Bu gün Fatimeyi Zəhranın (s) mövlud günüdür - Video

03 Fevral 2021 - 06:34

134680

Cəmadiul-axir ayının 20-də, İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) doğum günüdür.

Həzrəti Fatimə (s.ə) besətin 5-ci ilində dünyaya gəlib. Bu zaman Peyğəmbərin (s) 45 yaşı olub. Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxtliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur.

Fatimə (s.ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulullah (s) onun haqqında buyurub: "Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir."

Xanım Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladdır. Belə ki, Həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmasına baxmayaraq, Həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat ediblər. Beləliklə, Peyğəmbərin (s) nəsli Həzrət Fatimənin (s.ə) övladları ilə davam edib.

Qurani-kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib.

Xanım Fatimənin (s.ə) uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir. Bu vaxt Həzrət peyğəmbər (s) həyat yoldaşı Həzrət Xədicəni (s.ə) itirir, Fatimeyi-Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrət Fatimə (s.ə) müşriklərin atasına verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim atasının yanında olur. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni Peyğəmbərin vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı Həzrət Əli (ə) müxəliflər məzarın yerini bilməsinlər deyə, onu gecə ikən dəfn edir. Məhz buna görə də Həzrət Fatimənin (s.ə) məzarının yeri naməlum olaraq qalır.

Bu əlamətdar, Xanım Fatimənin (s.ə) mövludu günündə bütün dünya müsəlmanlarını təbrik edirik.



Xəbər lenti

Gürcüstan DTX Rusiyanın Abxaziyada inşa etdiyi limanla bağlı xəbərdarlıq edib
2024-04-19 15:15

NATO “xarici agentlər” qanununun Gürcüstan parlamentində qəbul edilməsindən narahatdır
2024-04-19 15:12

Cənab Bidzinaya aidiyyatı yoxdur, amma olsa belə, nə olsun ki?
2024-04-19 12:35

6 partiya: rus qanununun ikinci oxunuş günü üçün tam səfərbərlik elan edirik
2024-04-19 12:26

Qarşıdan gələn seçkilər gürcü kabusundan qurtulmaq üçün həlledici olacaq
2024-04-19 12:23

İranlı general İsfahanda heç bir dağıntının olmadığını bildirib
2024-04-19 12:05

Gənclər bu gün Parlament qarşısında aksiya keçirəcəklər
2024-04-19 11:54

“Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-19 11:16

İran səmasında İsaril PUA-ları VURULDU
2024-04-19 10:54

“İrana raket hücumu olmayıb”
2024-04-19 10:45

Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-18 22:58

Ukrayna XİN: Gürcüstan üçün real təhdid
2024-04-18 22:45

Viola fon Kramon: İvanişvili ehtiyat tədbirləri görür, sanksiyalar tətbiq olunarsa, pulu Gürcüstana qaytarmalıdır
2024-04-18 21:19

“Polis mənə fiziki təzyiq etdi, qabırğam sınıb”- Aleko Elisaşvili
2024-04-18 21:12

” Gürcüstan parlamentinin qərarından dərin məyus olduq”
2024-04-18 21:09

Sameqreloda ölümlə nəticələnən avtomobil qəzası baş verib
2024-04-18 21:01

Lui Bono Gürcüstanda səfərdədir
2024-04-18 20:45

Gürcüstanda torpaq sürüşməsi baş verdi
2024-04-18 20:31

19 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-18 19:42

Aksiyalar bizə xalqın qanun layihəsinə dəstəyini göstərdi
2024-04-18 15:36

Prezident qadınlar üçün kvotanın ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub
2024-04-18 15:31

“Gürcüstan Corciya deyil” - Tbilisidə davam edən etirazla bağlı Moskvada nə deyirlər
2024-04-18 14:50

Bu tarixdən ölkədə hava şəraiti dəyişəcək
2024-04-18 12:44

“İvanişviliyə offşorlarda gizlədilən əmlakını ölkəyə gətirməyə icazə verilir”, - qanunda nə dəyişir
2024-04-18 12:28

Bu, bizi ukraynalaşmadan qoruyacaq
2024-04-18 11:22

Bu xidmətlər hökumət tərəfindən maliyyələşdiriləcək
2024-04-18 11:14

İnsultdan qaçmağın ən asan və sadə yolu
2024-04-18 11:06

Qurana görə emosional nizam-intizam
2024-04-18 10:48

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb
2024-04-18 10:39

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
2024-04-18 10:29

Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
2024-04-18 10:18

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
2024-04-18 10:08

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
2024-04-18 09:57

Çindən İsrailə: Dərhal hücumları dayandır!
2024-04-18 09:50

Aksiya iştirakçıları hökumət administrasiyasına doğru yürüş ediblər
2024-04-17 23:33

Azadlıq Meydanına xüsusi təyinatlılar və su reaktiv maşını cəlb olunub
2024-04-17 23:05

“Qanun layihəsini “Rus”adlandırmağa ehtiyac yox idi “
2024-04-17 21:58

Saakaşvili bütün ölkəni etirazlara çağırdı
2024-04-17 21:22

Baş nazir: “Salome Zurabişvili xarici təsir agentidir“
2024-04-17 21:17

Parlamentin yaxınlığında “Rus qanununa yox” şüarları ilə aksiya davam edir
2024-04-17 21:15


Digər İslam Dünyası xəbərləri:

Qurana əsasən orucun faydaları

74

Qədr gecəsinin fəzilətləri

102

Orucun faydalı təsirləri

114