Paşinyan devriləcək, Ermənistan Azərbaycanla əməkdaşlığa çalışacaq

06 Dekabr 2020 - 15:08

134488

44 günlük savaşda Azərbaycana məğlub olan Ermənistanın təbliğat maşını son günlər Azərbaycan əleyhinə yeni bir kampaniyaya başlayıb. Rusiyanın onları meydanda tək buraxdıqlarını iddia edir və xüsusən də xristian amilini qabardaraq, digər ölkələrdən dəstək istəyirlər.

 

Bəs, Ermənistanın bu iddiaları nə dərəcədə əsaslıdır?

 

Bu haqda Modern.az-ın sorğusunu cavablandıran Ədalət Partiyasının sədrinin müavini, "Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü isə hesab edir ki, ermənilərin bu iddiaları əsassızdır, çünki müharibəyə ilk olaraq məhz Ermənistan tərəfi, Paşinyan hökuməti başlayıb:

 

Paşinyan özündən əvvəlki hakimiyyətlərin işğal etdiyi ərazilərimizi hüquqi baxımdan da özününküləşdirmək istəyirdi

 

"Bu savaşın ilk səbəbi Ermənistanın işğalçı siyasəti, ərazilərimizdəki terrorçu-separatçı hərəkatı dəstəkləməsidir. Paşinyan verdiyi vədlərin əleyhinə olaraq, özündən əvvəlki hakimiyyətlərin işğal etdiyi ərazilərimizi hüquqi baxımdan da özününküləşdirmək istəyirdi və bu səbəbdən açıq şəkildə danışıqların formatını, əvvəllər razılaşdırılmış prinsipləri pozmaq xətti seçmişdi və xüsusən də son 1 ildə bizi aşkar şəkildə hərbi əməliyytlara başlamağa təhrik edirdi. Onlar savaş istəyirdilər, onu da aldılar. Ancaq nəticənin bu cür olacağını isə qətiyyən gözləmirdilər”.

 

Ermənistan Azərbaycanı məğlub edəcəyini proqnozlaşdırırdı

 

E.Şükürlü hesab edir ki, Paşinyanın komandası savaşa başlamaqla, çox arxayın şəkildə iki məqsədə nail olacaqlarını gözləyirdilər: "Birincisi, onlarda olan kəşfiyyat məlumatlarına əsasən, hesab edirdilər ki, Azərbaycan Ordusu uzunmüddətli deyil, qısamüddətli – maksimum, 7-10 günlük hərbi əməliyyatlara üstünlük verəcək və bu zaman isə onların uzun illər ərzində, xüsusən də 2016-cı ilin aprelindən sonra daha da möhkəmləndirdikləri, silah-sursat sarıdan yetərincə təchiz etdikləri müdafiə xətlərini yara bilməyəcək, çoxsaylı itkilər verərək geri çəkiləcək və bu, Azərbaycanın içərisində qarışıqlıq yaradacaq, nəticədə isə ya hakimiyyət dəyişəcək, ya da mövcud hakimiyyət Ermənistanın istədiyi şərtlərlə sülh sazişi imzalamağa məcbur qalacaq. İndi üzə çıxır ki, Ermənistan və onu himayə edən güclər bu ssenarinin həyata keçməsi üçün ciddi şəkildə hazırlıq da aparırmışlar...

 

İkinci məqsəd isə o idi ki, Qərbdən idarə olunan Paşinyan Ermənistanı savaşa başlamaqla həm də Rusiya ilə münasibətlərinə birdəfəlik aydınlıq gətirmək və xüsusən də son vaxtlar ilıqlaşan Rusiya-Türkiyə əməkdaşlığını, Ərdoğan-Putin münasibətlərini pozmaq istəyirdi.

 

Təsadüfi deyil ki, Ermənistan Ordusu ilkin olaraq iyul ayında məhz Rusiya üçün həssas olan "Gəncə dəhlizi” istiqamətində - Tovuzdan hərbi əməliyyatlara başlamaq istəyirdi. Bir növ, Rusiya KTMT öhdəlikləri çərçivəsində Ermənistanı müdafiə etməsi üçün fakt qarşısında qoyulurdu. Ancaq Azərbaycan tərəfi düşmənin bu planlarını vaxtında görə bildi və əks-hücum əməliyyatının vaxt və yerini də düşmənin gözlədiyi yox, gözləmədiyi vaxt və yönlərdə seçdi”.

 

Paşinyan – Putin üçün "fəlakət ssenarisi”

 

E.Şükürlünün fikrincə, bundan sonra əsas hadisələr Ermənistanın öz içərisində davam edəcək: "Ermənistanı KTMT-dən çıxarıb Qərbə yaxınlaşdırmaq kursu seçən Paşinyan indi məğlubiyyətini nə qədər Rusiyanın kömək etməməsinin və erməni xalqının vuruşmaq istəməməsinin ayağına yazsa da, erməni cəmiyyəti bu məğlubiyyətə məhz Paşinyanın axmaq siyasətinin səbəb olduğunu çox gözəl anlayır.

