Erməni "nazir"in Azərbaycandakı restoranı - Video

13 Fevral 2021 - 11:19

134648

Xeber.ge saytı xəbər verir ki, "Yeni Müsavat" Media Qrupu Qarabağa təşkil edilən mediatur çərçivəsində Xocavənd rayonunun Edilli kəndindən maraqlı bir reportaj hazırlayıb.

:Qarabağ ətrafında təxribatlar başlamazdan əvvəl bu kənddə ermənilər və azərbaycanlılar birlikdə yaşayıb.

Edilliyə yola düşərkən bizi maraqlandıran və haqqında daha əvvəllər də danışdığımız Kamo Ağacanyan haqqında araşdırma aparmağı da planlaşdırmışdıq. Bizimlə yol yoldaşı olan və illər sonra kəndinə qayıdan Edilli sakinləri ilə də bu haqda danışdıq.

Qondarma “dqr”in "təhlükəsizlik xidməti"nin rəhbəri olan Ağacanyan haqda yerli sakinlər deyir ki, atası azərbaycanlı olan Ağacanyan Edilli kəndində doğulub, bu kənddə boya-başa çatıb. Onun atası Əkbər vaxtilə Füzuli şəhərində yaşayıb, bu şəhərdə erməni qızla ailə qurub, sonra nə baş veribsə, o arvadını da götürərək Edilli kəndinə köçüb və bu kənddə təsərrüfatla məşğul olub, azərbaycanlılarla birlikdə çalışıb.

Yerli sakinlərin sözlərinə görə, Əkbər Kərimov həmişə öz soydaşları ilə ünsiyyətdən qaçırmış, hətta onların salamına belə cavab vermir, özünü eşitməzliyə vururmuş. Onun atasının adı İbad, anasının adı isə Münəvvər olub. Kamo özü isə həmişə erməni tay-tuşları ilə oturub-durur, dava-filan olanda həmişə ermənilərə qahmar çıxırmış.

Məlumata görə, Kərimovlar ailəsində doğulan Ağacanyan Ermənistanda müxtəlif vəzifələrdə çalışdığı müddətdə əslən Azərbaycandan olmasını gizlətməyə çalışıb.

O, həm soy adını dəyişərək Ağacanyan edib, həm də ata adını Ağberoviç kimi göstərib. Doğulduğu Edilli kəndinin adını isə Uxtadzor kimi qeyd edib. Çünki ermənilər bu kəndi işğal etdikdən sonra adını dəyişdirərək Uxtadzor qoyub.

Ermənilər Qarabağda separatçı hərəkata başlayanda Kamo Ağacanyan əsl erməni simasını ortaya qoyaraq həmkəndlilərinə qarşı kinini, nifrətini göstərməyə başlayıb. Atası ilə birlikdə azərbaycanlıların Edillidən məcburi çıxarılmasının fəal iştirakçılarından biri olub.

52 yaşlı Ağacanyan separatçı rejimdə müxtəlif yüksək vəzifələr tutub. Həmçinin illərlə doğulduğu Edilli kəndindən ayrı düşməyib. Burada özünə böyük bir obyekt də tikdirib.

Səfərimiz zamanı bu obyektə də baş çəkdik. Ağacanyan kəndin ən mənzərəli guşəsində tikilən bu restorana özü də tez-tez istirahətə gəlirmiş.

İki mərtəbəli bu restoranın birinci mərtəbəsində məclislərin təşkil olunması üçün böyük bir zal var. Giriş hissədə geniş mətbəx, həyətində isə böyük bir manqalı var.

Ağacanyana məxsus bu məkanın ikinci mərtəbəsi həm də ofis kimi istifadə olunub. Buradakı otaqlarda əsasən yerli sakinlərə və döyüşçülərə məxsus rəsmi sənədlər var.

