Faizə pul vermək bütün ilahi dinlərdə haramdır

23 Avqust 2022

134741

Bütün İbrahim dinlərində açıq şəkildə qadağan edilən məsələlərdən biri də cəmiyyətlərin iqtisadi tarazlığının pozulmasına səbəb olan sələmçilik məsələsidir.

Riba maliyyə məsələsidir və əsl maldan daha çox almaq mənası daşıyır. Bu, kiməsə borc vermək və ondan əsas məbləğdən çoxunu geri istəmək deməkdir.

Bütün dinlər sələmçiliyi ailənin və cəmiyyətin iqtisadi quruluşunu pozduğu üçün haram etmiş və onu rədd etmişlər. Çünki maddi ehtiyac üzündən borc alan şəxs ribanı qəbul etməklə təzyiqə məruz qalır. Digər tərəfdən isə pulu olan şəxs zəhmət çəkmədən əlavə qazanır.

Davudun Zəburunda yazılıb: "Sərvətini qızıl və daş-qaş müqabilində başqalarına verən, heyvanların ölü ətini yeməkdən də pis iş görmüşdür.

Tövratda da buyurulur: “Fəqir qardaşın sənin yanına gəlsə, onu qərib və qonaq kimi qarşıla və ona kömək et ki, səninlə yaşasın. Nağd pulunu ona sələmlə və faizlə vermə. Allahınızdan qorxun ki, qardaşınız sizinlə yaşasın. Nağd pulunu ona sələmlə və faizlə vermə. Yeməyi ona mənfəət qarşılığında vermə. Əgər mənim qövmümün sənin qonşun olan yoxsullarına nağd pul verirsənsə, onunla sələmçi kimi davranma və heç bir faiz də vermə. (Xuruc sifiri, 22 və 37-ci fəsillər).

İncildə borc vermək və borc götürmək üçün müəyyən faiz nəzərdə tutulsa da, ondan artığını almağı qadağan edir: “Son mənfəət 10%, -dan çox olmamalıdır”.

Qurani-Kərimdə də riba haramdır. Riba verəni və riba alanı günahkar hesab edir. “Ali-İmran” surəsinin 130-cu ayəsində buyurulur: "Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin".

İslamda ribanın günahı o qədər böyük və ağırdır ki, onu Allah və Onun Peyğəmbəri ilə müharibəyə bənzədirlər: "Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!" (Bəqərə, 279).

Riba ən böyük günahlardan biri kimi qeyd edildiyi qədər, zəkat da ən böyük maddi savablardan biri kimi qeyd edilir ki, bunun da Allah tərəfindən çoxlu mənəvi savabları vardır: "(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!" (Rum, 39).

Buna əsasən, zəkat İslam baxımından bəyənilən iqtisadi məsələdir. Bununla da hər iki şəxs öz ictimai məsuliyyətini yerinə yetirmiş, Allahı razı salmış, cəmiyyətdə ehtiyacı olan, zəiflərin qayğısına qalmışlar.


mənbə: iqna


Oxşar xəbərlər

İslamda ictimai nəzm

10 May 2024

82