Gözləri kompüter süalarının təsirindən necə qorumalı?

11 Mart 2021 - 07:21

134629

Xeber.ge saytı xəbər verir ki,  İnkişaf edən texnologiya ilə göz xəstəliklərinin həllini tapmağa çalışıldığı halda, digər yandan da bu texnologiya fərqli göz problemlərinin ortaya çıxmasına səbəb olur.

Gənclərin və uşaqların kompüter qarşısında çox vaxt keçirmələri görmə qabiliyyətinin zəifləməsinə və ya göz xəstəliklərinə səbəb olur. Gündə ən az 7-8 saat kompüterə baxılır.

Adətən monitor qarşısında olan insanların gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur. Normal halda insan dəqiqədə 25 dəfə gözünü qırpır. Ancaq monitordan istifadə edərkən göz qırpma sayı 10 dəfədən az olur. Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır - "kompüter görmə sindromu" (və ya "yorğun gözlər sindromu"). Kompüter görmə sindromu (KGS) adlandırılan bu problem kompüter və ya televizor ekranına fasiləsiz baxarkən gözlərdə diqqəti təmin edən əzələlərin yorulması ilə yaranır.

Bu zaman aşağıdakı əlamətlər meydana çıxır: görmə itiliyinin zəifləməsi; yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması); əşyaları ikili görmə; yazı oxuyarkən tez yorulma; gözlərdə yandırma hissi; gözə "qum düşməsi" hissi; göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar; gözlərin qızarması meydana çıxır.

Bəs kompüterin gözə mənfi təsirinin səbəbi nədir?

Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir.

Nə edə bilərik?

Kompüter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 20 dəqiqəlik fasilə etməliyik. Kompüterin gözlərə davamlı mənfi təsirini müəyyən qədər azaltmaq üçün isə aşağıdakılara riayət etməniz məsləhətdir:

1. İş yerinizi düzgün təşkil edin. Yaxşı monitor - əsas şərtdir. Müasir və keyfiyyətli, diaqonal ölçüsü 17 və ya 19 (43-48 sm) olan mayekristallı monitor, kağız sənədləri ilə işləyən şəxs üçün ən gözəl seçimdir. Əski elektron şüalı monitorlara nisbətən bu monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın. Şriftin rənginə gəlincə, ən düzgün seçim - ağ fonda qara hərflərdir. Kompüteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır. Monitoru elə yerləşdirin ki, onun mərkəzi gözlərinizin səviyyəsində və ya bir qədər aşağıda olsun. Klaviatura isə düz monitorun qarşısında olmalıdır. Ekranın tam təmiz və ləkəsiz olması mütləq şərtdir.

Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin.
3. Düzgün və çeşidli qidalanma. Düzgün və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. Vitaminlərlə zəngin qidaların qəbulu tövsiyə olunur.

4.Gözlər düşən şüa və işığın zərərli təsirindən profilaktik qorunmalıdır. Gözləri şüaların mənfi təsirindən qorumaq üçün karotin, lütein və qaragilə ekstraktı tərkibli vasitələr həkimlə məsləhətləşdikdən sonra ildə 1-2 dəfə istifadə olunmalıdır. Bu vasitələr gözə düşən süaların aqressiv təsirindən gözləri qoruyur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

 

 


mənbə: oxu24.com

Xəbər lenti

17 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-16 21:18

ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
2024-09-16 21:12

Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
2024-09-16 21:10

Gürcüstan-Rusiya sərhədi bağlanacaq
2024-09-16 20:14

Artıq "Whatsapp"dan pul qazana biləcəyik!
2024-09-16 20:11

Husilər ABŞ-nin 10-cu zərbə PUA-sını vurub - VİDEO
2024-09-16 19:05

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır
2024-09-16 16:12

Paşinyan və Kobaxidze Tbilisidə danışıqlar aparır
2024-09-16 16:07

Salome Zurabişvili brifinq keçirəcək
2024-09-16 16:05

Milli Hərəkat üzvü saxlanılıb - DİN-dən bəyanat
2024-09-16 16:03

Başqalarına ipoteka yolu ilə verilmiş və ya satılmış yaşayış mənzillərini vətəndaşlara satan şəxslərə qarşı ittiham irəli sürülüb
2024-09-16 16:00

Maykl Rot Gürcüstandadır
2024-09-16 11:29

Avtomobil piyadanı vurub
2024-09-16 11:25

Güclü külək gözlənilir
2024-09-16 11:23

Təmir etdiyi avtomobil ustanın üzərinə düşüb
2024-09-16 11:19

İki avtomobil toqquşub, xəsarət alanlar var
2024-09-16 11:13

Sosial məsuliyyət
2024-09-16 11:05

Sərvət toplamaq
2024-09-16 10:58

Donald Trampa qarşı sui-qəsd cəhdi: Məxfi xidmətin əməkdaşı silahlı şəxsi güllələyib-Video
2024-09-16 10:36

İlin əvvəlindən Afrikada meymunçiçəyindən azı 720 nəfər ölüb
2024-09-16 10:24

İran prezidenti Məsud Pezeşkian Nyu Yorka səfər edəcək
2024-09-16 09:58

Paşinyan sabah Gürcüstana gəlir
2024-09-15 18:06

Husilər Təl-Əvivi ballistik raketlə vurdu
2024-09-15 14:57

Merab Dvalişvili UFC çempionu oldu
2024-09-15 13:11

Diabet əleyhinə dərman qocalmanı ləngidir
2024-09-15 11:13

Yer üzündə ilk canlı hüceyrələr kosmik toz sayəsində yaranıb
2024-09-15 11:06

İvanişvili və “Gürcü Arzusu” xain bəyanata görə üzr istəməlidir
2024-09-15 11:03

Sabah parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərsiniz?
2024-09-15 10:51

İsraili kütləvi etirazların yeni dalğası bürüdü
2024-09-15 10:35

Türkiyə Fərid Qurbanovu Tiflisə təhvil verdi
2024-09-15 10:32

İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!
2024-09-14 21:51

Bizdən istifadə olunmasına imkan verməyəcəyik
2024-09-14 21:46

Baş nazir müxalifətə çağırış etdi
2024-09-14 21:41

"Gürcü Arzusu"nun sədri "Milli Hərəkat"ı dəstəkləyənlərə səsləndi
2024-09-14 21:39

"Bizim məqsədimiz təkcə əraziləri qaytarmaq deyil..."
2024-09-14 21:34

Bu tarixdə ölkə ərazisində güclü külək gözlənilir
2024-09-14 21:29

Gürcüstanda ölüm doğumu üstələyib
2024-09-14 12:32

"Müəllimlərin maaşı xeyli artıb və artım davam edəcək"
2024-09-14 12:23

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
2024-09-14 12:20

Maaş 250 min lari , amma işçi tapılmır
2024-09-14 11:54


Digər Dünya xəbərləri:

Bu "iPhone"lar bloklanacaq

120

Avropanın ən uzun hava limanları

170