Azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək.

25 Noyabr 2020 - 19:32

134686

Xeber.ge saytı xəbər verir ki, Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq.

Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.  

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib.

Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

İşğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olmuşdur. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcək. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.


mənbə: oxu.az

Xəbər lenti

“Tbilisidə işıqforda avtomobillərdən çıxan zərərli qazlara nəzarət edən və cərimələr tətbiq edən videokameralar quraşdırılacaq”
2024-09-20 23:16

Azan səsindən təsirlənərək İslam dinini qəbul etdi
2024-09-20 22:32

Amerikada koronavirusun yeni ştammı yayılır
2024-09-20 22:22

Alimlər yeni qan qrupu kəşf ediblər - MAL adlanır
2024-09-20 22:18

21 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-20 21:56

Donald Trampdan bəyanat: "Mən seçkidə uduzsam, İsrail yox olacaq, Yer üzündən silinəcək"
2024-09-20 14:19

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb
2024-09-20 14:17

AB Gürcüstanla vizasız rejimi ləğv edə bilər
2024-09-20 13:25

“Hizbullah” lideri İsraili bütün qırmızı xətləri aşmaqda ittiham edib
2024-09-20 11:04

Hizbullah İsrailin 7 kazarmasına zərbə endirdi
2024-09-20 10:52

1928-ci ildə sürücüsüz avtomobil var imiş – Şok video
2024-09-20 10:41

Qəzzalılar 2 gündə 1 dəfə yemək yeyirlər
2024-09-20 10:19

İvanişvili Cənubi Osetiya və Abxaziyanın tanınmasına hazırlaşır
2024-09-19 20:03

20 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-09-19 19:51

Gürcüstan parlamentinin spikeri ABŞ ilə münasibətlərin yenidən qurulması şərtlərini açıqlayıb
2024-09-19 15:53

Marneuli- Tbilisi yolunda zəncirvari qəza baş verdi
2024-09-19 14:46

Pezeşkian Qərbi ittiham etdi: Biabırçılıqdır!
2024-09-19 13:12

Almaniya LGBT ilə bağlı qanundan sonra Gürcüstanı kursunu dəyişməyə çağırıb
2024-09-19 11:43

Myanmada qasırğa nəticəsində 268 nəfər ölüb, 88 insan itkin düşüb
2024-09-19 11:24

Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
2024-09-19 11:11

İslam əxlaqında hədər danışmağın zərəri
2024-09-19 11:01

İran hakerləri Trampın seçki kampaniyası sənədlərini oğurlayıb
2024-09-19 10:42

Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var
2024-09-19 10:20

Üzüm bağında kişi meyiti tapılıb
2024-09-18 14:05

Gürcüstanın ərazi sularında Hindistan bayrağı altında üzən tanker üzmə qaydalarını pozduğuna görə saxlanılıb
2024-09-18 14:02

Gürcüstanda yağmurlu hava nə vaxtadək davam edəcək?
2024-09-18 13:59

Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçən şəxslər saxlanılıb
2024-09-18 13:57

Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
2024-09-18 13:33

96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları
2024-09-18 12:47

İran səfiri partlayışda gözünü itirib
2024-09-18 12:16

Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
2024-09-18 12:03

İsraildən kiber-hücum: peycerlər partladıldı - 11 ölü, 4 min yaralı
2024-09-18 11:52

Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edilib
2024-09-18 11:36

Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
2024-09-18 11:24

Aİ Gürcüstanla vizasız rejimin dayandırılması barədə qərar verə bilər
2024-09-18 11:07

Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
2024-09-18 10:54

Gürcüstan Xaratyanı ölkəyə buraxmadı
2024-09-17 14:31

Rusiyaya qarşı müharibədə daha bir gürcü döyüşçüsü həlak olub
2024-09-17 14:23

Gürcüstan osetin xalqının soyqırımını, müharibənin başlanmasını və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır
2024-09-17 12:11

Rikotidə avtomobil qəzası baş verib
2024-09-17 12:07


Digər Dünya xəbərləri: