Şaban ayı – “Peyğəmbər ayı”

15 Mart 2021 - 06:40

134515

Əziz Peyğəmbərimiz (s) və Əhli-beytdən (ə) rəvayət edilən hədislərdə Şəban ayının çox fəzilətli və İslam Peyğəmbərinə (s) məxsus bir ay olduğu göstərilir.

Şəban ayının fəziləti barədə Həzrət Peyğəmbər (s) buyurur: «Şaban ayı mənim ayımdır».

Belə ki, O Həzrət (s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Allahın Rəsulu (s) Şaban ayında oruc tutmağın fəziləti barədə belə buyurub: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».

Şaban ayının bəzi günlərinin xüsusi əməlləri

Şəban ayının ilk gecəsi əməlləri

Bu gecənin namazı on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.
Şəban ayının birinci günü
Allahın Rəsulu(s) buyurub: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) çoxlu savabı vardır».
Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq(ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar».

Şəban ayının birinci günü əməlləri

Seyyid ibn Tavus Allahın Rəsulundan (s) nəql etmişdir: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) çoxlu savabı vardır».

Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar»

Şabanın on beşi yəni, “Nimeyi Şaban”əməlləri

İmam Cəfər Sadiqdən (ə) edilən rivayətə görə, İmam Baqirdən (ə) Nimeyi Şabanın fəzilətləri barədə soruşdular. İmam (ə) buyurdu: “Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecedə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allaha yaxınlaşmaq üçün səy edin. Bu gecə əllərini göyə açan heç bir bəndəsini öz dərgahından əli boş qaytarmayacaq”.

Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:

Qüsl

Əhya saxlamaq.  Namaz qılmaq, dua oxumaq. Bir rəvayətdə, “bu gecəni əhya saxlayanın qəlbi, qəlblərin öləcəyi gün ölməz” deyə buyurulur.

İmam Hüseyn (ə)-ın ziyarəti. Bu əməli yerunə yetirmək günahların bağışlanmasına səbəb olar. Məsumlardan nəql olunan rivayətə görə, hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyn (ə.s)-ı bu gecədə ziyarət etsə ona Həcc və Umrə savabı yazılar.

Şabanın axırıncı üç günü əməlləri

Şaban ayının axırıncı üç günü üçün çox fəzilətlər zikr olunmuş və bu üç günü oruc tutmaq tövsiyə edilmişdir. Şeyx Səduq (r) İmam Sadiqdən (ə.s) nəql edir ki, “Şaban ayının axırıncı üç gününü oruc tutaraq Ramazan ayına girən hər mömünə Allah-təala iki ay ardıcıl tutulmuş orucun savabını yazar”.

Şaban ayının bütün günlərində edilən əməllər:

Şaban ayının bütün günlərində yerinə yetirilməsi çox tövsiyə olunan bəzi əməlləri nəzərinizə çatdırırıq:

1. Hər gün aşağıdakı zikri 70 dəfə demək: «Əstəğfirullahə və əsəluhut-təubə»

2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.

3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.

4. Şaban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.

5. Bu ayda yarım xurmaylada olsa (gücü çatmayanlar üçün) sədəqə vermək çox təkid olunub.

Bu əməli edən şəxsin cəsədini Allah cəhənnəm atəşinə haram edər. İmam Sadiqdən (ə.s) nəql edilən bir hədisdə İmama (ə.s) Rəcəb ayının orucu haqqında soruşulduğunda, Niyə Şabanın orucundan qafilsiniz deyə? buyurdu. Ravi ərz elədi “Ey Rəsulullahın (s) oğlu Şabandan bir gün oruc tutanın savabı nəqədərdir? İmam (ə.s) buyurudu: And olsun Allaha Cənnətdir. Kim şaban ayında bir sədəqə versə Allahı Təala onu böyüdər o cür ki, siz dəvə balasını böyüdürsünüz və qiyamət günündə Uhud dağı qədər böyümüş bir halda sahibinə verilər.

