“Gəncənin atəşə tutulması Hitlerin fəaliyyətinin analoqudur!”

08 Oktyabr 2020 - 17:12

134477

Kreml tərəfindən bir gün əvvəl açıq şəkildə ifadə olunduğu kimi, Rusiyanın KTMT-də Ermənistan qarşısında olan öhdəliyi tanınmamış Qarabağa şamil edilmir.

Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas oktyabrın 8-də bildirdi ki, Azərbaycan Ermənistan ərazisinə zərbə endirməyəcək, bu ölkənin ərazi bütövlüyünə qəsd etməyəcək.

Bu açıqlamalar qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı olan Ermənistanı ağıllandıracaqmı?

 Bu barədə tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko ilə müzakirə aparıb.

- Əlbəttə ki, İrəvanın danışıqlar masasına qayıdacağını düşünmək istərdim. Ümumiyyətlə, Ermənistan tərəfinin ağılına, şüuruna inanmaq istərdim. Ancaq Ermənistan rəhbərliyinin, təəssüf ki, tamamilə ağılı başından çıxıb. Onlar təkrar-təkrar “minillik tarixlə” verilmiş hansısa müqəddəs haqlardan danışırlar. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrini mənasız kağız parçaları adlandırırlar.

Təəssüf ki, fanatiklər sağlam düşüncə, beynəlxalq hüquqla deyil, reallıq haqqında öz təsəvvürlərini əsas tuturlar.

 Qarabağın arxasında dayanaraq müharibə aparan Ermənistana rəhbərlik edən bu şəxslərlə heç bir sülh danışıqları uğur gətirilməyəcək.

Sülhə çatmağın yeganə yol işğal edilmiş vətənini azad edən Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlarından keçir.

Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyan “Azərbaycan ərazisində hərbi əməliyyatların genişlənməsinin istisna edilməyəcəyi” ilə bağlı yeni açıqlama verdi. Bu nəyə hesablanıb? Daxili auditoriyaya?

Xeyr, daxili auditoriyaya hesablanmayıb. Bu, dünyadakı erməni lobbisini səfərbər etmək cəhdidir. Əlbəttə ki, İrəvan müharibənin Ermənistan ərazisinə keçməsini çox istəyir.

Onların iki mövzusu var. Birincisi, Azərbaycanın hərəkətlərini yeni “soyqırım” kimi təqdim etməkdir. İkincisi, müharibəni müsəlmanlar və xristianlar arasındakı gedən “müqəddəs” savaş olaraq təqdim etməkdir. Bir qrup ərəb terrorçularının, əfqan mücahidlərinin və sair qrupların guya Azərbaycan tərəfində vuruşduqlarını söyləyirlər. Aydındır ki, bu cəfəngiyatdır.

Ermənistan bu qədər çətinliklə yaradılan bütün beynəlxalq müqavilələri, razılaşmaları, sülh prosesinin çərçivələrini pozdu. Beləliklə, Hitler kimi bir növ “müqəddəs müharibəyə” müraciət etmək qalır. 1943-1944-cü illərdə “intiqam silahları”ndan, müharibənin İngiltərə ərazisinə köçürülməsindən bəhs etməyə başladı. İngiltərəni “FAU-1” və “FAU-2” raketləri ilə bombardmanı başladı. Bütün bunlar tamamilə terror məqsədi ilə edilirdi, çünki bu tamilə başa düşülən idi ki, Alman qoşunları Böyük Britaniya sahillərinə çıxmaq imkanlarına malik deyillər.

Gəncənin atəşə tutulması - Hitlerin fəaliyyətinin analoqudur. Hər bir fanatik sağlam düşüncəyə deyil, belə hərəkətlərə müraciət edir. Hər cür ağlabatan təkliflər verildi, Prezident İlham Əliyev Ermənistan qoşunlarının geri çəkilməsinin vacibliyini və bundan sonra döyüş əməliyyatlarının dayandırılacağını bildirdi. Ancaq Nikol Paşinyan heç nə eşitmir.

Aydındır ki, Paşinyanın kiminsə qarşısında öhdəliyi var, amma erməni xalqı qarşısında deyil. Bu müharibə sülhə, Azərbaycanla sakit sərhədlərə, ticarətə, Ermənistanın Gürcüstan, Azərbaycan və Türkiyə ilə ortaq iqtisadi proseslərə daxil edilməsinə ehtiyac duyan ermənilərin marağında deyil. Ancaq bunun əvəzində erməni xalqı kiminsə maraqlarının girovluğunda saxlanılır. Bu arada isə erməni milyarderlər öz məsələlərini həll edirlər. Emmanuel Makrona və ya başqasına yaxınlaşırlar və “xalqımızı yeni bir “soyqırım” təhdid edir, bizə pul qazanmağa imkan verin” deyirlər. Mən bunu məhz belə görürəm.

