Ermənistan yeni atom elektrik stansiyası tikməyi planlaşdırır

06 Oktyabr 2021 - 22:14

134655

Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır.

Xeber.ge saytı xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən "Geopromining" şirkəti ilə yeni atom elektrik stansiyasının inşası üçün danışıqlara başladıq. Əlbəttə, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki atom elektrik stansiyası tamamilə şəxsi təşəbbüs ola bilməz", - Paşinyan deyib.

Ermənistanın Baş naziri əlavə edib ki, mis əritmə zavodu və yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacaq.

Qeyd edək ki, hazırda Metsamor atom elektrik stansiyası Ermənistanda fəaliyyət göstərir. Bu ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır.

Bu səbəbdən də Metsamor AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur.

1976-cı ildən fəaliyyət göstərən və artıq texnoloji cəhətdən ifrat köhnəlmiş Metsamor AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən sonra bağlanıb, 1995-ci ildə isə beynəlxalq birliyin ciddi tənqid və etirazlarına baxmayaraq, yenidən işə salınıb. Hazırda stansiyanın gücü artırılsa da, təhlükəsizlik qaydalarına əməl olunmur.


mənbə: report.az

Xəbər lenti

test
2024-10-17 17:32

"Hamster Kombat" dələduz şəbəkəyə aiddir? -Video
2024-10-10 15:56

“Müharibəyə yox! Agenturaya yox” - Tbilisi küçələrində hakim partiyanın yeni təbliğat plakatları yapışdırılıb
2024-10-10 15:49

Şəhərin mərkəzində bankı soymaq istədilər
2024-10-10 14:57

Temkada atışma olub
2024-10-10 14:54

AP bizi cəzalandırmağa çalışır, alınmayacaq
2024-10-10 14:03

Ölkə daxilində bəzi qüvvələr Qərbin maraqlarına xidmət edirlər
2024-10-10 13:59

Bugünkü müxalifət xaricdən alınan əmr və təlimatlarla fəaliyyət göstərir
2024-10-10 13:10

Marneulidə iş adamlarından pul tələb edən şəxslər saxlanıldı - VİDEO
2024-10-10 12:10

Ölkədə gözlənilən hava proqnozu açıqlandı
2024-10-10 11:22

İtaliyada 43 yaşlı gürcü oğuluq ittihamı ilə həbs edilib
2024-10-10 11:17

Aİ-nin maliyyələşdirilməni dayandırması Gürcüstandakı layihələrə təsir etməyəcək
2024-10-10 10:35

İsrailin Qəzzaya intensiv hücumları nəticəsində həlak olanların sayı 42 mini keçib
2024-10-10 10:32

Bəzi qüvvələr Gürcüstanda müharibənin başlamamasını qəbul edə bilmir
2024-10-10 10:27

İvanişviliyə sanksiyalar, Saakaşvilinin azad edilməsi...
2024-10-09 21:40

Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur
2024-10-09 21:37

Marneulidə gənc qadın qonşusunun evindən külli miqdarda qızıl və pul oğurlayıb
2024-10-09 21:33

Vətəndaşlara hədə-qorxu gələn və pul tələb edən şəxsə ittiham irəli sürülüb
2024-10-09 21:31

Sanksiyaların tətbiqi ölkəmizin iqtisadiyyatının məhv edilməsi deməkdir
2024-10-09 16:08

Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni dəstəkləyib
2024-10-09 16:01

Qonşusunu qətlə yetirən şəxs saxlanıldı
2024-10-09 15:57

"Yaxşı olardı ki, Gürcüstan ailəmizə qayıtsın"
2024-10-09 14:19

Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışı “utancverici və iyrənc”dir
2024-10-09 14:08

Qərbdə unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil
2024-10-09 13:50

Gürcüstan Konstitusiya Məhkəməsi "Xarici agentlər haqqında" qanunla bağlı prezidentin vəsatətini rədd edib
2024-10-09 13:48

Son bir ayda xarici siyasətçilər Gürcüstanla bağlı 90-dan çox tənqidi bəyanat veriblər
2024-10-09 13:46

İsrail müharibəyə 66 milyard dollar xərcləyib
2024-10-09 12:42

Gürcüstanın turizm gəlirləri artıb
2024-10-09 11:56

Gürcüstan Milli Bank 48,5 milyon dollar satıb
2024-10-09 11:49

Rusiyanın nəhəng silah anbarı məhv edildi - Video
2024-10-09 10:56

Bu gün Avropa Parlamentində Gürcüstanla bağlı qətnamə səsə qoyulur
2024-10-09 10:40

İslam əxlaqı baxımından "mira"nın dil ziyanı
2024-10-09 10:35

İsrailin endirdiyi zərbələr nəticəsində 36 nəfər həlak olub
2024-10-09 10:32

Qonşu qonşusunu qətlə yetirib
2024-10-08 22:16

Livan İsraili kütləvi raket atəşinə tutdu: Müharibənin başlanğıcından ən güclü hücum-Video
2024-10-08 21:23

Aİ Gürcüstana maliyyə yardımı ayırmaqdan imtina edəcək
2024-10-08 20:41

Gürcüstan Rusiya ilə 62-ci dəfə danışıqlar aparacaq
2024-10-08 20:35

Laqodexidə ağır yol qəzası ölümlə nəticələndi
2024-10-08 20:32

Borjomi-Tbilisi yolunda azyaşlını avtomobil vurub
2024-10-08 20:17

Tbilisinin Zakariadze küçəsində 11 yaşlı yeniyetmə həyatını itirib
2024-10-08 14:38


Digər Dünya xəbərləri:

Antarktida sürətlə YAŞILLAŞIR

139