6. Şabanın hər cümə axşamı günü iki rükət namaz qılmaq

Hər rəkətində bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxumaq; Namazı bitirdikdən sonrada yüz dəfə Rəsulullaha (s) və əhli Beytinə (ə.s) salavat göndərmək. Bu əməli yerinə yetirən şəxsin Allah, dini və dünyəvi hacətlərini yerinə yetirər. Şaban ayının Cümə axşamı günlərinin orucuda müstəhəbdir. Bir hədisdə belə rəvayət edilmişdir. Şaban ayının hər cümə axşamı günü göylər bəzənər və mələklər belə dua edərlər; “Ey Məbudumuz, bu günü oruc tutanı bağışla və duasını qəbul et.” Yenə Nəbəvi bir hədisdə belə buyurulur; Şabanın Bazar ertəsi və Cümə axşamı günlərini oruc tutan şəxsi, Allah, iyirmi dünyəvi və iyirmi Uxrəvi(axirət) hacətini verər.”

7. Bu ayın mühüm əməllərindən biridə hər gün Zəval vaxtı (günorta) oxunan duadır. Şəban ayının duası:

اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، شَجَرَةِ النُّبُوَّةِ، وَمَوْضِعِ الرِّسالَةِ، وَمُخْتَلَفِ الْمَلائِكَةِ وَمَعْدِنِ الْعِلْمِ، وَاَهْلِ بَیْتِ الْوَحْىِ اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ‏ مُحَمَّدٍ، الْفُلْكِ الْجارِیَةِ، فِى اللُّجَجِ الْغامِرَةِ، یَأْمَنُ مَنْ رَكِبَها، وَیَغْرَقُ‏ مَنْ تَرَكَهَا، الْمُتَقَدِّمُ لَهُمْ مارِقٌ، وَالْمُتَاَخِّرُ عَنْهُمْ زاهِقٌ وَاللّازِمُ لَهُمْ‏ لاحِقٌ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الْكَهْفِ الْحَصینِ، وَغِیاثِ‏ الْمُضْطَرِّ الْمُسْتَكینِ، وَمَلْجَأِ الْهارِبینَ، وَعِصْمَةِ الْمُعْتَصِمینَ، اَللّهُمَ‏ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، صَلوةً كَثیرَةً تَكُونُ لَهُمْ رِضاً، وَلِحَقِ‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ اَدآءً وَقَضآءً، بِحَوْلٍ مِنْكَ وَقُوَّةٍ یا رَبَّ الْعالَمینَ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الطَّیِّبینَ الْأَبْرارِ الْأَخْیارِ، الَّذینَ‏ اَوْجَبْتَ حُقُوقَهُمْ، وَفَرَضْتَ طاعَتَهُمْ وَوِلایَتَهُمْ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَاعْمُرْ قَلْبى‏بِطاعَتِكَ، وَلا تُخْزِنى‏ بِمَعْصِیَتِكَ، وَارْزُقْنى‏ مُواساةَ مَنْ قَتَّرْتَ عَلَیْهِ مِنْ رِزْقِكَ بِما وَسَّعْتَ عَلَىَّ مِنْ‏ فَضْلِكَ، وَنَشَرْتَ عَلَىَّ مِنْ عَدْلِكَ، وَاَحْیَیْتَنى‏ تَحْتَ ظِلِّكَ، وَهذا شَهْرُ نَبِیِّكَ سَیِّدِ رُسُلِكَ، شَعْبانُ الَّذى‏ حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَالرِّضْوانِ، الَّذى‏ كانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَیْهِ وَالِه‏ وَسَلَّمَ، یَدْاَبُ فى‏ صِیامِهِ‏ وَقِیامِهِ، فى‏ لَیالیهِ وَاَیَّامِهِ، بُخُوعاً لَكَ فى‏ اِكْرامِهِ وَاِعْظامِهِ، اِلى‏ مَحَلِ‏ حِمامِهِ، اَللّهُمَّ فَاَعِنَّا عَلَى الْأِسْتِنانِ بِسُنَّتِهِ فیهِ، وَنَیْلِ الشَّفاعَةِ لَدَیْهِ، اَللّهُمَّ وَاجْعَلْهُ لى‏ شَفیعاً مُشَفَّعاً وَطَریقاً اِلَیْكَ مَهیَعاً، وَاجْعَلْنى‏ لَهُ‏ مُتَّبِعاً، حَتّى‏ اَلْقاكَ یَوْمَ الْقِیمَةِ عَنّى‏ راضِیاً، وَ عَنْ ذُنُوبى‏ غاضِیاً، قَدْ اَوْجَبْتَ‏ لى‏ مِنْكَ الرَّحْمَةَ وَالرِّضْوانَ، وَاَنْزَلْتَنى‏ دارَ الْقَرارِ وَمَحَلَّ الْأَخْیارِ،

