Sehr, tilsim, cadu varmı? Bunları öyrənmək, bunlarla pul qazanmaq olarmı?

08 Iyul 2021 - 12:25

134642

Mübarək İslam dininin tilsim mövzusuna nəzəri necədir?

Müqəddəs Quran təsdiq edir ki, tilsim hətta ailə bağlarını dağıtmağa qadirdir.

Tilsim edən insanlar isə adətən həsədlərinə görə bu işi görürlər.

 

“Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir”. (“Bəqərə” 109).

 

Lakin cəmiyyətdə bu mövzudan sui-istifadə edən şəxslərin sayı artmışdır və bunlar, insanları aldatmaq və fırıldaqla məşğuldurlar.

Ancaq bunu dəqiq bilmək lazımdır ki, bəzən sehr və cadu xəyal qüvvəsinin məhsulu olur, əslində reallıqdan tam uzaq bir şey kimi. Yəni, həmin şəxsin özünü tilsimlənmiş sayır, halbuki, bunu özünə təlqin etmişdir.

 

İslam təlimlərində oxuyuruq ki, hər şey Allahın əlindədir və Onun icazəsi olmadan heç bir iş baş verməz. Bəs niyə belə hadisələr baş verir?

Müqəddəs Quran buyurur ki, Allahın izni olmadan heç kəs ziyan görməz. Bəs Allahın icazəsi deyildikdə, nə nəzərdə tutulur?

 

Aləmlərin padşahı Allahdır və bütün qüdrətlər Onun əlindədir. Hətta atəşin yandırması və ya qılıncın kəsməsi belə, Onun icazəsi ilə baş verər. Allah Təala Öz qüdrəti əsasında insanlara elə qüvvə vermişdir ki, onların vasitəsilə qeyri-adi işlər görə bilirlər. Ancaq bəzi insanlar bu qüvvədən sui-istifadə edir, nalayiq işlərə əl atırlar. Bir dəstə sehr edirsə, o biri dəstə bu sehrin təsirini aradan aparır.

 

Bu mövzu bıçağın misalı kimidir. Hər kim bıçağı nəyinsə üzərinə çəkərsə, həmin şey kəsilər. Sehr də bıçaq kimidir. Əgər onu istifadə etsələr, o zaman təsir edər. Yəni, ailə münasibətlərinə ziyan vurmaq üçün istifadə olunarsa, bıçaq kimi nəticələr verər.

 

Dinimiz sehrlə məşğul olmağı haram buyurmuşdur. Ancaq bir dəstəyə icazə vermişdir ki, sehri aradan qaldırmaq üçün bu sahəni öyrənsin.

İmam Əlinin (ə) buyuruşuna görə, sehr edən insan kafir hökmündədir.

Həmçinin bu sahədə pul qazanmaq haramdır.

 

Bunu qeyd etməliyik ki, Quran ayələrində və hədislərimizdə sehri aradan qaldırmağın yolları bəyan edilmişdir. Uca Allah buyurur: (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!

Yaratdıqlarının şərindən (şər sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən).

Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərindən.

Və düyünlərə üfürən (cadugər) qadınların şərindən.

Və paxıllıq etdiyi zaman paxılın şərindən»”. (“Fələq” surəsi)

 

Hər kim “Nas” və “Fələq” surələrini çoxlu oxuyarsa, sehrdən amanda qalar.

Həmçinin “Ayətul-kursi”ni oxuyaraq, sehrdən amanda qalmaq olar.

 

Beləliklə deyə bilərik ki, sehr və cadu həqiqətdir və o cümlədən, ailəni dağıtmaq gücünə də malikdir. Ona görə də din alimlərinin bu mövzu ilə bağlı tövsiyələrinə qulaq asaq və hədislərdə bizə tanıdılan yollarla tilsimi, sehri və cadunu asanlıqla məhv edək. (Tebyan)

 

“(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!».

Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər.

Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!”. (“Bəqərə” 102).


mənbə: Deyerler.org

Xəbər lenti

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05

Tbilisidə etiraz aksiyası başlayır
2024-04-24 21:10

Batumidə avtomobil azyaşlını vurub
2024-04-24 21:05

Gürcüstandan Ukrayna vətəndaşlarına böyük jest: 3 il ərzində...
2024-04-24 19:32

Co Bayden yenə hava ilə “salam”laşdı - Video
2024-04-24 19:24

Bu ölkənin əsas qərbyönlü müxalifət lideri Mixail Saakaşvilidir
2024-04-24 19:11

25 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-24 18:50

Mamuka Mdinaradze sanksiya ilə bağlı olan suala belə cavab verdi
2024-04-24 15:54

Telegramda şəxsi həyatı əks etdirən fotoları yayan şəxs saxlanıldı
2024-04-24 15:49

DİN aksiya ilə bağlı bəyanat yayır
2024-04-24 14:04

Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək
2024-04-24 12:24

Rustavi Sakrebulo sədri tutduğu vəzifədən uzaqlaşdırılıb
2024-04-24 12:19

Rustavi meriyasında qarışıqlıq yaranıb
2024-04-24 11:27

İsveçrəli tələbə müsəlman oldu
2024-04-24 11:14

Bu qanunun qəbulu Avropaya inteqrasiya yolunda irəliləmək üçün zəruri şərtdir
2024-04-24 10:15

İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir
2024-04-24 10:10

Rusiya vətəndaşları Tbilisidə rus qanununa etiraz etməməyə çağırılır
2024-04-24 10:05

Qəzza fəlakəti 200-cü günündə – DƏHŞƏTLİ STATİSTİKA
2024-04-24 09:53

Dünyada bu qədər qida zibilliyə atılır - Şok hesabat
2024-04-23 21:42

Azərbaycan Prezidenti quru sərhədlərlə bağlı açıqlama verdi
2024-04-23 20:53

Gürcüstan MSK parlament seçkilərində iştirak edəcək ilk partiyanı qeydə alıb
2024-04-23 20:45

Avropa Parlamenti Bidzina İvanişviliyə və qanun layihəsini dəstəkləyən deputatlara sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə layihəsinə baxacaq
2024-04-23 20:08

Yol kənarı zonalarında bu nəqliyyat vasitələrinə baxış keçiriləcək
2024-04-23 19:46

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Gürcüstanın namizəd statusuna ziddir
2024-04-23 19:33

24 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-23 19:12

Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb
2024-04-23 16:23

Poniçalada din xadimini bıçaqlayıblar
2024-04-23 14:34

Saxta sürücülük vəsiqəsi verən 4 nəfər saxlanıldı
2024-04-23 12:26

Gürcüstan hökumətinin qanun layihəsi Aİ dəyərlərinə uyğun gəlmir
2024-04-23 11:03

Ayaqüstə su içmək olmaz? – İslamda su içməklə bağlı tövsiyələr…
2024-04-23 11:00

Quranda izzəti-nəfs (ləyaqət) və emosional nizam-intizam
2024-04-23 10:57

Tbilisidə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli təşkilat konfrans keçirib
2024-04-23 10:52

İşğalçı qüvvələrin nümayəndələri 2 Gürcüstan vətəndaşını həbs ediblər
2024-04-23 10:45

Rus qanununun qəbulu ilə Gürcüstan Almaniyada “təhlükəsiz ölkə” statusunu itirə bilər
2024-04-23 10:38

Aİ-yə kim, gürcü xalqı yoxsa “Gürcü Arzusu” hazır deyil?
2024-04-23 10:25

Qardabanidə mağaza qarət edilib
2024-04-23 09:56

Parlament yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası davam edir
2024-04-22 22:26

Bir gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib
2024-04-22 22:24

Gürcüstan XİN Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır
2024-04-22 19:33


Digər İslam Dünyası xəbərləri:

Qurana əsasən orucun faydaları

79

Qədr gecəsinin fəzilətləri

108