Miller Trampa hücumu “Qlobal Müharibə Partiyası” ilə əlaqələndirən Kobaxidzeyə cavab verib

16 Iyul 2024 - 11:50

243

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Gürcüstanın Baş Naziri İrakli Kobaxidzenin ABŞ-ın keçmiş prezidenti və “respublikaçı” prezidentliyə namizədi Donald Trampa hücumun arxasında “Qlobal Müharibə Partiyası”nın dayanması barədə bəyanatını şərh edib.

İyulun 15-də keçirilən brifinqdə jurnalist əvvəlcə Millerdən şənbə günü baş verən hadisədən sonra Rusiyadaki reaksiyanı qiymətləndirməsini xahiş edib. Kreml bildirib ki, hücumu təhrik edən “atmosferi” Bayden administrasiyası yaradıb.

“Bunlar Kremlin inanılmaz dərəcədə məsuliyyətsiz şərhləridir... tamamilə həqiqətə uyğun deyil”, - Metyu Miller deyib.

Jurnalistin sözlərinə görə, baş nazirinin hadisənin arxasında “Qlobal Müharibə Partiyası”ın dayandığını deyən Gürcüstandan da oxşar şərhlər eşidilir.

“Mən bunun nə demək olduğunu heç bilmirəm. Hüquq-mühafizə orqanları istintaqdan, nəyi bildiklərindən və nəyi bilmədiklərindən danışıblar. Bu istintaq davam etdiyi müddətdə onlar istintaqın nəticələri ilə bağlı dəqiqləşdirmələr aparacaqlar.

Prezident Amerika ictimaiyyətindən xahiş edib ki, faktları bilənə qədər spekulyasiya edib, məsuliyyətsiz bəyanatlar verməsinlər. Eyni çağırışı xarici ölkələrə də edərdərdim”, – Metyu Miller bildirib.

İrakli Kobaxidze Trampa hücuma iki bəyanatla cavab verib. “Facebook” sosial şəbəkəsində yayımlanan gürcü dilindəki bəyanatında o, hücumu “Qlobal Müharibə Partiyası” ilə əlaqələndirib. “Qlobal Müharibə Partiyası öz üsullarını dəyişmir. 21-ci əsrdə Amerika və Avropada liberal faşizm, radikalizm, qütbləşmə, nifrət və siyasətçilərə qanlı hücumlar adi hala çevrilib”, – Kobaxidze yazıb, lakin “X”sosial şəbəksində dərc olunan ingilisdilli mətndə “Qlobal Müharibə Partiyası”ndan bəhs etmir.

Donald Trampa hücum iyulun 13-də Pensilvaniyada prezident seçkiləri kampaniyası çərçivəsində tərəfdarları ilə görüşü zamanı baş verib. Güllə Trampın qulağının yuxarı hissəsindən dəyib. ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatına görə, hücum edən şəxs 20 yaşlı Tomas Metyu Kruksdur. O öldürülüb. Hücum nəticəsində atışma zamanı üzərlərinə sərilərək ailəsini qoruyan bir vətəndaş həlak olub, daha iki nəfər isə yaralanıb. “FBI” hadisəni qətlə cəhd kimi araşdırır.

Prezident Co Bayden seçkidəki rəqibinə qarşı zorakılığı pisləyib və amerikalıları siyasətdə zorakılığı rədd etməyə çağırıb. “Amerikada biz fikir ayrılıqlarımızı güllə ilə deyil, seçki qutusunda həll edirik” - o, deyib. Bayden həmçinin qeyd edib ki, istintaq hələ də hücumçunun motivləri ilə bağlı heç bir konkret nəticə çıxarmayıb və bununla da hesab edir ki, etibarlı faktlar olmadığı halda internetdə çoxlu yalan iddialar və sui-qəsd nəzəriyyələri yayılmağa başlayıb.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Gürcüstanın cənubunda 4,1 maqnitudada zəlzələ olub
2024-09-07 10:10

Tiflis AB ilə danışıqlara başlaya bilməz
2024-09-06 18:58

İsraili İrandan həmişə qoruya bilmərik
2024-09-06 12:36

Qərb Gürcüstanın suverenliyini və maraqlarını müdafiə edən hakimiyyəti dəyişməyə çalışır
2024-09-06 12:24

İmam Rza (ə) və din ardıcılları ilə mübahisə
2024-09-06 10:57

Mobil telefonlar ürək xəstəlikləri riskinin artmasına səbəb olur
2024-09-06 10:54

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər
2024-09-06 10:51

Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq
2024-09-06 10:46

Nəcəfdə Peyğəmbərin (s) vəfatının ildönümünə 5 milyon zəvvar qatılıb
2024-09-05 13:38

Prezident seçki nəticələrini tanımayacaq!
2024-09-05 13:18

Gürcüstan DİN “Vahid Milli Hərəkat”ın iki üzvünü saxlayıb
2024-09-05 13:12

Almaniyada iki gürcü həbs edilib
2024-09-04 12:10

Polşalı turist şəlaləyə düşərək ölüb
2024-09-03 21:51

Qərb Gürcüstanda təxribata hazırlaşır
2024-09-03 19:32

Gürcüstanın parlament sədri uğurlu seçki münasibətilə Azərbaycanı təbrik edib
2024-09-03 19:28

Gürcüstan dövlət nişanlı sərnişin avtobusu Türkiyədə qəzaya düşdü - Yaralılar var
2024-09-03 19:23

3 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-03 17:59

Tbilisidə qəzaya düşmüş sərnişin qatarından insanlar təxliyyə edilir
2024-09-03 16:53

Sentyabrın 6 -dək gözlənilən hava proqnozu açıqlandı
2024-09-02 15:16

Gənc oğlanı boğaraq öldürən şəxslər saxlanılıb
2024-09-02 13:48

İrakli Kobaxidze Ermənistan müdafiə naziri ilə regional məsələləri müzakirə edib
2024-09-02 13:33

İlahi Sünnə Nədir?
2024-09-02 12:41

İki min qələmlə Qurani-Kərim yazan əfqan tələbə
2024-09-02 12:33

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapılıb
2024-09-02 12:26

Gürcüstanın Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
2024-09-02 12:04

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb
2024-09-02 11:53

İsraildə ən böyük etiraz aksiyası
2024-09-02 11:37

Ermənistan müdafiə naziri Gürcüstana rəsmi səfər edib
2024-09-01 21:10

Qəzzada ölənlərin sayı 41 minə çatıb
2024-09-01 21:06

Girov götürülmüş İsrail vətəndaşlarının cəsədləri tapıldı
2024-09-01 21:04

Gürcüstanda 27 partiya seçkidə iştirak edəcək
2024-09-01 21:01

Sentyabrın 1-dən Aİ ölkələrinə səyahət qaydalarında dəyişiklik olacaq
2024-09-01 20:55

İtaliyada oğurluq edən 20 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb
2024-09-01 16:46

Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir
2024-09-01 13:33

Bir həftəyə öldürür, sağ qalmaq möcüzədir - Dünyanı qorxuya salan təhlükə
2024-08-31 18:22

Rukoti tunelində 5 avtomobil toqquşub
2024-08-31 18:13

Ağır yol qəzasında bir nəfər ölüb
2024-08-31 18:10

Tikilməkdə olan binanın birinci mərtəbəsi uçub
2024-08-31 18:08

Qərbin əsas müttəfiqi Rusiyanın təzyiqi altında çökür
2024-08-30 20:23

Həyat yoldaşını və iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olundu
2024-08-30 20:15


Digər Dünya xəbərləri:

Pavel Durov AZAD EDİLDİ

182