Hücum təhlükəsi barədə 112-yə məlumat verdik, polis “TV Pirveli”yə gəlmədi - VİDEO

10 May 2024 - 09:55

125

Mayın 10-da, gecə saatlarında “Pirveli” televiziyasının informasiya xidmətinin rəhbəri Nodar Meladze bildirib ki, televiziyanın girişində və həyətində maskalı şəxslərlə şübhəli avtomobillər müşahidə edilib. Nodar Meladzenin fikrincə, pusquda gözləyən adamlar təkcə televiziyada çalışan insanlar üçün deyil, həm də onların qonaqları üçün təhlükə yarada bilər.

Dərhal təhlükəyə reaksiya verməsi üçün Meladze Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb, 5 dəfə 112-yə zəng edib, Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin rəisi Keti Kovziaşvili ilə də əlaqə saxlayıb, lakin polis hadisə yerinə gəlməyib.

“Beş saatlıq gözləmədən sonra polis yenə gəlmədi. “TV Pirveli”nin binası yaxınlığında maskalıların toplanmasına Daxili İşlər Naziri heç bir reaksiya verməyib. Müraciətdə qeyd etmişdik ki, hücum təhlükəsi var, polis bunu görməzdən gəlib. Biz bir neçə dəfə 112-də yoxladıq, o cümlədən canlı efir vasitəsilə çağırdığımız ekipajın harada olduğunu soruşduq.

Bizə bildirdilər ki, müraciət hüquq-mühafizə orqanına ötürülüb, lakin polis yenə gəlmədi. Bu, insanların təqib edilməsinin, döyülməsinin, pusquya salınmasının arxasında hakimiyyətin olduğunun birbaşa sübutudur.

Bu, terrordur, reketdir, jurnalistlərə qarşı hədə-qorxudur ki, sabah biz öz peşə borcumuzu yerinə yetirməyək. Bağışlayın! Amma nə etsəniz də, televiziya həmişə canlı efirdə olacaq. Bundan sonra hər bir işçinin həyatına və sağlamlığına görə məsuliyyət sizin üzərinizdədir”, - Nodar Meladze qeyd edib.

Reaksiya verməsi üçün teleşirkət jurnalist fəaliyyətinə qanunsuz müdaxilə faktlarını araşdırmaq öhdəliyi olan Xüsusi İstintaq Xidməti ilə əlaqə saxlayıb. Hadisə yerinə daha sonra xidmətin müstəntiqləri gəlib və işçiləri dindiriblər.

Mayın 8-9-da naməlum şəxslər müxalif “Qirçi – Daha Çox Azadlıq” siyasi partiyalarının üzvü Boris Çele Kuruaya və “Axali”nin üzvü Nodar Çaçanidzeyə, fəal Laşa Ğvinianidzeyə, beynəlxalq əlaqələr üzrə mütəxəssis Qia Caparidzeyə, “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani və musiqiçi Qio Şenqeliaya hücum edib və onlara fiziki təzyiq göstəriblər. Bundan əvvəl, mayın 3, 5 və 7-də Tbilisidə rus qanununa qarşı etiraz aksiyasında iştirak edən gənclərə; Lançxutidə pedaqoq Lado Apxazava və oğluna; Tbilisidə qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili və “Formula”nın çəkiliş qrupuna hücum edilib. Hücum edilənlərin hamısı rus qanunu əleyhdarlarıdır.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü “xarici agentlər” haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkradan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı kütləvi etirazlar keçirilir. Artıq “Gürcü arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Yekun iclası mayın 13-ü həftəsinə təyin edilib.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Türkiyədə də İranla bağlı matəm elan edildi
2024-05-20 23:01

Seyid İbrahim Rəisi İmam Rza (ə) hərəmində dəfn ediləcək
2024-05-20 22:58

Marneulidə dövlət binasında yanğın baş verdi - Xəsarət alan var
2024-05-20 22:53

Gürcüstanda vəziyyət pisləşərsə, EBRD və digər banklar maliyyələşdirməni dayandırmalıdır
2024-05-20 22:08

