Peyğəmbərin (s) risalətinin son mühüm mesajı nə idi?

01 Iyul 2024 - 07:32

265

 Uca Allahın hədə və təsəlli ilə çatdırmağı əmr etdiyi peyğəmbərin (s) risalətinin son mühüm mesajının məzmunu nədən ibarət idi?

Hicri 10-cu ildə və Maidə surəsində nazil olan başqa bir ayə də "təbliğ" ayəsidir. Allahın Peyğəmbərinin (s) ilk və son Həcc səfərində bir müddət Məkkədə qalacağı gözlənilsə də, həcc ziyarətini başa vurduqdan dərhal sonra belə buyurdu: "Sabah əlillərdən başqa heç kim qalmamalıdı. Hər kəs təyin olunmuş vaxtda Qədir-Xuma getməlidir. Həmin səhər 120.000-dən çox olduğu təxmin edilən bir insan seli o Həzrətlə birlikdə getdi.
Qədir-Xum Cöhfədən üç mil aralıda yerləşir və böyük bir çuxur şəklində idi. Həzrət yolda hərəkət istiqamətini Qədirə doğru dəyişdi. Sonra bütün camaatın dayanmasını, qabaqda gedənlərin qayıtmasını və arxada olanların çatmasını əmr etdi ki, bütün camaat toplaşsın. Məhz bu zaman Cəbrayıl nazil olub bu ayəni (1) oxudu: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz” (Maidə, 67). Allahın səni insanlardan qorunasl mövzusu Peyğəmbərin (s) hökmün elan edilməsindən və insanların narahatlığına işarə idi. Peyğəmbər (s) öz həyatından qorxmur, çünki Məkkə bütpərəstləri ilə bütün mübarizə zamanı və bütün hərbi müharibələrdə ürəyində zərrə qədər qorxu da olmayıb. İndi ömrünün sonunda və müsəlman cəmiyyətində mesaj çatdırmaqdan niyə narahat olmalıdır?
“Ya Əyyuvhər-Rəssul” ifadəsi Peyğəmbərə (s) çatdırır ki, indi risalətin mühün məsələsidir, yəni risalət vaxtı və sənin mesajını çatdırmağın vaxtıdır. “Əbliğ” ifadəsi əvəzinə "bəlliğ" ifaəsinin işlənməsi bunu çatdırır ki, onu qüdrət və əzəmətlə çatdır. “Ma unzilə" (biz nazil etdik) və “min rəbbik” təbiri vurğulayır ki, bu məsələ sənin tərəfindən deyil və Allahdan nazil olan vəhy mesajıdır. Xalqdan qorumaq vədi, bunu göstərir ki, bəlkə də Peyğəmbərin (s) narahatlığı ondan ibarətdir ki, camaat Peyğəmbərin (s) Onun adından bir fərman verdiyini və bunun ilahi bir əmr olmadığını güman edirdi.
“Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan” təbiri çox ağırdır. Bu o deməkdir ki, bu mesaj sənin risalətin zamanı bütün mesajlarla bərabər əhəmiyyət kəsb edir və bu mesaj insanlara çatmasa, sanki bütün mesajlar yox olacaq. Demir ki, sənin risalətin (rasalətək) baş tutmayıb, deyir ki, Allahın tapşırığı, yəni Allahın tapşırığı yerinə yetirilməyib deyir. Bütün bunlar təhdid edir və təsəlli verir ki, mesajın məzmunu əsas məsələ olmalıdır və məsələnin rədd edilməsi kiçik məsələ deyil. Həm də bu mesaj tövhid, peyğəmbərlik və məad haqqında ola bilməz, çünki ömrünün sonunda bu qədər tövsiyəyə ehtiyac yoxdu. Peyğəmbərin (s) şərəfli həyatının sonunda nazil olmuş bu mühüm xəbərin məzmunu nədir?
Təvatur həddində olan yüzlərlə rəvayətlər göstərir ki, Allah Peyğəmbəri (s) dəvələrin yəhərlərindən düzəldilmiş minbərdə dayanıb çoxlu səhabə arasında uzun xütbə oxuyur. Xəbər bu idi ki, Peyğəmbər (s) öz vəfatını elan etdi və özü haqqında müsəlmanların fikrini soruşdu. Hər kəs onun böyüklüyünə, xidməti və missiyasına ən yüksək səviyyədə etiraf etdi. Səsinin bütün xalqa, dörd istiqamətdən çatacağına əmin olduqdan sonra gələcəklə bağlı mühüm mesajını bildirdi və buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" və bununla da Əmirəl-möminin Əlinin (ə) vilayətini açıq-aydın bəyan edir.
Bu rəvayətlər dəlalət edir ki, Peyğəmbər (s) öz əmisi oğlunu və kürəkənini bu vəzifəyə təyin etsə, məsxərəyə qoyulacağından narahat idi. Əlbəttə ki, Peyğəmbərin (s) vəfatından sonra Həzrət Zəhra (s) insanların evlərinin qapısına gedər və deyərdi: “Məgər Allah Rəsulunun (s) Qədir-Xumda dediklərini eşitmədinizmi?" Onlar deyirdilər: Biz Qədir-Xumda, uzaqda idik və Peyğəmbərin (s) səsini eşitmirdik.
(1)            - 360-a yaxın sünni alimi bu ayənin Qədir-Xum günü nazil olmasını qəbul etmişlər: O cümlədən, Vahidi Əsbabun-Nuzul kitabında, səh 150-də (Qədir günü Əli bin Əbi Talib barədə nazil oldu), Süyuti "Əddürrül-Mənsur", 2-ci cild, səh 298-də (Qədir günü Əli bin Əbi Talib barədə nazil oldu), (Nişaburi təfsirində, cild 6, səh 194-də (bu ayə Həzrət Əlinin (ə) fəziləti barədə Qədir-Xum günündə nazil olub). Həmçinin Alusi öz təfsirində, cild 6, səh 176-da, Əl-Mənar, cild 6, səh 463, Bağdad tarixi, cild 8, səh 290, Tarix Yaqubi, 2-ci cild, səh 32, Şəblənci, Nurl-Əbsar, səh 75, Müsnəd Əhməd ibn Hənbəl, cild 4, səh 281, Xəsaisi Nəsai s. 22, Əqdul-Fərid, 3-cü hissə, səh 38, Əsafur-Rağbin, səh 151. Məsabihus-Sünnə, 2-ci cild, səh  220. Həliyyətul- Övliya, 4-cü hissə, səh 23, Nəsrul-Ləyali, s. 166, Tarixi Bağdadi, Xətib Nişaburi, 7-ci cild, səh 377, Tirmizi, “Səhih”, 2-ci cild, səh 297, İbn Kəsir Bidayə Vən-Nəhayə, cild 5.


