Dünya və axirətimizə xeyir verəcək müstəhəb əməllər

19 Iyun 2024 - 07:27

252

İslam dinində müstəhəb əməllər xüsusi əhəmiyyətə malikdir. Müstəhəb əməllər yeməyin duzu sayılır. Yeməyi duzsuz da yemək olar, ancaq ləzzətsiz olar. Vacib əməllər o zaman daha ləzzətli olur ki, müstəhəb əməllə bir yerdə həyata keçirilsin.

İmam Baqir (ə) buyurur: “O zaman ki, Peyğəmbəri (s) meraca aparırlar onunla Allah arasında söhbətlər olur. Aləmlərin Pərvəridigarı buyurur: “Həqiqətən, Mənim bəndəm müstəhəblər vasitəsilə Mənə yaxınlaşar, o yerə qədər ki, Mən onu sevərəm. Onu sevdiyim üçün onun qulağı olaram ki, onunla eşidər, gözü olaram ki, onunla görər, dili olaram ki, onunla danışar, əli olaram ki, onunla alar. Əgər çağırarsa – yerinə yetirərəm, əgər Məndən xahiş etsə – ona verərəm”.

Bunu qeyd etmək lazımdır ki, müstəhəb əməllər o demək deyildir ki, vacibları tərk edəsən və ancaq onunla məşğul olasan. Müstəhəb əməl o zaman dəyərli olur ki, vacib əməllərlə bir yerdə yerinə yetirilsin.

Dünya və axirətimizə xeyir verəcək müstəhəb əməllər…

5 mütəhəb əməl vardır ki, yerinə yetirən zaman dərin izlər buraxır və onları tanıyaq.

1. Dilini qorumaq. Sükut o deməkdir ki, dilini yersiz sözlərdən saxlayasan. İnsan harada olursa-olsun, dilini qorumağı bacarmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman mömini sakit görsəniz, ona yaxınlaşın ki, sizə elm və hikmət təlqin edər. Mömin az danışar və çox əməl edər. Münafiq çox danışar və az əməl edər”. Əmirəl-möminin (ə) buyurur: “Çoxlu susmağı seç ki, fikrin çoxalsın və ağlın nurani olsun. İnsanlar sənin əlindən sağlam qalsınlar”.

2. Çox yeməmək. Çox yemək insanı dünya və axirətdən qafil edər. Belə bir insanın bədəni həmişə xəstə olar. Tənbəllik və süstlük ona qalib gələr. Çox yemək insanı gecə namazından və mütaliələrdən saxlayar. Çox yeyən insan Allahın ən nifrət etdiyi insandır. “Allah yanında ən nifrət olunan insan o kəsdir ki, çoxlu yatar və çoxlu yeyib-içər”.

3. Gecə açıq qalmaq. Müsəlman gərək gecə ibadətlərinə xüsusi əhəmiyyət versin. Alimlərdən biri nəql edir ki, İmam Zaman ağanın (ə.f) xidmətinə gedən zaman mənə buyurdu: “Bizim davamçılarımız üçün ardır ki, gecə namazı qılmasınlar”.

“Ələq” surəsi nazil olandan və İmam Əli (ə) ilə Həzrət Xədicə (s.ə) iman gətirdikdən sonra Peyğəmbərin (s) bədəninə yorğunluq hakim olur. Bir qədər uzanır ki, istirahət etsin. Bu zaman Cəbrayil (ə) gəlir və bu ayəni təqdim edir: “Ey libasına bürünmüş. Gecə – az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx!”. (“Muzzəmmil” 1-2).

4. Yersiz məclislərdən uzaq olmaq. Əmirəl-möminin (ə) buyurur: “Mömin ülfət bağlayar. O kəs ki, nə ülfət bağlayar və nə ülfəti qəbul edər – xeyirdən uzaq olar”. Yersiz məclislərdən çəkinmək dedikdə, inzivaya çəkilmək nəzərdə tutulmur. O məclislər nəzərdə tutular ki, insana bir xeyir gətirmir və əksinə – günaha batması üçün zəminələr hazırlayır, insanın o məclislərdən uzaqlaşması lazımdır.

5. Davamlı zikr etmək. Qurani-Kərim buyurur ki, mömin gərək davamlı olaraq zikr desin. “Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin”. (“Əhzab” 41-42).

