Aşura günü oruc tutmaq savabdırmı?

10 Iyul 2024 - 11:36

194

Aşura günü oruc tutmaq haqqında deyilən savablar əslində uydurma və təhrifdir!
Şeyx Səduq öz sənədi ilə İləluş-Şəraye və Əmali kitablarında Cibillə əl-Məkkiyədən belə nəql edir ki , İmam Əlinin (ə.s) qəlb dostlarından olan Meysəmi Təmmardan belə eşitdiyini rəvayət edir: Allaha and olsun ki, bu ümmət öz peyğəmbərlərinin nəvəsini Muhərram ayının onuncu günü öldürəcək və Allahın düşmənləri o günü bərəkət günü kimi qeyd edəcəklər. Bu iş Allahın elmində buyurulan qəti olacaq qəzalardandır. ( Yəni bu hadisə mütləq olacaq ) İmam Əlinin ( ə.s ) mənə öyrətdiyi elm əsasında mən bundan xəbərdar oldum.
İmam Əli ( ə.s) mənə bildirdi ki, bütün yaradılmışlar- hətta çölün yırtıcı heyvanları, dənizdəki balıqlar və göydə uçan quşlar belə Peyğəmbərin ( s ) nəvəsinə ağlayacaq.
Günəş, ay, ulduzlar, göy, yer, insan və cinlərin mömin olanları, səmalardakı bütün mələklər Ridvan mələyi (cənnətin qoruyucu mələyi) və Malik, bütün qoruyucu mələklər – göy və ərşi qoruyan mələklərin hamsı imam Hüseyinə ( ə ) ağlayacaq.

Meysəm daha sonra dedi: “Allaha şərik qoşanlara, Yəhudi, Xristian və Məcusilərə Allahın lənəti vacib olduğu kimi İmam Hüseyni ( ə ) də öldürənlərə həmçinin lənət vacibdir.

Cibillə deyir ki, Meysəmə -İnsanlar necə İmam Hüseynin ( ə ) şəhadət gününü bərəkət günü biləcəkdir? deyə soruşdum. Meysəm bu suala cavab olaraq ağladı və dedi: özləri uydurduqları bir hədis əsasında- Aşura gününün Adəmin (ə) tövbəsinin qəbul olduğu gün olduğunu deyəcəklər; ancaq Adəmin ( ə )tövbəsi Zilhiccə ayında qəbul olunmuşdu. Yenə onlar Aşura günündə Allahın Davudun (ə) tövbəsini qəbul etdiyini deyəcəklər; ancaq Davudun (ə) tövbəsi də Zilhiccə ayında qəbul olundu. Onlar bu gündə Allahın Yunusu (ə) balığın qarnından qurtardığını deyəcəklər; ancaq Allah Yunusu (ə) Zilqədə ayında balığın qarnından çıxarmışdı. Onlar Aşura günündə Nuhun (ə) gəmisinin sahilə yanaşdığını deyəcəklər; ancaq bu hadisə Zilhiccə ayının 18-ci günü vaqe olmuşdu. Onlar bu gündə Bəni İsrailin xilas olması üçün dənizin Allah tərəfındən Musa (ə) üçün yarıldığını deyəcəklər; ancaq bu hadisə Rabiul əvvəl ayında olmuşdu. Daha sonra Meysəm dedi: Ey Cibillə. Bil ki , həqiqətən İmam Hüseyn ( ə ) qiyamət günu Seyyiduş Şühəda və səhabələrindən olan şəhidlər də digər şəhidlərdən üstün olaraq gələcəklər. Ey Cibillə. Bax, Səma və dənizlər günəşə qədər qan kimi qırmızı rəngə boyandığı zaman bil ki , şəhidlər sərvəri İmam Hüseyni ( ə ) qətlə yetirdilər. Və Cibillə deyir ki ,bu deyilənlərin şahidi olduqda ağlayaraq dedim: And olsun Allaha ki, Ağamız İmam Hüseyni ( ə ) qətlə yetirdilər.