Karasin Zurabişvilini rus qanununa veto qoyduğuna görə tənqid edib
2024-05-20 22:04

Gürcüstan millisinin oyunlarına bileti olan Gürcüstan vətəndaşları subsidiyalaşdırılmış aviabiletdən faydalana biləcəklər
2024-05-20 22:01

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
2024-05-20 20:07

İran prezidentini daşıyan helikopterin qəza səbəbi AÇIQLANDI
2024-05-20 20:02

Gürcüstanda ikinci cəbhə planlaşdırırlar...
2024-05-20 19:37

Papuaşvilinin sözlərinə görə, parlament növbəti sessiya həftəsində rus qanununa qoyulan vetonu aşacaq
2024-05-20 19:26

12-ci sinif şagirdləri qəzaya düşdü
2024-05-20 19:20

21 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-20 18:43

Konqresə gürcü siyasətçilərinə sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq
2024-05-20 15:46

Ağır yol qəzası nəticəsində iki qardaş həyatını itirdi
2024-05-20 15:44

Baş nazir İrana başsağlığı verib
2024-05-20 15:42

Bəzi siyasətçilər Rusiya ilə mübarizəyə o qədər qapılıblar ki, onlar özləri də Gürcüstana münasibətdə Rusiyaya bənzəyirlər
2024-05-20 15:40

Bizə tələb edən insanlar deyil, dostlar lazımdır
2024-05-20 15:37

Zura Caparidze: Müzakirə üçün yer yoxdur, prezident düzgün qərar verdi
2024-05-20 15:34

Tbilisidə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
2024-05-20 15:27

ABŞ Gürcüstanda bəzi məmurlara qarşı sanskiyalar tətbiq edəcək - KİV
2024-05-20 12:53

Gürcüstan parlamentinin spikeri avropalı siyasətçiləri ikiüzlülükdə ittiham edib
2024-05-20 12:52

İranda 5 günlük matəm elan edilib
2024-05-20 12:47

Bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub
2024-05-20 12:45

Pakistanda İran prezidentinin ölümü ilə əlaqədar matəm elan olunub
2024-05-20 12:42

Sabah İran Prezidenti və onu müşayiət edən şəxslərin dəfn mərasimi keçiriləcək
2024-05-20 12:40

Bu il Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın payına düşüb
2024-05-20 12:11

Salome Zurabişvili qanuna veto qoymaqla müzakirə üçün bütün yerləri bağladı
2024-05-20 11:57

Gürcüstan futbol komandasının çempionatda iştirakı üçün mükafat 3 milyon lariyə yüksələcək
2024-05-20 11:53

Bu gündən etibarən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır
2024-05-20 11:49

Bu gün Tbilisidə tələbələrin aksiya-yürüşü baş tutacaq
2024-05-20 11:47

Qəzadan az öncə: Rəisi işarə edir və… - Son video
2024-05-20 11:34

İslamda ictimai nizam və intizamın mehvəri
2024-05-20 11:20

Qəzada ölənərin olan İran rəsmilərinin ADLARI və FOTOLARI
2024-05-20 10:02

Məhəmməd Möhbər İranın prezidenti səlahiyyətlərini icra edəcək
2024-05-20 10:43

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ
2024-05-20 04:46

Tbilisidə üç nəfər bıçaqlanıb
2024-05-19 23:36

Ümumdünya Turizm Günü Tbilisidə keçiriləcək
2024-05-19 19:18

Konqresmen Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim edəcək
2024-05-19 18:41

Orta yaşlı kişinin avtomobil idarə edərkən qəfil ürəyi dayanıb
2024-05-19 18:37

Polis Senakidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
2024-05-19 18:29


Digər Gürcüstan xəbərləri: