Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərir

11 Dekabr 2020 - 20:10

134516

Artıq on aydır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası qorxulu kabus kimi həyatımıza daxil olub. Dünyanı dolaşan təhlükəli infeksiya ilə mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi də ona uyğunluşdırmalıyıq.

 Xeber.ge saytı xəbər verir ki, həkim-kardioloq Tamilla Əliyeva risk qrupuna daxil olanların COVID-19 virusundan necə qorunması haqqında deyib: "Payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVID-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi. Mövsüm xəstəlikləri payızdan qışa keçən dövrdə artdığına görə COVID-19-a yoluxanların sayı hər yerdə olduğu kimi, ölkəmizdə də kəskin surətdə artıb. Ona görə yanaşı xəstəlikləri olanlar daha diqqətli olmalıdırlar. Belə ki, hər hansı yanaşı xəstəliyi, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları, qaraciyər, ağciyər, onkoloji və mədə-bağırsaq xəstəlikləri olanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər. COVID-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir. Öskürək, yüksək temperatur və nəfəs almaqda çətinlik çəkmək kimi əlamətlərlə müşahidə olunan həmin xəstəliyi yaşlı və yanaşı xəstəlikləri olanlar daha ağır keçirir və bu, onların həyatı üçün ciddi təhlükə yaradır".

Həkim-kardioloq daha sonra deyib: "Ümumiyyətlə, yaşı 70 yaşdan yuxarı olanlar onsuz da risk qrupuna daxildir. Yanaşı xəstəlikləri olanlar arasında isə gəncləri də görmək olur. Ona görə də onlar özlərini daha ciddi qorumalı, ara məsafə saxlamalı və özlərini təcrid etməlidirlər. Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss edən kimi yubanmadan həkimə üz tutmalıdırlar. Xəstəliyi qrip hesab edib özünümüalicəyə üstünlük vermək və tezliklə ötüşəcəyini gözləmək olmaz, çünki, bu qrip olmayıb, yeni növ koronavirus ola bilər. COVID-19 infeksiyasını hər kəs fərqli keçirir, müalicə də fərqli olur. Mütləq vaxtında həkimə müraciət edilməlidir ki, müalicəyə başlanılma gec olmasın. Tutacaqlarda, qapılarda və digər səthlərdə virusun uzun müddət qaldığını nəzərə alaraq, əlləri gözə, ağıza və buruna toxundurmaq olmaz".

O, fikrini belə yekunlaşdırıb: "Virusun tezliklə öz-özünə çıxıb gedəcəyini gözləmək lazım deyil. Üç qızıl qaydaya - maskadan istifadə, əllərin tez-tez yuyulması və ya spirtlənməsi, ara məsafənin saxlanılmasına ciddi riayət etməklə koronavirus riskini xeyli azaltmaq mümkündür".


mənbə: 7news.az

Xəbər lenti

Gürcüstanın cənubunda 4,1 maqnitudada zəlzələ olub
2024-09-07 10:10

Tiflis AB ilə danışıqlara başlaya bilməz
2024-09-06 18:58

İsraili İrandan həmişə qoruya bilmərik
2024-09-06 12:36

Qərb Gürcüstanın suverenliyini və maraqlarını müdafiə edən hakimiyyəti dəyişməyə çalışır
2024-09-06 12:24

İmam Rza (ə) və din ardıcılları ilə mübahisə
2024-09-06 10:57

Mobil telefonlar ürək xəstəlikləri riskinin artmasına səbəb olur
2024-09-06 10:54

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər
2024-09-06 10:51

Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
2024-09-06 10:46

Nəcəfdə Peyğəmbərin (s) vəfatının ildönümünə 5 milyon zəvvar qatılıb
2024-09-05 13:38

Prezident seçki nəticələrini tanımayacaq!
2024-09-05 13:18

Gürcüstan DİN “Vahid Milli Hərəkat”ın iki üzvünü saxlayıb
2024-09-05 13:12

Almaniyada iki gürcü həbs edilib
2024-09-04 12:10

Polşalı turist şəlaləyə düşərək ölüb
2024-09-03 21:51

Qərb Gürcüstanda təxribata hazırlaşır
2024-09-03 19:32

Gürcüstanın parlament sədri uğurlu seçki münasibətilə Azərbaycanı təbrik edib
2024-09-03 19:28

Gürcüstan dövlət nişanlı sərnişin avtobusu Türkiyədə qəzaya düşdü - Yaralılar var
2024-09-03 19:23

3 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-03 17:59

Tbilisidə qəzaya düşmüş sərnişin qatarından insanlar təxliyyə edilir
2024-09-03 16:53

Sentyabrın 6 -dək gözlənilən hava proqnozu açıqlandı
2024-09-02 15:16

Gənc oğlanı boğaraq öldürən şəxslər saxlanılıb
2024-09-02 13:48

İrakli Kobaxidze Ermənistan müdafiə naziri ilə regional məsələləri müzakirə edib
2024-09-02 13:33

İlahi Sünnə Nədir?
2024-09-02 12:41

İki min qələmlə Qurani-Kərim yazan əfqan tələbə
2024-09-02 12:33

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb
2024-09-02 12:26

Gürcüstanın Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
2024-09-02 12:04

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb
2024-09-02 11:53

İsraildə ən böyük etiraz aksiyası
2024-09-02 11:37

Ermənistan müdafiə naziri Gürcüstana rəsmi səfər edib
2024-09-01 21:10

Qəzzada ölənlərin sayı 41 minə çatıb
2024-09-01 21:06

Girov götürülmüş İsrail vətəndaşlarının cəsədləri tapıldı
2024-09-01 21:04

Gürcüstanda 27 partiya seçkidə iştirak edəcək
2024-09-01 21:01

Sentyabrın 1-dən Aİ ölkələrinə səyahət qaydalarında dəyişiklik olacaq
2024-09-01 20:55

İtaliyada oğurluq edən 20 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb
2024-09-01 16:46

Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir
2024-09-01 13:33

Bir həftəyə öldürür, sağ qalmaq möcüzədir - Dünyanı qorxuya salan təhlükə
2024-08-31 18:22

Rukoti tunelində 5 avtomobil toqquşub
2024-08-31 18:13

Ağır yol qəzasında bir nəfər ölüb
2024-08-31 18:10

Tikilməkdə olan binanın birinci mərtəbəsi uçub
2024-08-31 18:08

Qərbin əsas müttəfiqi Rusiyanın təzyiqi altında çökür
2024-08-30 20:23

Həyat yoldaşını və iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olundu
2024-08-30 20:15


Digər Dünya xəbərləri:

Pavel Durov AZAD EDİLDİ

179