Oxunuşu:

“Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Şəcərətin nubuvvə, və məvziir risalə, və muxtələfil məlaikə, və mədinil ilmi, və əhli beytil vəhyi. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl fulkil cariə fil lucəcil ğamirə yəmənu mən rəkibəha və yəğrəqu mən tərəkəha əl mutəqəddimu ləhum mariqun vəl mutəəxxiru ənhum zahiqun vəllazimu ləhum la hiqun. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əlkəhfil həsin vəl ğiyasil muztərril mustəkin və məlcəil haribin və ismətil mutəsimin. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Səlatən kəsirətən təkunu ləhum rizən və li həqqi Muhəmmədin və ali Muhəmməd ədaən və qəzaən bi həvli minkə və quvvətin ya rəbbəl almin.Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd əttəyyibinəl əbraril əxyaril ləzinə əvcəbətə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəmur qəlbi bi taətikə və la tuxzini bi məsiyətikə vərzuqni bi muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssətə ələyyə min fəzlikə və nəşərtə ələyyə min ədlikə və əhyəytəni təhtə zillikə. Və haza şəhru nəbiyyikə səyyidi rusulikə şəbanal ləzi həfəftəhu minkə birrəhməti vərrizvanil ləzi kanə rəsulul lahi səllallahu ələyhi və alihi yədəbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamihi buxuən ləkə fi ikramihi və izamihi ila məhəlli himamihi. Əllahummə fə əinna ələl istinani bi sunnətihi fihi və nəyliş şəfaəti lədəyhi. Əllahummə vəcəlhu li şəfiən muşəffəən və təriqən iləykə məhyəən vəcəlni ləhu muttəbiən hətta əlqakə yəuməl qiyaməti ənni raziyən və ən zunubi ğaziyən qəd əvcəbtə li minkər rəhmətə vər rizvanə və ənzəltəni darəl qərari və məhəlləl əxyari”

Tərcüməsi:

İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə – nübüvvət ağacı, risalət ocağı, mələklər düşərgəsi (enib-qalxdığı yer), elm mədəni və vəhy diyarının əhalisinə salam yetir! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir! Onlar dərin dənizlərdə üzən bir gəmidir ki, ona minən amanda qalar, onu tərk edən boğular, onlardan irəli keçən dindən çıxar, onlardan geri qalan həlak olar və onlara bağlanan son məqsədə çatar. İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə – ümmətin möhkəm hasarı, çarəsizlərin fəryadına yetən, qaçanların pənahgahı və ismət əhlinin gözətçilərinə salam yetir! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə çoxlu alam göndər; elə bir salam ki, onların razılığına səbəb olsun, Sənin güc və qüdrətinlə Mühəmməd və Mühəmmədin Əhli-beytinin haqqı yerinə yetirilsin, ey aləmlərin Rəbbi! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə – haqlarını, itaət və vilayətini (və məhəbbətini) vacib etdiyin pak-pakizə, xeyirxah və seçilmiş şəxslərə salam yetir! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir! Qəlbimi Sənə itaətlə abadlaşdır, Sənə asi olmaqla məni rüsvay etmə, mərhəmət və ədalətinlə mənə əta etdiyin geniş imkan sayəsində ruzisini azaltdığın şəxsə əl tutmağı mənə nəsib et, lütf və mərhəmətin sayəsində məni yaşat! Rəhmət və razılığınla əhatə etdiyin Şəban ayı elçilərin sərvəri olan Peyğəmbərinin ayıdır ki, Rəsulullah (Allahın salamı olsun ona və onun Əhli-beytinə) həmin ayın gecə və günlərində daim namaz qılır və oruc tuturdu. Sənin dərgahında təvazökarlıq edərək həyatının sonuna qədər bu ayın ehtiramını saxladı. İlahi, bu ayda o həzrətin sünnəsinə əməl etmək və onun yanındakı şəfaəti qazanmaqda bizə kömək et! İlahi, o həzrəti mənim üçün məqbul şəfaətçi və Sənə tərəf düzgün yol təyin et, qiyamət günü Səninlə görüşənə qədər məni onun ardıcılı qərar verərək həmin gün rəhmət və razılığını mənə vacib edəcəyin və məni əbədi behişt evində, xeyirxahların mənzilində məskunlaşdıracağın halda, məndən razı ol və günahlarıma göz yum!)