Şeyx Səduq -İləluş-Şəraye c 1 , səh 227. bab 162.
Şeyx Səduq -Əmali məclis 27 , rəqəm 1.
Biharul-ənvar c 45 , səh 203.
Feyz Əl-Kaşani – Vafi c 11 , səh 76.
Şeyx Abbas Qummi – Səfinətul Bihar c 6 , səh 270


mənbə: az.shafaqna

Xəbər lenti

Gürcüstanın cənubunda 4,1 maqnitudada zəlzələ olub
2024-09-07 10:10

Tiflis AB ilə danışıqlara başlaya bilməz
2024-09-06 18:58

İsraili İrandan həmişə qoruya bilmərik
2024-09-06 12:36

Qərb Gürcüstanın suverenliyini və maraqlarını müdafiə edən hakimiyyəti dəyişməyə çalışır
2024-09-06 12:24

İmam Rza (ə) və din ardıcılları ilə mübahisə
2024-09-06 10:57

Mobil telefonlar ürək xəstəlikləri riskinin artmasına səbəb olur
2024-09-06 10:54

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər
2024-09-06 10:51

Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
2024-09-06 10:46

Nəcəfdə Peyğəmbərin (s) vəfatının ildönümünə 5 milyon zəvvar qatılıb
2024-09-05 13:38

Prezident seçki nəticələrini tanımayacaq!
2024-09-05 13:18

Gürcüstan DİN “Vahid Milli Hərəkat”ın iki üzvünü saxlayıb
2024-09-05 13:12

Almaniyada iki gürcü həbs edilib
2024-09-04 12:10

Polşalı turist şəlaləyə düşərək ölüb
2024-09-03 21:51

Qərb Gürcüstanda təxribata hazırlaşır
2024-09-03 19:32

Gürcüstanın parlament sədri uğurlu seçki münasibətilə Azərbaycanı təbrik edib
2024-09-03 19:28

Gürcüstan dövlət nişanlı sərnişin avtobusu Türkiyədə qəzaya düşdü - Yaralılar var
2024-09-03 19:23

3 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-03 17:59

Tbilisidə qəzaya düşmüş sərnişin qatarından insanlar təxliyyə edilir
2024-09-03 16:53

Sentyabrın 6 -dək gözlənilən hava proqnozu açıqlandı
2024-09-02 15:16

Gənc oğlanı boğaraq öldürən şəxslər saxlanılıb
2024-09-02 13:48

İrakli Kobaxidze Ermənistan müdafiə naziri ilə regional məsələləri müzakirə edib
2024-09-02 13:33

İlahi Sünnə Nədir?
2024-09-02 12:41

İki min qələmlə Qurani-Kərim yazan əfqan tələbə
2024-09-02 12:33

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb
2024-09-02 12:26

Gürcüstanın Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
2024-09-02 12:04

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb
2024-09-02 11:53

İsraildə ən böyük etiraz aksiyası
2024-09-02 11:37

Ermənistan müdafiə naziri Gürcüstana rəsmi səfər edib
2024-09-01 21:10

Qəzzada ölənlərin sayı 41 minə çatıb
2024-09-01 21:06

Girov götürülmüş İsrail vətəndaşlarının cəsədləri tapıldı
2024-09-01 21:04

Gürcüstanda 27 partiya seçkidə iştirak edəcək
2024-09-01 21:01

Sentyabrın 1-dən Aİ ölkələrinə səyahət qaydalarında dəyişiklik olacaq
2024-09-01 20:55

İtaliyada oğurluq edən 20 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb
2024-09-01 16:46

Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir
2024-09-01 13:33

Bir həftəyə öldürür, sağ qalmaq möcüzədir - Dünyanı qorxuya salan təhlükə
2024-08-31 18:22

Rukoti tunelində 5 avtomobil toqquşub
2024-08-31 18:13

Ağır yol qəzasında bir nəfər ölüb
2024-08-31 18:10

Tikilməkdə olan binanın birinci mərtəbəsi uçub
2024-08-31 18:08

Qərbin əsas müttəfiqi Rusiyanın təzyiqi altında çökür
2024-08-30 20:23

Həyat yoldaşını və iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olundu
2024-08-30 20:15


Digər İslam Dünyası xəbərləri:

İlahi Sünnə Nədir?

107