mənbə: iqna

Xəbər lenti

test
2024-10-17 17:32

"Hamster Kombat" dələduz şəbəkəyə aiddir? -Video
2024-10-10 15:56

“Müharibəyə yox! Agenturaya yox” - Tbilisi küçələrində hakim partiyanın yeni təbliğat plakatları yapışdırılıb
2024-10-10 15:49

Şəhərin mərkəzində bankı soymaq istədilər
2024-10-10 14:57

Temkada atışma olub
2024-10-10 14:54

AP bizi cəzalandırmağa çalışır, alınmayacaq
2024-10-10 14:03

Ölkə daxilində bəzi qüvvələr Qərbin maraqlarına xidmət edirlər
2024-10-10 13:59

Bugünkü müxalifət xaricdən alınan əmr və təlimatlarla fəaliyyət göstərir
2024-10-10 13:10

Marneulidə iş adamlarından pul tələb edən şəxslər saxlanıldı - VİDEO
2024-10-10 12:10

Ölkədə gözlənilən hava proqnozu açıqlandı
2024-10-10 11:22

İtaliyada 43 yaşlı gürcü oğuluq ittihamı ilə həbs edilib
2024-10-10 11:17

Aİ-nin maliyyələşdirilməni dayandırması Gürcüstandakı layihələrə təsir etməyəcək
2024-10-10 10:35

İsrailin Qəzzaya intensiv hücumları nəticəsində həlak olanların sayı 42 mini keçib
2024-10-10 10:32

Bəzi qüvvələr Gürcüstanda müharibənin başlamamasını qəbul edə bilmir
2024-10-10 10:27

İvanişviliyə sanksiyalar, Saakaşvilinin azad edilməsi...
2024-10-09 21:40

Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur
2024-10-09 21:37

Marneulidə gənc qadın qonşusunun evindən külli miqdarda qızıl və pul oğurlayıb
2024-10-09 21:33

Vətəndaşlara hədə-qorxu gələn və pul tələb edən şəxsə ittiham irəli sürülüb
2024-10-09 21:31

Sanksiyaların tətbiqi ölkəmizin iqtisadiyyatının məhv edilməsi deməkdir
2024-10-09 16:08

Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni dəstəkləyib
2024-10-09 16:01

Qonşusunu qətlə yetirən şəxs saxlanıldı
2024-10-09 15:57

"Yaxşı olardı ki, Gürcüstan ailəmizə qayıtsın"
2024-10-09 14:19

Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışı “utancverici və iyrənc”dir
2024-10-09 14:08

Qərbdə unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil
2024-10-09 13:50

Gürcüstan Konstitusiya Məhkəməsi "Xarici agentlər haqqında" qanunla bağlı prezidentin vəsatətini rədd edib
2024-10-09 13:48

Son bir ayda xarici siyasətçilər Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər
2024-10-09 13:46

İsrail müharibəyə 66 milyard dollar xərcləyib
2024-10-09 12:42

Gürcüstanın turizm gəlirləri artıb
2024-10-09 11:56

Gürcüstan Milli Bank 48,5 milyon dollar satıb
2024-10-09 11:49

Rusiyanın nəhəng silah anbarı məhv edildi - Video
2024-10-09 10:56

Bu gün Avropa Parlamentində Gürcüstanla bağlı qətnamə səsə qoyulur
2024-10-09 10:40

İslam əxlaqı baxımından "mira"nın dil ziyanı
2024-10-09 10:35

İsrailin endirdiyi zərbələr nəticəsində 36 nəfər həlak olub
2024-10-09 10:32

Qonşu qonşusunu qətlə yetirib
2024-10-08 22:16

Livan İsraili kütləvi raket atəşinə tutdu: Müharibənin başlanğıcından ən güclü hücum-Video
2024-10-08 21:23

Aİ Gürcüstana maliyyə yardımı ayırmaqdan imtina edəcək
2024-10-08 20:41

Gürcüstan Rusiya ilə 62-ci dəfə danışıqlar aparacaq
2024-10-08 20:35

Laqodexidə ağır yol qəzası ölümlə nəticələndi
2024-10-08 20:32

Borjomi-Tbilisi yolunda azyaşlını avtomobil vurub
2024-10-08 20:17

Tbilisinin Zakariadze küçəsində 11 yaşlı yeniyetmə həyatını itirib
2024-10-08 14:38


Digər İslam Dünyası xəbərləri:

Kafirlə müşrikin fərqi

134

Batil sözlər danışmaq dilin zərəri

122

İslam nəzərindən dilin zərərləri

194

Sosial məsuliyyət

158

Sərvət toplamaq

161

Şarcədə 100 yeni məscidin tikintisi

163