonra sünnət olsun”.
Salam verən zaman insanların arasında fərq qoymaq olmaz. İmam Rza (ə) buyurur: “Hər kim yoxsul müsəlman ilə görüşər və ona elə salam verər ki, zənginə verdiyi salamdan fərqlənər, Qiyamət günü Allahla elə halda görüşər ki, Allah ona qəzəblənmiş olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Danışmazdan əvvəl salam verin və əgər kimsə salam verməzdən əvvəl danışarsa ona cavab verməyin”.
Salama cavab vermək vacib əməllərdəndir. İmam Sadiq (ə) buyurur: “Məktuba cavab yazmaq – salama cavab vermək kimi vacibdir. Salamı başladan Allah və Rəsulu (s) yanında daha layiqlidir”.
Ola bilsin ki, salam vermək hər birimiz üçün adi bir əməl kimi görünsün, lakin bu İlahi sünnət əgər ədəb və qaydası ilə yerinə yetirilərsə, insan üçün çox sayda maddi və mənəvi bərəkət gətirər.


mənbə: az.shafaqna.com

Xəbər lenti

17 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-16 21:18

ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
2024-09-16 21:12

Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
2024-09-16 21:10

Gürcüstan-Rusiya sərhədi bağlanacaq
2024-09-16 20:14

Artıq "Whatsapp"dan pul qazana biləcəyik!
2024-09-16 20:11

Husilər ABŞ-nin 10-cu zərbə PUA-sını vurub - VİDEO
2024-09-16 19:05

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır
2024-09-16 16:12

Paşinyan və Kobaxidze Tbilisidə danışıqlar aparır
2024-09-16 16:07

Salome Zurabişvili brifinq keçirəcək
2024-09-16 16:05

Milli Hərəkat üzvü saxlanılıb - DİN-dən bəyanat
2024-09-16 16:03

Başqalarına ipoteka yolu ilə verilmiş və ya satılmış yaşayış mənzillərini vətəndaşlara satan şəxslərə qarşı ittiham irəli sürülüb
2024-09-16 16:00

Maykl Rot Gürcüstandadır
2024-09-16 11:29

Avtomobil piyadanı vurub
2024-09-16 11:25

Güclü külək gözlənilir
2024-09-16 11:23

Təmir etdiyi avtomobil ustanın üzərinə düşüb
2024-09-16 11:19

İki avtomobil toqquşub, xəsarət alanlar var
2024-09-16 11:13

Sosial məsuliyyət
2024-09-16 11:05

Sərvət toplamaq
2024-09-16 10:58

Donald Trampa qarşı sui-qəsd cəhdi: Məxfi xidmətin əməkdaşı silahlı şəxsi güllələyib-Video
2024-09-16 10:36

İlin əvvəlindən Afrikada meymunçiçəyindən azı 720 nəfər ölüb
2024-09-16 10:24

İran prezidenti Məsud Pezeşkian Nyu Yorka səfər edəcək
2024-09-16 09:58

Paşinyan sabah Gürcüstana gəlir
2024-09-15 18:06

Husilər Təl-Əvivi ballistik raketlə vurdu
2024-09-15 14:57

Merab Dvalişvili UFC çempionu oldu
2024-09-15 13:11

Diabet əleyhinə dərman qocalmanı ləngidir
2024-09-15 11:13

Yer üzündə ilk canlı hüceyrələr kosmik toz sayəsində yaranıb
2024-09-15 11:06

İvanişvili və “Gürcü Arzusu” xain bəyanata görə üzr istəməlidir
2024-09-15 11:03

Sabah parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərsiniz?
2024-09-15 10:51

İsraili kütləvi etirazların yeni dalğası bürüdü
2024-09-15 10:35

Türkiyə Fərid Qurbanovu Tiflisə təhvil verdi
2024-09-15 10:32

İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!
2024-09-14 21:51

Bizdən istifadə olunmasına imkan verməyəcəyik
2024-09-14 21:46

Baş nazir müxalifətə çağırış etdi
2024-09-14 21:41

"Gürcü Arzusu"nun sədri "Milli Hərəkat"ı dəstəkləyənlərə səsləndi
2024-09-14 21:39

"Bizim məqsədimiz təkcə əraziləri qaytarmaq deyil..."
2024-09-14 21:34

Bu tarixdə ölkə ərazisində güclü külək gözlənilir
2024-09-14 21:29

Gürcüstanda ölüm doğumu üstələyib
2024-09-14 12:32

"Müəllimlərin maaşı xeyli artıb və artım davam edəcək"
2024-09-14 12:23

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
2024-09-14 12:20

Maaş 250 min lari , amma işçi tapılmır
2024-09-14 11:54


Digər İslam Dünyası xəbərləri:

Sosial məsuliyyət

65

Sərvət toplamaq

69

Şarcədə 100 yeni məscidin tikintisi

90

İlahi Sünnə Nədir?

118