Ancaq Azərbaycan rəhbərliyi heç vaxt ermənilərin Qarabağı tərk etməsini tələb etdiyini elan etməyib. Ermənistan silahlı qüvvələri isə başqa məsələdir.

Hələ Prezident Heydər Əliyev deyirdi ki, Azərbaycanın Qarabağdakı erməni əhalisinin hüquqlarını təmin etməyə hazırdır. Ancaq azərbaycanlılara - mən bunu internetdəki bir çox forumlarda oxuyuram, - ermənilər sadəcə yaşamaq hüququna da etiraz edirlər. Beləliklə, təkrar edirəm, siz və biz də Rusiya ərazisində tez-tez şüurlu insanlarla deyil, fanatiklərlə vaxt itiririk


Mənbə:oxu.az

Xəbər lenti

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05

Tbilisidə etiraz aksiyası başlayır
2024-04-24 21:10

Batumidə avtomobil azyaşlını vurub
2024-04-24 21:05

Gürcüstandan Ukrayna vətəndaşlarına böyük jest: 3 il ərzində...
2024-04-24 19:32

Co Bayden yenə hava ilə “salam”laşdı - Video
2024-04-24 19:24

Bu ölkənin əsas qərbyönlü müxalifət lideri Mixail Saakaşvilidir
2024-04-24 19:11

25 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-24 18:50

Mamuka Mdinaradze sanksiya ilə bağlı olan suala belə cavab verdi
2024-04-24 15:54

Telegramda şəxsi həyatı əks etdirən fotoları yayan şəxs saxlanıldı
2024-04-24 15:49

DİN aksiya ilə bağlı bəyanat yayır
2024-04-24 14:04

Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək
2024-04-24 12:24

Rustavi Sakrebulo sədri tutduğu vəzifədən uzaqlaşdırılıb
2024-04-24 12:19

Rustavi meriyasında qarışıqlıq yaranıb
2024-04-24 11:27

İsveçrəli tələbə müsəlman oldu
2024-04-24 11:14

Bu qanunun qəbulu Avropaya inteqrasiya yolunda irəliləmək üçün zəruri şərtdir
2024-04-24 10:15

İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir
2024-04-24 10:10

Rusiya vətəndaşları Tbilisidə rus qanununa etiraz etməməyə çağırılır
2024-04-24 10:05

Qəzza fəlakəti 200-cü günündə – DƏHŞƏTLİ STATİSTİKA
2024-04-24 09:53

Dünyada bu qədər qida zibilliyə atılır - Şok hesabat
2024-04-23 21:42

Azərbaycan Prezidenti quru sərhədlərlə bağlı açıqlama verdi
2024-04-23 20:53

Gürcüstan MSK parlament seçkilərində iştirak edəcək ilk partiyanı qeydə alıb
2024-04-23 20:45

Avropa Parlamenti Bidzina İvanişviliyə və qanun layihəsini dəstəkləyən deputatlara sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə layihəsinə baxacaq
2024-04-23 20:08

Yol kənarı zonalarında bu nəqliyyat vasitələrinə baxış keçiriləcək
2024-04-23 19:46

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Gürcüstanın namizəd statusuna ziddir
2024-04-23 19:33

24 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-23 19:12

Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb
2024-04-23 16:23

Poniçalada din xadimini bıçaqlayıblar
2024-04-23 14:34

Saxta sürücülük vəsiqəsi verən 4 nəfər saxlanıldı
2024-04-23 12:26

Gürcüstan hökumətinin qanun layihəsi Aİ dəyərlərinə uyğun gəlmir
2024-04-23 11:03

Ayaqüstə su içmək olmaz? – İslamda su içməklə bağlı tövsiyələr…
2024-04-23 11:00

Quranda izzəti-nəfs (ləyaqət) və emosional nizam-intizam
2024-04-23 10:57

Tbilisidə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli təşkilat konfrans keçirib
2024-04-23 10:52

İşğalçı qüvvələrin nümayəndələri 2 Gürcüstan vətəndaşını həbs ediblər
2024-04-23 10:45

Rus qanununun qəbulu ilə Gürcüstan Almaniyada “təhlükəsiz ölkə” statusunu itirə bilər
2024-04-23 10:38

Aİ-yə kim, gürcü xalqı yoxsa “Gürcü Arzusu” hazır deyil?
2024-04-23 10:25

Qardabanidə mağaza qarət edilib
2024-04-23 09:56

Parlament yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası davam edir
2024-04-22 22:26

Bir gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib
2024-04-22 22:24

Gürcüstan XİN Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır
2024-04-22 19:33


Digər Dünya xəbərləri:

Süni intellektin növbəti uğuru

118