 

Mənim gözləntim odur ki, çox tezliklə Paşinyan Ermənistandakı Rusiyayönümlü qüvvələr tərəfindən istefaya göndəriləcək, yerində Rusiyayönümlü Manukyanın başçılığı ilə müvəqqəti hökumət qurulacaq və o hökumətin keçirdiyi seçkidə də, böyük ehtimalla, ortaq fiqur kimi, "Vətən” partiyasının sədri Artur Vanetsiyan Ermənistanın yeni baş naziri seçiləcək. Yeni Baş nazir isə əldə olunmuş atəşkəs razılaşmasını sülh sazişinə çevirməyə və bölgədə qurulmaqda olan Rusiya-Türkiyə Azərbaycan əməkdaşlığında iştirak etməyə çalışacaq.

 

Paşinyan yaxın vaxtlarda hakimiyyətdən devrilməsə, o, gələcəkdə Ermənistanı Rusiya üçün yeni "fəlakət ssenarisinin” başlandığı məntəqəyə çevirəcək”.


mənbə: Qaynarinfo

Xəbər lenti

İvanişvili Cənubi Osetiya və Abxaziyanın tanınmasına hazırlaşır
2024-09-19 20:03

20 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-19 19:51

Gürcüstan parlamentinin spikeri ABŞ ilə münasibətlərin yenidən qurulması şərtlərini açıqlayıb
2024-09-19 15:53

Marneuli- Tbilisi yolunda zəncirvari qəza baş verdi
2024-09-19 14:46

Pezeşkian Qərbi ittiham etdi: Biabırçılıqdır!
2024-09-19 13:12

Almaniya LGBT ilə bağlı qanundan sonra Gürcüstanı kursunu dəyişməyə çağırıb
2024-09-19 11:43

Myanmada qasırğa nəticəsində 268 nəfər ölüb, 88 insan itkin düşüb
2024-09-19 11:24

Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
2024-09-19 11:11

İslam əxlaqında hədər danışmağın zərəri
2024-09-19 11:01

İran hakerləri Trampın seçki kampaniyası sənədlərini oğurlayıb
2024-09-19 10:42

Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var
2024-09-19 10:20

Üzüm bağında kişi meyiti tapılıb
2024-09-18 14:05

Gürcüstanın ərazi sularında Hindistan bayrağı altında üzən tanker üzmə qaydalarını pozduğuna görə saxlanılıb
2024-09-18 14:02

Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?
2024-09-18 13:59

Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçən şəxslər saxlanılıb
2024-09-18 13:57

Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
2024-09-18 13:33

96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları
2024-09-18 12:47

İran səfiri partlayışda gözünü itirib
2024-09-18 12:16

Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
2024-09-18 12:03

İsraildən kiber-hücum: peycerlər partladıldı - 11 ölü, 4 min yaralı
2024-09-18 11:52

Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edilib
2024-09-18 11:36

Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
2024-09-18 11:24

Aİ Gürcüstanla vizasız rejimin dayandırılması barədə qərar verə bilər
2024-09-18 11:07

Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
2024-09-18 10:54

Gürcüstan Xaratyanı ölkəyə buraxmadı
2024-09-17 14:31

Rusiyaya qarşı müharibədə daha bir gürcü döyüşçüsü həlak olub
2024-09-17 14:23

Gürcüstan osetin xalqının soyqırımını, müharibənin başlanmasını və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır
2024-09-17 12:11

Rikotidə avtomobil qəzası baş verib
2024-09-17 12:07

İslam nəzərindən dilin zərərləri
2024-09-17 11:55

Trampa sui-qəsdə cəhd edən şəxs belə saxlanıldı - Video
2024-09-17 11:44

Balığın köhnə olduğunu necə bilmək olar?
2024-09-17 11:29

Livandan İsrailin şimalına 10-dan çox raket atılıb
2024-09-17 10:34

Gürcüstanın hakim partiyasının icraçı katibi: ABŞ sanksiyaları ölkədəki seçkilərə müdaxilədir
2024-09-17 10:16

Qaynar çay içənlərə XƏBƏRDARLIQ
2024-09-17 10:01

17 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-16 21:18

ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
2024-09-16 21:12

Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
2024-09-16 21:10

Gürcüstan-Rusiya sərhədi bağlanacaq
2024-09-16 20:14

Artıq "Whatsapp"dan pul qazana biləcəyik!
2024-09-16 20:11

Husilər ABŞ-nin 10-cu zərbə PUA-sını vurub - VİDEO
2024-09-16 19:05


Digər Dünya xəbərləri:

Bu "iPhone"lar bloklanacaq

140