“Qarabağ Azərbaycandır və mən bu barədə mübahisə etmək istəmirəm” - VİDEO

05 Mart 2021 - 16:16

134436

Xeber.ge saytı xəbər verir ki, “Prekrasnaya Rossiya bu-bu-bu” adlı “Youtube” layihəsinin növbəti verilişində, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra etirazların baş verdiyi Ermənistandakı mövcud vəziyyət müzakirə edilib.

Verilişin qonağı tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko olub.

Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibədən sonra hakimiyyətdə qala bilməsinin və bəlkə də hələ uzun müddət hakimiyyətdə qalacağının səbəbi Rusiya, Türkiyə və Azərbaycanın, hətta Fransa liderlərinin ortaq maraqlarından irəli gəlir.

“Paşinyan bu maraqların balansında müəyyən bir nöqtədir. Bir tərəfdən Rusiya, digər tərəfdən Türkiyə, Avropa Birliyi və sair. Paşinyananın istənilən kənar hərəkəti maraqlar balansını pozur və konfrontasiyaya gətirib çıxara bilər”.

Aparıcılardan biri Ermənistandakı etiraz aksiyalarında silahla davranmağı bacaran təcrübəli insanların iştirakından və onların arxasında kimlərin dayandığından maraqlanıb.

M.Şevçenko Ermənistandakı etirazçıları Adolf Hitlerin elektoratı ilə müqayisə edib.

O qeyd edib ki, bu şəxslər də müharibənin nə olduğunu bilirdilər, Versal sülh müqaviləsindən (Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqaviləsi - red.) narazı idilər və qisas almağı tələb edirdilər. Ancaq hər iki halda bu insanlar ciddi elit qrupların dəstəyi olmadan uğur qazana bilmədilər.

“Erməni elitası Qarabağ müharibəsində məğlubiyyətə uğradı. Bu insanlar 30 il ərzində istehkamlar qurmuşdular, lakin bütün bunlar bir ay ərzində Azərbaycan ordusu və Türkiyə istehsallı PUAlar tərəfindən darmadağın edildi”, - deyə, M. Şevçenko bildirib.

Daha sonra layihə rəhbəri ilə jurnalist arasında Qarabağ ərazisinin Azərbaycana məxsus olub-olmaması üstündə mübahisə yaranıb.

“Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı mübahisə etməyəcəm. Kim istəyirsə gedib Azərbaycan əsgərindən soruşa bilər, o sizə müharibənin kimin ərazisində aparıldığını izah edəcək. Bu, Azərbaycan ərazisidir”, - deyə, M.Şevçenko vurğulayıb.

Eyni zamanda M.Şevçenko Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə də istinad edib.

M.Şevçenko Bakıda keçirilən, Azərbaycan və Türkiyə Prezidentlərinin olduğu qələbə paradında fəxri qonaq kimi iştirak etdiyini də xatırladıb.

“Türkiyə Azərbaycanda dünəndən deyil, erməni hərbi birləşmələrin rus qoşunlarının dəstəyi ilə bir milyon azərbaycanlını öz doğma torpaqlarından qovduğu vaxtdan mövcuddur.

Məhz o vaxtdan başlayaraq, təxminən 1994-cü ildən böyük lider Heydər Əliyev azərbaycanlı hərbçiləri Avropaya deyil, Türk hərbi məktəblərində oxumağa göndərməyə başladı”, - M.Şevçenko qeyd edib.

O bildirib ki, Cənubi Qafqazda, o cümlədən Ermənistanda rəsmi olaraq bir neçə Rusiya hərbi bazası var, Türkiyənin isə Azərbaycanda hərbi bazası yoxdur.


mənbə: oxu.az

Xəbər lenti

Gürcüstan DTX Rusiyanın Abxaziyada inşa etdiyi limanla bağlı xəbərdarlıq edib
2024-04-19 15:15

NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır
2024-04-19 15:12

Cənab Bidzinaya aidiyyatı yoxdur, amma olsa belə, nə olsun ki?
2024-04-19 12:35

6 partiya: rus qanununun ikinci oxunuş günü üçün tam səfərbərlik elan edirik
2024-04-19 12:26

Qarşıdan gələn seçkilər gürcü kabusundan qurtulmaq üçün həlledici olacaq
2024-04-19 12:23

İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib
2024-04-19 12:05

Gənclər bu gün Parlament qarşısında aksiya keçirəcəklər
2024-04-19 11:54

“Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-19 11:16

İran səmasında İsaril PUA-ları VURULDU
2024-04-19 10:54

“İrana raket hücumu olmayıb”
2024-04-19 10:45

Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-18 22:58

Ukrayna XİN: Gürcüstan üçün real təhdid
2024-04-18 22:45

Viola fon Kramon: İvanişvili ehtiyat tədbirləri görür, sanksiyalar tətbiq olunarsa, pulu Gürcüstana qaytarmalıdır
2024-04-18 21:19

“Polis mənə fiziki təzyiq etdi, qabırğam sınıb”- Aleko Elisaşvili
2024-04-18 21:12

” Gürcüstan parlamentinin qərarından dərin məyus olduq”
2024-04-18 21:09

Sameqreloda ölümlə nəticələnən avtomobil qəzası baş verib
2024-04-18 21:01

Lui Bono Gürcüstanda səfərdədir
2024-04-18 20:45

Gürcüstanda torpaq sürüşməsi baş verdi
2024-04-18 20:31

19 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-18 19:42

Aksiyalar bizə xalqın qanun layihəsinə dəstəyini göstərdi
2024-04-18 15:36

Prezident qadınlar üçün kvotanın ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub
2024-04-18 15:31

“Gürcüstan Corciya deyil” - Tbilisidə davam edən etirazla bağlı Moskvada nə deyirlər
2024-04-18 14:50

Bu tarixdən ölkədə hava şəraiti dəyişəcək
2024-04-18 12:44

“İvanişviliyə offşorlarda gizlədilən əmlakını ölkəyə gətirməyə icazə verilir”, - qanunda nə dəyişir
2024-04-18 12:28

Bu, bizi ukraynalaşmadan qoruyacaq
2024-04-18 11:22

Bu xidmətlər hökumət tərəfindən maliyyələşdiriləcək
2024-04-18 11:14

İnsultdan qaçmağın ən asan və sadə yolu
2024-04-18 11:06

Qurana görə emosional nizam-intizam
2024-04-18 10:48

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb
2024-04-18 10:39

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
2024-04-18 10:29

Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
2024-04-18 10:18

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
2024-04-18 10:08

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
2024-04-18 09:57

Çindən İsrailə: Dərhal hücumları dayandır!
2024-04-18 09:50

Aksiya iştirakçıları hökumət administrasiyasına doğru yürüş ediblər
2024-04-17 23:33

Azadlıq Meydanına xüsusi təyinatlılar və su reaktiv maşını cəlb olunub
2024-04-17 23:05

“Qanun layihəsini “Rus”adlandırmağa ehtiyac yox idi “
2024-04-17 21:58

Saakaşvili bütün ölkəni etirazlara çağırdı
2024-04-17 21:22

Baş nazir: “Salome Zurabişvili xarici təsir agentidir“
2024-04-17 21:17

Parlamentin yaxınlığında “Rus qanununa yox” şüarları ilə aksiya davam edir
2024-04-17 21:15


Digər Dünya xəbərləri:

Süni intellektin növbəti uğuru

100