Kərbəla şəhidi Həccac ibn Məşruq

25 Iyul 2024 - 11:36

191

Kərbəla şəhidi Məsruqun oğlu Həccac “Məzhəc” qəbiləsindən və imam Əmirəlmöminin Əlinin (ə) Kufədə yaşayan məşhur tərəfdarlarından idi.  O, imam Hüseynin (ə) Məkkədən Kərbəlaya (və yaxud Mədinədən Məkkəyə) doğru hərəkət etdiyini eşitdikdə, Kufədən Məkkəyə doğru yola düşərək, yolda imam Hüseynə (ə) qoşuldu. (“Əbsarul-eyn”, səh.89.)

İmam Hüseynin (ə) karvanı Hürrün qoşunu ilə üzləşdiyi gün, Həccac İmamın (ə) əmri ilə zöhr azanını verdi. (Bəzi tarixi mənbələrdə göstərilir ki, Həccac yol boyu imam Hüseynin (ə) azançısı olmuşdur.) Azandan sonra imam Hüseynin (ə) imamlığı ilə camaat namazı qılındı və Hürr də o həzrətə iqtida etdi. (“Əl-irşad”, Şeyx Müfid, səh.427; “Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 1-ci cild, səh.684.)

Kərbəla yolu üzərində yerləşən “Qəsri Bəni-Muqatil” məntəqəsində imam Hüseyn (ə) bir çadırın qurulduğunu görüb, onun kimə məxsus olduğunu soruşduqda dedilər: “Übeydullah ibn Hürr Cöfinindir.” İmam Hüseyn (ə) Həccaca əmr etdi ki, Übeydullah ibn Cöfi ilə danışıb, onun öz yoldaşları ilə birlikdə Aşura karvanına qoşulacağını bildirsin. Həccac ibn Məşruq onunla danışsa da, o, imam Hüseynə (ə) qoşulmadı. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.188.)

Aşura günü döyüş başladıqdan sonra Həccac ibn Məsruq imam Hüseynin (ə) hüzuruna gəlib, meydana getmək üçün icazə istədi. Həzrət ona icazə verdi. O, döyüş meydanına qədəm qoydu və qanlı döyüşdən sonra qana boyandığı halda, imam Hüseynin (ə) hüzuruna qayıtdı. O, həmin vaxt bu rəcəzi oxuyurdu:

فَدَتْکَ نَفْسی هادیاً مَهْدِیّاً                                           اَلْیَوْمَ اَلْقى جَدَّکَ النَّبیَّا

ثُمَّ اَباکَ ذَا النَّدى عَلِیّاً                                               ذَاکَ الَّذی نَعْرِفُهُ الوَصِیّا

“Canım sənə fəda olsun, ey hidayət edən və hidayət yolunda olan! Bu gün cəddin Peyğəmbərlə (s), ondan sonra da bəxşiş və ehsan sahibi olan Əli (ə) ilə görüşəcəyəm; həmin kəs ki, onu Peyğəmbərin (s) canişini tanıyırıq!”

İmam Hüseyn (ə) ona buyurdu:

نَعَمْ وَاَنَا اَلْقاهُما عَلى اَثَرِکَ

“Bəli! Mən də səndən sonra onlarla görüşəcəyəm!”

Həccac ibn Məsruq yenidən döyüş meydanına yollandı və ağır mübarizədən sonra şəhadətə yetdi. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.254.)

“Nahiyeyi-müqəddəsə” ziyarətində oxuyururq:

السَّلامُ عَلی حَجَّاجِ بْنِ مَسْرُوقِ الْجُعْفِی

“Salam olsun Məsruq Cöfinin oğlu Həccaca!” (“İqbalul-əmal”, 3-cü cild, səh.345.)


mənbə: az.shafaqna.com

Xəbər lenti

Gürcüstanın cənubunda 4,1 maqnitudada zəlzələ olub
2024-09-07 10:10

Tiflis AB ilə danışıqlara başlaya bilməz
2024-09-06 18:58

İsraili İrandan həmişə qoruya bilmərik
2024-09-06 12:36

Qərb Gürcüstanın suverenliyini və maraqlarını müdafiə edən hakimiyyəti dəyişməyə çalışır
2024-09-06 12:24

İmam Rza (ə) və din ardıcılları ilə mübahisə
2024-09-06 10:57

Mobil telefonlar ürək xəstəlikləri riskinin artmasına səbəb olur
2024-09-06 10:54

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər
2024-09-06 10:51

Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
2024-09-06 10:46

Nəcəfdə Peyğəmbərin (s) vəfatının ildönümünə 5 milyon zəvvar qatılıb
2024-09-05 13:38

Prezident seçki nəticələrini tanımayacaq!
2024-09-05 13:18

Gürcüstan DİN “Vahid Milli Hərəkat”ın iki üzvünü saxlayıb
2024-09-05 13:12

Almaniyada iki gürcü həbs edilib
2024-09-04 12:10

Polşalı turist şəlaləyə düşərək ölüb
2024-09-03 21:51

Qərb Gürcüstanda təxribata hazırlaşır
2024-09-03 19:32

Gürcüstanın parlament sədri uğurlu seçki münasibətilə Azərbaycanı təbrik edib
2024-09-03 19:28

Gürcüstan dövlət nişanlı sərnişin avtobusu Türkiyədə qəzaya düşdü - Yaralılar var
2024-09-03 19:23

3 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-03 17:59

Tbilisidə qəzaya düşmüş sərnişin qatarından insanlar təxliyyə edilir
2024-09-03 16:53

Sentyabrın 6 -dək gözlənilən hava proqnozu açıqlandı
2024-09-02 15:16

Gənc oğlanı boğaraq öldürən şəxslər saxlanılıb
2024-09-02 13:48

İrakli Kobaxidze Ermənistan müdafiə naziri ilə regional məsələləri müzakirə edib
2024-09-02 13:33

İlahi Sünnə Nədir?
2024-09-02 12:41

İki min qələmlə Qurani-Kərim yazan əfqan tələbə
2024-09-02 12:33

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb
2024-09-02 12:26

Gürcüstanın Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
2024-09-02 12:04

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb
2024-09-02 11:53

İsraildə ən böyük etiraz aksiyası
2024-09-02 11:37

Ermənistan müdafiə naziri Gürcüstana rəsmi səfər edib
2024-09-01 21:10

Qəzzada ölənlərin sayı 41 minə çatıb
2024-09-01 21:06

Girov götürülmüş İsrail vətəndaşlarının cəsədləri tapıldı
2024-09-01 21:04

Gürcüstanda 27 partiya seçkidə iştirak edəcək
2024-09-01 21:01

Sentyabrın 1-dən Aİ ölkələrinə səyahət qaydalarında dəyişiklik olacaq
2024-09-01 20:55

İtaliyada oğurluq edən 20 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb
2024-09-01 16:46

Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir
2024-09-01 13:33

Bir həftəyə öldürür, sağ qalmaq möcüzədir - Dünyanı qorxuya salan təhlükə
2024-08-31 18:22

Rukoti tunelində 5 avtomobil toqquşub
2024-08-31 18:13

Ağır yol qəzasında bir nəfər ölüb
2024-08-31 18:10

Tikilməkdə olan binanın birinci mərtəbəsi uçub
2024-08-31 18:08

Qərbin əsas müttəfiqi Rusiyanın təzyiqi altında çökür
2024-08-30 20:23

Həyat yoldaşını və iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olundu
2024-08-30 20:15


Digər İslam Dünyası xəbərləri:

İlahi Sünnə Nədir?

107