Mömin gərək Allahla rabitəsini kəsməsin və aşkarda, xəlvətdə Allahı davamlı olaraq zikr etsin. İmam Sadiq (ə) buyurur: “Allahın xəlqi üçün vacib etdiyi ən çətin şey – Allahı çoxlu zikr etməkdir. Məqsədim ancaq “Sübhənallah, Əlhəmdulilləh, Lə iləhə illəllah, Allahu Əkbər” demək deyildir. Baxmayaraq ki, bunlar da zikrdir. Məqsəd – əməli zikrdir. Allahı halal və haram buyurduqlarında yada salmaqdır. Əgər Allaha itaətdirsə – əməl etsin və əgər günahdırsa – tərk etsin”.


mənbə: az.shafaqna.com

Xəbər lenti

Gürcüstanın cənubunda 4,1 maqnitudada zəlzələ olub
2024-09-07 10:10

Tiflis AB ilə danışıqlara başlaya bilməz
2024-09-06 18:58

İsraili İrandan həmişə qoruya bilmərik
2024-09-06 12:36

Qərb Gürcüstanın suverenliyini və maraqlarını müdafiə edən hakimiyyəti dəyişməyə çalışır
2024-09-06 12:24

İmam Rza (ə) və din ardıcılları ilə mübahisə
2024-09-06 10:57

Mobil telefonlar ürək xəstəlikləri riskinin artmasına səbəb olur
2024-09-06 10:54

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər
2024-09-06 10:51

Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
2024-09-06 10:46

Nəcəfdə Peyğəmbərin (s) vəfatının ildönümünə 5 milyon zəvvar qatılıb
2024-09-05 13:38

Prezident seçki nəticələrini tanımayacaq!
2024-09-05 13:18

Gürcüstan DİN “Vahid Milli Hərəkat”ın iki üzvünü saxlayıb
2024-09-05 13:12

Almaniyada iki gürcü həbs edilib
2024-09-04 12:10

Polşalı turist şəlaləyə düşərək ölüb
2024-09-03 21:51

Qərb Gürcüstanda təxribata hazırlaşır
2024-09-03 19:32

Gürcüstanın parlament sədri uğurlu seçki münasibətilə Azərbaycanı təbrik edib
2024-09-03 19:28

Gürcüstan dövlət nişanlı sərnişin avtobusu Türkiyədə qəzaya düşdü - Yaralılar var
2024-09-03 19:23

3 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-03 17:59

Tbilisidə qəzaya düşmüş sərnişin qatarından insanlar təxliyyə edilir
2024-09-03 16:53

Sentyabrın 6 -dək gözlənilən hava proqnozu açıqlandı
2024-09-02 15:16

Gənc oğlanı boğaraq öldürən şəxslər saxlanılıb
2024-09-02 13:48

İrakli Kobaxidze Ermənistan müdafiə naziri ilə regional məsələləri müzakirə edib
2024-09-02 13:33

İlahi Sünnə Nədir?
2024-09-02 12:41

İki min qələmlə Qurani-Kərim yazan əfqan tələbə
2024-09-02 12:33

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb
2024-09-02 12:26

Gürcüstanın Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
2024-09-02 12:04

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb
2024-09-02 11:53

İsraildə ən böyük etiraz aksiyası
2024-09-02 11:37

Ermənistan müdafiə naziri Gürcüstana rəsmi səfər edib
2024-09-01 21:10

Qəzzada ölənlərin sayı 41 minə çatıb
2024-09-01 21:06

Girov götürülmüş İsrail vətəndaşlarının cəsədləri tapıldı
2024-09-01 21:04

Gürcüstanda 27 partiya seçkidə iştirak edəcək
2024-09-01 21:01

Sentyabrın 1-dən Aİ ölkələrinə səyahət qaydalarında dəyişiklik olacaq
2024-09-01 20:55

İtaliyada oğurluq edən 20 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb
2024-09-01 16:46

Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir
2024-09-01 13:33

Bir həftəyə öldürür, sağ qalmaq möcüzədir - Dünyanı qorxuya salan təhlükə
2024-08-31 18:22

Rukoti tunelində 5 avtomobil toqquşub
2024-08-31 18:13

Ağır yol qəzasında bir nəfər ölüb
2024-08-31 18:10

Tikilməkdə olan binanın birinci mərtəbəsi uçub
2024-08-31 18:08

Qərbin əsas müttəfiqi Rusiyanın təzyiqi altında çökür
2024-08-30 20:23

Həyat yoldaşını və iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olundu
2024-08-30 20:15


Digər İslam Dünyası xəbərləri:

İlahi Sünnə Nədir?

107