8. Şaban ayına məxsus duanı (Münacatı Şabaniyyə) oxumaq

9. Bu ayda Məhəmməd (s) və Əhli-beytinə (ə) çoxlu salavat göndərmək.


Mənbə:Az.shafaqna

Xəbər lenti

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05

Tbilisidə etiraz aksiyası başlayır
2024-04-24 21:10

Batumidə avtomobil azyaşlını vurub
2024-04-24 21:05

Gürcüstandan Ukrayna vətəndaşlarına böyük jest: 3 il ərzində...
2024-04-24 19:32

Co Bayden yenə hava ilə “salam”laşdı - Video
2024-04-24 19:24

Bu ölkənin əsas qərbyönlü müxalifət lideri Mixail Saakaşvilidir
2024-04-24 19:11

25 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-24 18:50

Mamuka Mdinaradze sanksiya ilə bağlı olan suala belə cavab verdi
2024-04-24 15:54

Telegramda şəxsi həyatı əks etdirən fotoları yayan şəxs saxlanıldı
2024-04-24 15:49

DİN aksiya ilə bağlı bəyanat yayır
2024-04-24 14:04

Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək
2024-04-24 12:24

Rustavi Sakrebulo sədri tutduğu vəzifədən uzaqlaşdırılıb
2024-04-24 12:19

Rustavi meriyasında qarışıqlıq yaranıb
2024-04-24 11:27

İsveçrəli tələbə müsəlman oldu
2024-04-24 11:14

Bu qanunun qəbulu Avropaya inteqrasiya yolunda irəliləmək üçün zəruri şərtdir
2024-04-24 10:15

İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir
2024-04-24 10:10

Rusiya vətəndaşları Tbilisidə rus qanununa etiraz etməməyə çağırılır
2024-04-24 10:05

Qəzza fəlakəti 200-cü günündə – DƏHŞƏTLİ STATİSTİKA
2024-04-24 09:53

Dünyada bu qədər qida zibilliyə atılır - Şok hesabat
2024-04-23 21:42

Azərbaycan Prezidenti quru sərhədlərlə bağlı açıqlama verdi
2024-04-23 20:53

Gürcüstan MSK parlament seçkilərində iştirak edəcək ilk partiyanı qeydə alıb
2024-04-23 20:45

Avropa Parlamenti Bidzina İvanişviliyə və qanun layihəsini dəstəkləyən deputatlara sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə layihəsinə baxacaq
2024-04-23 20:08

Yol kənarı zonalarında bu nəqliyyat vasitələrinə baxış keçiriləcək
2024-04-23 19:46

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Gürcüstanın namizəd statusuna ziddir
2024-04-23 19:33

24 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-23 19:12

Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb
2024-04-23 16:23

Poniçalada din xadimini bıçaqlayıblar
2024-04-23 14:34

Saxta sürücülük vəsiqəsi verən 4 nəfər saxlanıldı
2024-04-23 12:26

Gürcüstan hökumətinin qanun layihəsi Aİ dəyərlərinə uyğun gəlmir
2024-04-23 11:03

Ayaqüstə su içmək olmaz? – İslamda su içməklə bağlı tövsiyələr…
2024-04-23 11:00

Quranda izzəti-nəfs (ləyaqət) və emosional nizam-intizam
2024-04-23 10:57

Tbilisidə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli təşkilat konfrans keçirib
2024-04-23 10:52

İşğalçı qüvvələrin nümayəndələri 2 Gürcüstan vətəndaşını həbs ediblər
2024-04-23 10:45

Rus qanununun qəbulu ilə Gürcüstan Almaniyada “təhlükəsiz ölkə” statusunu itirə bilər
2024-04-23 10:38

Aİ-yə kim, gürcü xalqı yoxsa “Gürcü Arzusu” hazır deyil?
2024-04-23 10:25

Qardabanidə mağaza qarət edilib
2024-04-23 09:56

Parlament yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası davam edir
2024-04-22 22:26

Bir gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib
2024-04-22 22:24

Gürcüstan XİN Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır
2024-04-22 19:33


Digər İslam Dünyası xəbərləri:

Qurana əsasən orucun faydaları

79

Qədr gecəsinin fəzilətləri

108