Bu sənədlərin və bütün erməni izlərinin bu torpaqlardan silinməsinə az qalıb. Gözəl təbiəti olan Edilli böyük qaydışı, öz camaatını gözləyir...


mənbə: axar.az

Xəbər lenti

Donald Trampdan bəyanat: "Mən seçkidə uduzsam, İsrail yox olacaq, Yer üzündən silinəcək"
2024-09-20 14:19

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb
2024-09-20 14:17

AB Gürcüstanla vizasız rejimi ləğv edə bilər
2024-09-20 13:25

“Hizbullah” lideri İsraili bütün qırmızı xətləri aşmaqda ittiham edib
2024-09-20 11:04

Hizbullah İsrailin 7 kazarmasına zərbə endirdi
2024-09-20 10:52

1928-ci ildə sürücüsüz avtomobil var imiş – Şok video
2024-09-20 10:41

Qəzzalılar 2 gündə 1 dəfə yemək yeyirlər
2024-09-20 10:19

İvanişvili Cənubi Osetiya və Abxaziyanın tanınmasına hazırlaşır
2024-09-19 20:03

20 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-19 19:51

Gürcüstan parlamentinin spikeri ABŞ ilə münasibətlərin yenidən qurulması şərtlərini açıqlayıb
2024-09-19 15:53

Marneuli- Tbilisi yolunda zəncirvari qəza baş verdi
2024-09-19 14:46

Pezeşkian Qərbi ittiham etdi: Biabırçılıqdır!
2024-09-19 13:12

Almaniya LGBT ilə bağlı qanundan sonra Gürcüstanı kursunu dəyişməyə çağırıb
2024-09-19 11:43

Myanmada qasırğa nəticəsində 268 nəfər ölüb, 88 insan itkin düşüb
2024-09-19 11:24

Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
2024-09-19 11:11

İslam əxlaqında hədər danışmağın zərəri
2024-09-19 11:01

İran hakerləri Trampın seçki kampaniyası sənədlərini oğurlayıb
2024-09-19 10:42

Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var
2024-09-19 10:20

Üzüm bağında kişi meyiti tapılıb
2024-09-18 14:05

Gürcüstanın ərazi sularında Hindistan bayrağı altında üzən tanker üzmə qaydalarını pozduğuna görə saxlanılıb
2024-09-18 14:02

Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?
2024-09-18 13:59

Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçən şəxslər saxlanılıb
2024-09-18 13:57

Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
2024-09-18 13:33

96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları
2024-09-18 12:47

İran səfiri partlayışda gözünü itirib
2024-09-18 12:16

Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
2024-09-18 12:03

İsraildən kiber-hücum: peycerlər partladıldı - 11 ölü, 4 min yaralı
2024-09-18 11:52

Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edilib
2024-09-18 11:36

Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
2024-09-18 11:24

Aİ Gürcüstanla vizasız rejimin dayandırılması barədə qərar verə bilər
2024-09-18 11:07

Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
2024-09-18 10:54

Gürcüstan Xaratyanı ölkəyə buraxmadı
2024-09-17 14:31

Rusiyaya qarşı müharibədə daha bir gürcü döyüşçüsü həlak olub
2024-09-17 14:23

Gürcüstan osetin xalqının soyqırımını, müharibənin başlanmasını və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır
2024-09-17 12:11

Rikotidə avtomobil qəzası baş verib
2024-09-17 12:07

İslam nəzərindən dilin zərərləri
2024-09-17 11:55

Trampa sui-qəsdə cəhd edən şəxs belə saxlanıldı - Video
2024-09-17 11:44

Balığın köhnə olduğunu necə bilmək olar?
2024-09-17 11:29

Livandan İsrailin şimalına 10-dan çox raket atılıb
2024-09-17 10:34

Gürcüstanın hakim partiyasının icraçı katibi: ABŞ sanksiyaları ölkədəki seçkilərə müdaxilədir
2024-09-17 10:16


Digər Dünya xəbərləri: